Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • 20 Şub 2020, 19:49   
        300


    BAKI-XEBERTV.AZ

    Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı

    Münxen Təhlükəsizlik Konfransında Ermənistan Baş Naziri Nikol Paşinyan Xocalı faciəsinin azərbaycanlılar tərəfindən həyata keçirildiyini və məqsədin Mütəllibov iqtidarını devirmək olduğunu iddia edib. Bu iddianı Mütəllibov şəxsən rədd etsə də, biz Xocalı soyqırımı ərəfəsində ordumuzun sıralarında döyüşmüş, Xocalıdan əhalinin çıxarılmasında şəxsən iştirak etmiş bir qazimizlə məsələni müzakirə etməyi qərara aldıq.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu mövzuyla bağlı Eurasia Diary-ə eksklüziv müsahibə verib:



    Xocalıda əhalinin öz əsgərlərimiz tərəfindən öldürülməsi iddiası nə qədər realdır? Paşinyanın və digər ermənilərin bu fikirlərinə münasibətiniz necədir?

    - Xocalı soyqırımını ermənilər tərəfindən, 366-cı alayın da dəstəyi ilə həyata keçirilib. Bu məsələdə heç bir azərbaycanlının iştirakı olmayıb. Mən o prosesin canlı şahidi olmuşam. Xocalının işğalı ərəfəsində mən “836” saylı hərbi hissəsinin kəşfiyyatçısı idim. O dövrlərdə biz tez-tez kəşfiyyata çıxır, istər Xocalı, istərsə də digər rayonlardan məxfi məlumatlar əldə etməyə çalışırdıq. Lakin mən nə o dövrdə, nə də sonrakı dövrlərdə Xocalıdakı qırğınının azərbaycanlılar tərəfindən həyata keçirilməsi haqqında heç bir faktın şahidi olmamışam. Heç Azərbaycanda belə bir iddia da olmayıb. Sadəcə bu fikir o dövrdə ermənilərin bir uydurması idi. Onların məqsədi aydındır, soyqırımın məsuliyyətini üzərilərindən atmağa çalşırlar.

    - Bəs Xocalı soyqırımını əngəlləyə bilmədiyi üçün Ayaz Mütəllibov təqsirkar deyilmi?

    - Xocalı soyqırımı məsələsində heç kimi, hətta sabiq prezident Ayaz Mütəllibovu belə qınamaq olmaz. Çünki o dövrdə heç kimin ağlına belə gəlməzdi ki, ermənilər dinc əhaliyə bu cür divan tuta bilər. Heç kim belə bir vəhşiliyə onlardan gözləmirdi. Ona qədər bizim bir neçə rayonumuz və kəndimiz ermənilər tərəfindən işğal edilmişdi, lakin heç yerdə biz belə amansız və kütləvi qırğının şahidi olmamışdıq. Ona görə də nə ordudakı zabitlər, nə prezident, nə də xalq belə bir qırğın olacağını gözləmirdi.

    - Ermənilər tez-tez Xocalıdakı sakinlərə şəhərdən çıxmaları üçün koridor verildiyini iddia edir. Siz də 26-sı səhər o istiqamətdə vuruşmusuz, Xocalıda camaat üçün ayrılmış təhlükəsiz bir koridor var idimi?

    - Bu ağ yalandır, boş iddiadır. Ermənilər orada xalqımıza qarşı birbaşa qırğın törədiblər. Heç bir koridor, yol, cığır ayrılmayıb. Ermənilərin iddia etdikləri koridor Qaraqaya istiqamətində ordumuz tərəfindən yaradılmış koridordur. O kordioru da ermənilər yox, dediyim kimi ordumuz formalaşdırıb.

    Xocalı mühasirədə idi, 25-i gecə erməni tankları şəhərə girdi, qırğın başladı. Siz o koridoru necə yarada bilmisiz?

    26 fevral saat 04:00-05:00 radələrdində Xocalıdakı qırğından xəbər tutduq, ilk qaçqınlar Ağdam isqitamətinə çata bilmişdilər. Dərhal Ağdam tərəfindəki hərbi birləşmələr, Allahverdi Bağırov, Şirin Mirzəyev, Qatır Məmməd, Fred Asif və digərləri öz könüllü batalyonlarını döyüşə hazır vəziyyətə gətirdilər və 05:30 radələrində Xocalıdakı əhalinini xilas etmək üçün “Qaraqaya” əməliyyatı başlandı.

