Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • 25 Şub 2020, 13:36   
        65


    BAKI-XEBERTV.AZ

    Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!

    Bakıdakı Murad Hacıyev adına 116 saylı tam orta məktəbdə Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı”adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Gülnaz Kərimova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı, tanınmış jurnalist Şamil Sabiroğlu, Xocalı sakini, 8 gün erməni əsirliyində olmuş Hüseynağa Quliyev, məktəbin müəllim və şagird heyəti iştirak edib.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları Rəvan Kərimov və Güllü Pənahova Xocalı soyqırımı haqqda ümumi məlumat verdilər. Məktəbin direktoru Gülnaz Kərimova Xocalı soyqırımı barəsində həqiqətləri danışmaq üçün sözü Şamil Sabiroğluna verdi. Müharibə veteranı, jurnalist Şamil Sabiroğlu faciəni ürək ağrısı ilə tədbir iştirakçılarının nəzərinə çatdırdı. O, dedi:

    “Mən 26 fevral səhər tezdən Xocalıda yaşananları gördükdən sonra Mərkəzə xəbər verməyi qərara aldım. Çünki, deyildiyi kimi həmin gün 2 nəfər yox, yüzlərlə soydaşımız qətlə yetirilmişdi.” Ermənilərin əsrlərdi davam edən məkrli siyasətinin davamı kimi məhz azərbaycanlı, müsəlman olduğumuz üçün həyata keçirilən Xocalı soyqırımı ilə Azərbaycan xalqının gözünü qorxutmaq, onun əzmini qırmaq məqsədi daşıyırdı. Hüseynağa Quliyev də həmin Xocalı ədalətsizliyinin qurbanlarından biridir. Hüseynağa və onun anası, həyat yoldaşı, həmçinin, əkiz uşaqları girov götürüblər. Hüseynağa 8 gün əsirlikdə qalır. Olmazın təhqirlərə, işgəncələrə, həqarətlərə məruz qalsa da satqınlıq edib erməni terrorçularının dediklərini etmir. Hətta onu körpə uşaqlarını öldürməklə hədələyir, ağız-burnunu küt alətlə vurub partladır, barmaqlarını,qabırğalarını sındırırlar. Əsirlikdən sonra onun öldüyünü düşünüb meyitxanaya aparırlar. Lakin, Hüseynağanın anası onun ölmədiyini hiss edir. Yalnız 6 ay Bakıda müalicə olunduqdan sonra özünə gəlir. Hüseynağa Quliyev çıxışında əsirlikdə özünün və digər Xocalıların başına gətirilən işgəncələrdən danışarkən çətinlik çəkirdi.

    Hacıyev adına 116 saylı tam orta məktəbin xor kollektivinin ifa etdiyi milli vətənpərvərlik ruhunda mahnılar gələcəyin yetirmələrini vətənpərvərliyə, azadlığa, səsləyirdi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəmalə Məlikovanın təşkilatçılığı ilə VII,VIII,XI sinif şagirdlərinin hazırladığı Xocalı soyqırımını əks etdirən kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.









    Sənan İmanov,

    Nübar Novruzova,

    “medonlineaz” saytının xüsusi müxbirləri.

    Fotolar Nübar Novruzovaya məxsusdur.

    Bakı, 24.02.2020.
    loading...