Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • 18 Şub 2020, 07:48   
        68

    BAKI-XEBERTV.AZ

    Xocalı soyqırımını dünyaya necə tanıtdıq?


    Azərbaycan xalqı fevralın 26-da növbəti dəfə öz tarixinin ən qəmli hadisəsini yad edəcək. Yüz minlərlə vətəndaş Ermənistanın və onun havadarlarının törətdiyi hərbi cinayətin – Xocalı soyqırımının 28-ci ildönümündə bir yerə toplaşacaq.

    Dünya dövlətləri uzun illərdir ki, bəşəriyyətə qarşı cinayət sayılan bu vəhşiliyi pisləyən qəzəbli bəyanatlar verir, onu törədənləri lənətlə xatırlayır. 1992-ci ilin şaxtalı fevralında törədilmiş bu hərbi cinayətin məqsədi yenicə müstəqilik qazanmış Azərbaycanın xalqının iradəsini sındırmaq, onun ərazi bütövlüyünü sarsıtmaq və dövlət kimi azadlığını əlindən almaq idi.

    Bu illər ərzində Azərbaycan dövləti Xocalı soyqırımının dünayada tanıdılması və onun təşkilatçıları və icraçılarının beynəlxalq məhkəməyə çıxarılması üçün ardıcıl işlər aparıb. Xocalı faciəsinin qurbanlarını bütün dünyaya nümayiş etməklə Bakı saxta humanizmlə maskalanaraq beynəlxlaq dairələrdə “əzabkeş” obrazı yaratmağa çalışan erməni millətçilərinin iç üzünü nümayiş etdirir, bu fəlakətin qurbanlarına ədalət tələb edir.

    Azərbaycan beynəlxalq müstəvidə Xocalı soyqırımına olan münasibəti humanist dəyərlərə olan münasibətin indikatoruna çevirə bilib. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas prioritetinə çevrilmiş “Xocalıya Ədalət” devizi istər dünyanın, istərsə ən müxtəlif cəmiyyətlərin bu cinayəti törtmiş cinayətkarlara münasibətini ortaya qoyur. Beynəlxalq arenada Ermənistanın iyrənc millətçilik siyasətinin rüsvay olunmasında xüsusi rol oynayan bu siyasət artıq neçə illərdir ki, Yerevanı çıxılmaz dalana salıb. Düşmən ən müxtəlif bəhanələrlə bu cinayətin üstündən atmağa çalışsa da təkzibolunmaz faktlar buna imkan vermir. Elə bu günlərdə Münhendə Prezident İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanla Qarabağ mövzusunda apardığı debatda erməni rəhbərinin dili topuq vura-vura Xocalı soyqrımını izah cəhdi miskin bir mənzərə yaratmışdı: Ermənistanın bu cinayətin təşkilatçısı olması faktdır və bu ciddi subutlarla ortaya qoyulub.

    Xocalı soyqırımı Azərbaycanın yeritdiyi xarici siyasətin hər bir aspektində əsas yeri tutur. Böyük beynəlxalq tədbirlərdən tutumuş ikitərəfli görüşlərədək hər bir məqamda Bakı bu fəlakətin səbəbkarlarını xatırladır, onların qanun qarşısında cavab verməsini tələb edir. İctimai-siyasi müstəvinin fəal iştirakçısı olan hər bir qurum Xocalı soyqrımının tanıdılmasını özünün mənəvi borcu sayır.

    Aparılan siyasət nəticəsində Xocalı soyqırımı bir çox beynəlxlaq təşkilatların gündəliyinə salınmış və bir sıra dövlətlər bunu hərbi cinayəti soyqırım aktı kimi tanıyıblar. Hazırda Xocalı Soyqırımı dünyada 9 ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyədə qətliam kimi tanıyıb. Faciəni qətliam kimi tanıyan ölkələrin sırasına Pakistan, Meksika, Kolumbiya, Çexiya, Bosniya-Hersoqovina, Peru, Honduras, İordaniya, Cibuti daxildir.

    Bundan başqa, 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı Soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

    Bu sırada adı çəkilən İslam Əməkdaşlıq Təşkilatı müstəqil Azərbaycanın qurulduğu ilk illərdən Qarabağ münaqişəsinə, Xocalı soyqrımına, Azərbyacanın ərazi bütövlüyünün bərpasına böyük dəstək verib.




    Hələ SSRİ-nin mövcud olduğu bir zamanda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Allahşükür Paşazadənin təşəbbüsü ilə bu quruma daxil olan ölkəmiz bununla da müsəlman dünyasının böyük dəstəyini ala bilmişdi.