    - Niyə məhz Qaraqaya?

    - Xocalı ilə Ağdam arasında Qaraqaya deyilən post var idi. O post ermənilərdə idi. Bizdə olan məlumata görə Xocalıdan qaçan dinc əhalinin böyük bir qismi məhz o post yaxınlığında qırmışdılar. Ona görə də komandirlərimiz gecikmədən bu postu ermənilərdən təmizləyib, camaatı xilas etmək üçün hücum əmri verdilər. Fevralın 26-sı saat 06:00 radələrində biz artıq Qaraqaya başda olmaqla bir çox postu ermənilərdən təmizləmişdik. O istiqamətdə qanlı döyüşlər gedirdi. Bir çox döyüş yoldaşımızı şəhid verdik. Beləliklə biz faktiki olaraq, səhərə yaxın mühasirəni yarıb, Xocalı camaatını ərazidən çıxara bildik. Qatır Məmmədin (Ala Yaqub) oğlu Canpolad orada şəhid oldu. Ermənilər 30-a yaxın qız, gəlini Əsgəran yaxınlığındakı donuz fermasında əsir saxlayırdılar. Canpoladgil həmin əraziyə tankla girdilər. Xeyli erməni qırıb, qadınları və uşaqları xilas etdilər. Camaat xilas edildikdən sonra qüvvələrimiz geri qayıdanda Canpolad tankın üzərində idi. Gözlənilmədən sol tərəfdən bir erməni BMP-si çıxdı, əsgərlərimiz onu görmədi. BMT tanq istiqamətində atəş açdı və orada Canpolad şəhid oldu. Sonra ona Milli Qəhrəman adı verildi.

    Qısası, ermənilərin karidor iddiaları yalandır. Orada dinc vətəndaşları xilas edənlər azərbaycanlı əsgərlər olub. Qaraqaya postu azad edilməsəydi, bəlkə də bütün Xocalı əhalisi qırılacaqdı.

    - Xocalının işğalından bir neçə saat sonra həyata keçirilən bu əməliyyatın hədəfi Xocalını azad etmək idimi? Və bu əməliyyat barədə yadınızda hansı məqamlar qalıb ki, onu oxucularımızın bilməsi vacibdir?

    - 26-sı səhər saatlarında başladığımız əməliyyat Xocalını yox, dinc sakinləri xilas etmək üçün həyata keçirildi. Hətta onun canlı şahidləri var ki, onlar hələ də yaşayırlar. Bu şəxslərdən biri Qaraqayanın necə azad edildiyini və əhalinin necə xilas edildiyini şəxsən mənə bu cür danışıb:

    “Biz Xocalıdan çıxıb Ağdam istiqamətində meşələrin içiylə hərəkət edirdik. Qaraqaya postuna çatanda bilmədik ki, bu post bizimkilərdədir, ya ermənilərdə. Bu zaman iki dəstəyə ayrıldıq. Mən öz dəstəmlə birgə üstü qarla dolmuş bir dərədə gizləndim. Digər dəstə isə posta tərəf getdi və ermənilərə əsir düşdü. Biz bunu görüncə dərədə bir müddət gözlədik. Sonra bizim əsgərlərimizin hücumu başlandı. Ermənilər panikaya düşdü və onlardan biri çığırdı “Ağdam yeleqa”, yəni, Ağdam gəlir. Bu zaman erməni zabitlərindən biri əsir götürülən qocaları öldürmək əmri verdi və ermənilər yerdə qalan əsirlərlə birgə Qaraqayadan Xocalı istiqamətinə qaçdılar. Lakin biz uzaqda idik və nə baş verdiyi tam anlaya bilmirdik. Ermənilər qocaları güllələyib qaçdıqdan az sonra bir uşaq dərədən meyidlərə tərəf qaçdı. Bir meyidə yaxınlaşıb “baba qalx” deyə ağlayırdı. Birdə gördük ki, bir əsgər uşağa yaxınlaşır. Uşaq başladı çığırmağa ki, məni öldürməyin. Əsgər uşağı qucağına aldı, yanağından öpdü və dedi ki, “Qorxma mən Azərbaycan əsgəriyəm, Qatır Məmmədin dəstəsindənəm”. Bunu eşidib dərhal əsgərlərə doğru qaçdıq. Sonra onlar bizi Ağdama gətirdilər”.

