Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • 24 Şub 2020, 08:05   
        77

    BAKI-XEBERTV.AZ

    "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
    "Amma Yaradan o qədər mərhəmətlidir ki, Ona qorxu üzündən iman gətirən bəndələrinin belə, ibadətlərinin savabını verər..."


    Allah Təala insanı yaradan zaman onun fitrətinə çoxlu istedadlar və qüvvələr qoymuşdur ki, təkamül yolunu gedə bilsin. İnsan da, başqa bitkilər və canlılar kimi, kamala can atan məxluqlardandır. Bu fərqlə ki, insanın kamala meyli iradəvidir. Özü azad şəkildə hansı yolda irəliləyəcəyini seçər. Ancaq heyvanlar və bitkilər onlar üçün təyin edilmiş yolda irəliləyərlər.

    Bundan başqa, Allah insanları düz yola hidayət etmək üçün yer üzünə peyğəmbərlərini (ə) göndərmişdir. Peyğəmbərlər (ə) də onlara yolun üzərində olan quyuları və uçurumları tanıtmışdılar.

    Əgər Allah insanı məcburi olaraq hidayət etmək istəsəydi, bunu edərdi. “Buna görə də məgər iman gətirən kəslər(hələ də bunların imanından) ümidlərini üzüb başa düşməyiblərmi ki, əgər Allah istəsəydi, insanların hamısını(məcburi surətdə) hidayət edərdi?! (Lakin Allahın qanunu imana məcbur etmək deyildir)”. (“Rəd” 31).

    “Əgər istəsəydi, sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur)”. (“Nəhl” 9).

    “Və əgər sənin Rəbbin (yaradılış iradəsi ilə) istəsəydi, Yer üzündə olanların hamısı mütləq bütünlüklə məcburi surətdə iman gətirərdilər. (Lakin Allah məcburiyyət olmadan iman gətirilməsini buyurmuşdur)”. (“Yunus” 99).

    Allah Təala hər bir şeyə qadirdir və istəsəydi, insanı da başqa canlılar ki, məcburi olaraq hidayət edərdi. Ancaq Allah bunu etmədi. Çünki məcburi olan imanın dəyəri olmaz. İnsan əgər imanını ixtiyari olaraq seçərsə, təkamül yolunun ən mühüm amili olar. Allah insan əgər məcburi olaraq hidayət etsəydi, təkamülünün də mənası olmazdı.

    Allah Təbarəkə və Təala Quranda buyurur: “Həqiqətən barələrində Rəbbinin kəlamı qətiləşmiş kəslər (Allahın əzəli elminə əsasən küfr və bədbəxtliyi seçəcəkləri məlum olanlar) iman gətirməyəcəklər”. (“Yunus” 96).

    Bu, o kəslərdir ki, Allahın ayələrini inkar edir və aqibətlərini cəhənnəmlik edirlər. İnsanın səadətinin tək yolu – imandır. Hər kim imanını əldən verərsə, səadətə çatmaz.

    Allah Təala qorxu üzündən iman gətirənləri sevməz. “Onlar (qəbirdə, ya Qiyamətdə) deyərlər: «Biz ona (Qur’ana) iman gətirdik». Amma uzaq bir yerdən əlləri (imana və tövbəyə) necə çata bilər?! (Dünyadan o aləmə yol yaxın və oradan isə dünyaya yol uzaqdır)”. (“Səba” 52). Bu insanlar İlahi əzabı görən zaman qorxu üzündə iman gətirmək istəyərlər. Ancaq ömürləri sona çatdığına görə, faydasız olar.

    Allah Təala başqa ayədə buyurur: “(Onlar dünyaya qaytarılmaq arzusunda səmimi deyildirlər,) əksinə, qabaqcadan gizlətdikləri şey onlara aşkar olub. Əgər (dünyaya) qaytarılsalar, mütləq (yenə də) çəkindirildikləri şeyə qayıdarlar. Şübhəsiz, onlar yalançıdırlar”. (“Ənam” 28). Allah Təala buyurur ki, bu insanlar qorxu üzündə deyirlər ki, iman gətimişik. Ancaq əgər onları dünyaya qaytarsam, onlar yenə də imansız olarlar. Çünki yalançıdılar.

    Allah Fironu bu sözünün bariz nümunəsi kimi misal çəkir. “Nəhayət o, (Firon) boğulmaq halına gəlib çatanda dedi: «İsrail övladlarının iman gətirdiyindən başqa bir tanrının olmamasına iman gətirdim və mən – təslim olanlardanam»”. (“Yunus” 90).

    Allah Təala da Fironun bu sözü qarşısında buyurur: “(Ona deyildi): «İndimi (ki, tövbənin vaxtı keçmişdir)?! Halbuki, bundan qabaq itaətsizlik etdin və fəsad törədənlərdən idin»”. (“Yunus” 91).

    Allah Təala istəyir ki, bəndələri səadətə və kamala çatsınlar. Bunun üçün onların ixtiyarına lazım olan hər bir şeyi qoymuşdur. Əgər bəndə iman gətirmirsə, özündən başqa heç kəsi günahlandırmasın. Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz. Çünki onların imanının faydası olmaz.

    İmam Səccad (ə) buyurur: “Xoşlamıram ki, Allaha cəzasından qorxu üzündən ibadət edim. Çünki bu zaman qul kimi olaram ki, əgər qorxmasaydı, bir iş görməzdi”.

    Bütün bunlara baxmayaraq, Allah o qədər mərhəmətlidir ki, Ona qorxu üzündən iman gətirən bəndələrinin belə, ibadətlərinin savabını verər. (İslami saytlara istinadən)


    /Deyerler.org/
    loading...