    İƏT Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olunduğu ilk beynəlxalq təşkilatdır. Həmin dövrdə Azərbaycanın İƏT-ə üzv qəbul olunması erməni təcavüzünə məruz qalmış ölkəmizin mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma oldu.

    İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin Xocalı soqyqırımı ilə bağlı hər il yaydığı bəyanatda Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qeyri-qanuni işğalının nəticəsi olduğu qeyd olunur. Baş katib işğal olunan Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərəkətləri müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi dəyərləndirən İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommünikesinə və İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilən qətnamələrə istinad edir. İƏT Azərbaycanın ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə tam dəstəyini ifadə edir.

    Xatırlamaq yerinə düşər ki, Azərbaycan İƏT-ə daxil olduqdan cəmi 3 ay sonra Xocalı dəhşətini yaşamışdı. A.Paşazadənin İƏT-ə üzvlüyə mane olmağa cəhd göstərənlərin bütün səyinə rəğmən üzvlük sənədinə qol çəkməklə Azərbaycan öz problemini dünyaya çıxarmaq üçün böyük bir məkan əldə etdi.

    Qeyd edək ki, QMİ sədrinin fəaliyyətində Azərbaycanın ən ağır və kədərli günlərinin dünyada tanıdılması xüsusi yer tutur. İstər 1990-cı il 20 Yanvar Bakı qırğını, 1918-ci il 31 Mart soyqırımı, 1992-ci il Xocalı qətliamı ilə bağlı tutduğu mövqe dünyada yaxşı xatırlanır. A. Paşazadənin bu fəaliyyəti Azərbaycan dövlətinin yürütdüyü siyasətin ayrılmaz tərkib hissəsinə çevrilib.

    QMİ-nin iştirak etdiyi, yaxud təşkliatçısı olduğu beynəlxalq konfranslarda da Qarabağ münaqişəsi və onun gətirdiyi faciələr birmənalı olaraq dünyanın nufuzulu din xadimləri tərəfindən pislənilir, ölkəmizin haqlı mövqeyi dəstəklənir. Elə ötən ilin noyabrında Bakıda keçirilmiş Dünya dini liderlərinin ikinci Bakı sammitində bu mövqe bir daha nümayiş olundu.

    Dünyanın dörd bir tərəfindən Bakıya gəlmiş din xadimlərinin imzaladığı Bəyanatda BMT-nin Nizamnaməsinə və beynəlxalq hüququn tanınmış normalarına, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət edilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda göstərilən prinsiplərə tam uyğun olaraq sülh yolu ilə həll olunmasına töhfə verməyə çağırış yer almışdı.

    Bakı Sammitinin iştirakçıları BMT-ni ksenofobiya zəminində törədilən terror aktları və digər xüsusilə ağır cinayətlərin qarşısının alınması üçün təsirli tədbirlər görməyə çağırmışdılar.

    Şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımının baş verdiyi ilk gündən bu qətliamı pisləyərək, onun icraçılarının cəzalandırılmasını tələb edib.

    Hər il Şeyxulislam bu qətliamla bağlı dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ünvanlayır, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti soyqırımı aktı kimi tanımağa çağırır.

    Mahiyyəti etibarilə, Xocalı faciəsini Holokost, Hernika, Xatın soyqırımları kimi insanlığa qarşı törədilmiş cinayətlərlə eyni olduğunu bəyan edən A.Paşazadə Xocalıda məqsədyönlü soyqırımı erməni vəhşiliklərinin kulminasiya nöqtəsi adlandırıb.

    Azərbaycanın müxtəlif dini konfessiya liderləri hər il Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə birgə müraciət ünvanlayırlar.





    Dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə yayılmasında, qəsbkarın əsl simasının açılması baxımından önəmlidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və dünya ictimaiyyətində geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır.

    Dünya ölkələrinin rəhbərlərinin, ictimai xadimlərin, nufuzlu din xadimlərinin Xocalı soyqırımı ilə bağlı verdikləri bəyanatlar bu baxımdan Azərbaycanın bu yöndə apardığı siyasətin nəticələridir.

    Xocalı soyqırımının tanıdılması üçün aparılan işlər Azərbaycan cəmiyyətinin yekdilliyinin nümayişinə çevrilib. 26 fevralda dünya bir daha bunun şahidi olacaq.moderator.az
    loading...