    - Çingiz Mustafayev “ANS”də yayımlanan bir kadrda Tamerlan Qarayeva belə bir sual ünvanlamışdı: “Tamerlan bəy ermənilər bizim postun qarşısında camaatı qırıblar. Niyə bizim əsgərlər camaata kömək etməyiblər?” Bu sualın cavabı deyəsən yuxarıda danışdıqlarınızdır, elə deyilmi?



    - Bəli, Çingiz o kadrları çəkəndə Qaraqaya postu artıq bizdə idi. Çingizin bu əməliyyatdan xəbəri yox idi. O elə bilirdi ki, bu post Xocalıda qırğın gedəndə bizdə olub. Halbuki biz, az öncə də dediyim kimi, bu postu Xocalının işğalından bir neçə saat sonra aldıq ki, xalqı oradan çıxara bilək. Biz Qaraqayanı ermənilərdən almasaydıq, bütün Xocalı sakinləri həlak olacaqdı.

    - Çingiz Mustafayev Qaraqaya ətrafında helikopterdən çəkilişlər apardığı zaman meyitlərin arasında gəzişən bir qrup əsgər qaçaraq, gizlənir. Bilmirsiz bu əsgərlər kim idi? Onlar orada nə işlə məşğul idilər və niyə qaçıb gizləndilər?




    - O adamlar Allahverdi Bağırovun erməni zabiti Vitali ilə danışıqlarından sonra meyitlərimizi yığan əsgərlər idi. Mən onları şəxsən danışdırmışam. Onlardan bu məsələni soruşanda dedilər ki, “gördük bir hərbi vertalyot gəlir, bilmədik kimindi, bizim ya ermənilərin. Ona görə də qaçdıq gizləndik”. Doğrudan da Çingiz Mustafayevin çəkiliş apardığı vertalyot “Krakadil” adlı hərbi vetolyot idi.

    - Ən vacib sualım. Ağdamdakı hərbi dəstələr, o cümlədən sizin dəstəniz bilirdilər ki, Xocalı mühasirədədir və hər an ermənilər ora hücum edə bilər. Niyə bu bir ay ərzində Xocalını mühasirədən çıxarıb, xalqı xilas etmək üçün bir əməliyyat keçirilmədi? Niyə haqqında danışdığınız “Qaraqaya əməliyyatı” ancaq ayın 26-sı, qırğından sonra həyata keçirildi?

    - Biz Xocalı soyqırımından öncə də bir neçə dəfə əməliyyat həyata keçirmişdik. Bu əməliyyatlardan biri fevralın 11-12-sində Əsgəran istiqamətində baş tutdu. Hədəf Ə

    gəranı azad edib, Xocalını mühasirədən çıxarmaq idi. Lakin bacarmadıq. Bunu elə olduğu kimi demək lazımdır, hərbin öz qanunları var və ən sadə qanun odur ki, hər zaman qalib gələ bilməzsiz. Hücum etdik, itki verdik, geri çəkildik, alınmadı. Sonra bir daha cəhd etdik, başqa istiqamətdən. İkinci dəfəki əməliyyat fevralın 23-24-ü baş tutdu. Əməliyyat planına görə 10 nəfərdən ibarət kəşfiyyatçı qrupu Xocalıya girməli, əhalini oradan çıxarmağa kömək etməli və hücum zamanı müdafiəyə yardım etməli idi. Plan baş tutmadı. Çünki mənim də seçildiyim 10 nəfərlik kəşfiyyat qrupu Xocalıdan gələn bir dəstəyə qoşulub getməli idi, lakin o dəstə heç vaxt gəlib çıxmadı. Əməliyyat planı dəyişdi. Cəhdlərimiz davam edirdi. Lakin biz bilmirdik ki, məhz 25-dən 26-sına keçən gecə ermənilər Xocalıya girəcək. Biz imkan tapdıqca planlar qurub, xalqı xilas etmək üçün çalışırdıq. Iki dəfə də buna cəhd etdik. Bu cəhdlərdə bir çox döyüş yoldaşlarımızı şəhid verdik.

    Allah bütün şəhidlərimizə rəhmət etsin.

    Nicat İsmayılov



    loading...