Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Koronavirus heyvanlar arasında da yayılır
  • Koronavirusa görə dünyanı aclıq gözləyə bilər
  • Bu şəxslər aptek, bank və dükana gedərkən SMS göndərməyəcək - AÇIQLAMA
  • Təsdiqləndi: 158 mindən çox şəxs evdən çıxa bilər
  • Bu virus bütün insanları xilas edəcək – Video
  • Yapon alimlərdən virusun hava ilə yayıldığını sübut edən - Video
  • Dünya şöhrətli PROFESSORDAN sevindirici xəbər: Koronavirus tezliklə bitəcək!
  • 27 ildir Kəlbəcər işğal olunub
  • Günün ulduz falı: 2 aprel, 2020
  • Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
  • Dövlət kimə nə qədər PUL VERƏCƏK? - Əhaliyə ayrılacaq maddi yardımla bağlı SİYAHI AÇIQLANDI (VİDEO)
  • Hamı maska taxmalıdır: Bütün dünya bu qərara doğru gedir - Video
  • "Mənim kim olduğumu bilirsiniz, tanıyırsınız" - Mübariz Mənsimovdan Ərdoğana müraciət...
  • ÜST Azərbaycanın koronavirusla bağlı atdığı addımları TƏQDİR ETDİ
  • Bu gün Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn iclası keçirilib. İlk dəfə onlayn iclas tətbiq olunub.
  • Dövlətdən vətəndaşa 2,5 milyard manat
  • Günün ulduz falı: 1 aprel, 2020
  • SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
  • COVID-19-a qarşı vaksin 2021-ci ilin əvvəlində istifadəyə hazır ola bilər
  • Sabahdan hava dəyişir - XƏBƏRDARLIQ
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • 18 Şub 2020, 07:42   
        67


    BAKI-XEBERTV.AZ
    "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim


    Türkiyənin Ərciyəs Universitetinin professoru, tanınmış ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı Moderator.az-a bu dəfəki açıqlamasında Münhen debatında İlham Əliyevin tutarlı arqumentləri qarşısında tab gətirməyərək sərsəmləyən Nikol Paşinyanın ermənilərin bu coğrafiyanın ən qədim xalqlarından olması haqqındakı yersiz iddialarını ifşa edib:

    "Ermənilərin qədim xalq olma iddiası həmişə lağa qoyulub. Tiqran Mets haqqında artıq fikrimizi bildirmişik, onu əlavə edə bilərik ki, Paşinyanın tarixdən bixəbərcəsinə Tiqrandan danışması yaxşı özünüifşa oldu. Tiqran Mets Makedoniyalı İsgəndərin dörünə aiddir və o zaman Avrpoadan Hindistana qədər bütün ərazilər makedoniyalı İsgəndərin kontrolu altında idi. O cümlədən Armeniya özü də. Tiqran Mets də bu imperiyanın içərisində qalan ərazidən (dövlət deyil) başqa bir şey deyildi. Bu adam anlamır ki, ermənilər yalnız 1918-ci ildə öz dövlətlərini qurublar, özü də tarixi Azərbaycan torpaqlarının içində. Ermənilərin tarixdə heç vaxt müstəqil dövləti olmayıb. Bu birmənalı hamının biləcəyi bir gerçəkdir. Bu iddianı irəli sürənlər tarixilikdən uzaq adamlar olmuşlar və bəzən də çılpaq saxtakarlıq yolunu tutmuşlar. Mən yazdığım dissertasiya işində Movses Xorenatsinin ermənilərin tarixi ilə bağlı məsələlərinə elmi münasibət bildirmişəm. Yalnız mən deyil, dünyanın məşhur tarixçiləri, araşdırmaçıları da bu qənaətə gəliblər ki, Xorenatsinin saxtakarlığı o qədər irəli getmişdir ki, yazdığı "əsər" özünün yaşadığı dövrü deyil, daha sonrakı tarixləri əhatə edib. Necə ola bilər ki, insanın özündən sonrakı tarixdən xəbəri olsun. Demək, onun adına yazılan həmin kitabda erməni əli "gəzib", nəticədə ortaya yalançı bir "Erməni tarixi" çıxıb. Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdirlər və fərqli zamanlarda onlara sırınan millliyətçi ideologiyanın və saxta tarixin əsiri olmuşlar. Özlərini heç bir əsas olmadan dünayanın qədim milləti və hətta ilk xistianları adlandırmaqdan çəkinmirlər. Bir daha söyləməliyik ki, dünyaya çıxdıqları ad - Armeniya coğrafi bir məfhumdur, onu hər hansı bir ideoloji düşüncə sisteminə daxil etmək isə hər zaman suni bir baxış olacaq. Tarixdə mövcudluğunu bildiyimiz “Armeniya” nın bu gün “Ermənistan” (Hayastan) deyilən dövlətə və “hay” deyilən millətə heç bir aidiyyatı yoxdur. Bu artıq sübut olunmuş, dünya tarixşünaslığının qəbul etdiyi həqiqətdir, ermənilərin “Armeniya”nı özününküləşdirmək çəhdi daha uğur qazanmır. Diqqətli Qərb alimləri bu cəhdlərə hətta gülürlər. O alimlər ermənilər haqqında deyirlər ki, 301-ci ildə Xristianlığı qəbul etdikləri iddia olunan haylar buna qədərki bütün məbədləri yıxıb dağıtmışdılar, onun yerinə isə heç bir şey yarada bilməmişdilər. Özlərini qonşularından, əsasən də müsəlmanlardan fərqləndirmək üçün yaşadıqları məkanları bu dinə (və ya dinlərə) sitayiş edən insanlardan uzaq tutmaq üçün nə milli, nə də dini bir ideologiya yarada bilməmişdilər. Başqa sözlə, xristianlıq özü də bir millət olaraq ermənilərə fərqli görünüm verməmişdir. Öyünürlər ki, biz ilk xristianlarıq. Bu da digər xristianlara təhqirdir. İndi araşdırılıb ortaya qoyulmuşdur ki, Armeniya deyilən ərazilərdə Türklərin yaşadıqlarını təsdiqləyən yüzlərcə tarixi və arxeoloji dəlillər var. Bir çox türk qövmləri məhz həmin zamanlarda xristianlığı qəbul edərək bu xalqlarin içərisində ərimişdir. Armeniyada xristianlığı yayan şəxsin erməni kökənli olmayan Qriqori olduğunu qəbul etsək, gözlənilənlərin əksinə olaraq Qriqori türklərin içində özünü heç də narahat hiss etməyib. Bu həm də ondan irəli gəlmişdir ki, türklər təkallahlılığa, təktanrıçı dinlərə hörmətlə yanaşmışdır. Buna baxmayaraq türklər sürgün qaydalarına uyğun olaraq Qriqorini digər əsirlər kimi dərin kahada saxlamalı idilər. 15 illik sürgün başa çatdıqdan sonra (15 iyun 301-ci ildə) türklər Qriqorini azad edirlər. O, Armeniyaya daha ziyalı, işıqlı, maariflənmiş kimi qayıdır. Türk sürgünündə olduğu illər onun üçün heç də əbəs yerə ötməmişdir. Qriqori Armeniyanın ilk katolikosu elan edilir. V əsr yazarı Favstos Buzandın “Armeniya tarixi” kitabında da məlumatlar vardır. (Erməni ədəbiyatı 9-cu siniflər üçün , Yerevan 2008 (Հայ գրականություն, 9-րդ դասարանների համար, Երևան-2008)
    Bu bölgə ilə coğrafi termin olaraq istifadə olunan “Armenia” ilə bağlı bir az da dərinə getsək, Armenianın hududlarının eyni olması üçün hər hansı bir səbəb olmadığı da ortaya çıxar. Bu sadə səbəbdən ki burada ən qədim dövrlərdən müxtəlif xalqların sıx şəkildə məskunlaşdığı ərazilərdi. Buranı bir xalqa aid etmək özü saxtakarlıqdır. Ermənilər qəsdən özlərinin tarixi keçmişini qarışdıraraq dünya ermənişünaslarını da çaş- baş salıblar.Bir coğrafi ad olaraq “Arminiya” və ya “Armaniya” adına ən erkən qədim Fars imperatoru I. Daranın e.ə.510-ci il tarixli Bisutun Abidəsində rast gəlinir. E.ə. 399-ci ildə bölgəni gəzərək buraları ətraflı təsvir edən yunan tarixçisi Ksenofonun əsərində bu ərazi “Armenia” olaraq keçir. Strabon “Coğrafya”sında (b. e. 1-ci əsr) və Roma İmperatorluğunun inzibati ərazisi bölgüsündə “Armenia”nın sərhədləri belə təyin olunur: Qərbdə Fırat çayı, cənubda Cənub-Şərqi Toros sıra dağları, cənub-şərqdə Hakkari dağları və Urmiyə gölü, şimal- şərqdə Göyçə gölü və Qarabağ, Şimalda Çıldır gölü və Şərqdə Qara dəniz dağları...

    Orta əsrlər Ərəb qaynaqlarında eyni bölgənin adı Armaniyya və ya Ermeniyye (Ar: أرمنية) olaraq keçir. Eski Türkçə mətnlərdə Ermeniyye adına 15-ci əsrdə qədər rast gəlinir. Əsrlərcə yalnız tarixi bir ad olaraq xatırlanan "Armenia " adı, 19-cu əsrin milliyyətçi erməni cərəyanların yarandığı dövrdə təkrar aktual məna qazanmışdır. Ermənilər özlərinə “Hay” və ölkələrinə “Hayastan” və ya “Hayk” adını verirlər, indiki anlamda “Armeniya” Hayastan ( Հայաստան) demək deyildir. Eyni bölgə bütün qədim dövr boyunca qədim yunan və latın qaynaqlarında Armenia, İslam dövrünə aid Ərəb qaynaqlarında isə Armaniyya / Ermeniyye olaraq adlandırılmışdır. Bölgədə eramızdan əvvəl 1-ci minillikdə, daha doğrusu, həmin minilliyin ilk yarısında Urartu Krallığı hökm sürmüşdür. Urartu sivilizasiyasının e.ə. 7-ci əsrdən etibarən zəifləyib çökməsiylə, eyni bölgədə bir-birindən müstəqil hərəkət edən müxtəlif bəyliklərinin və Urartu dili ilə birbaşa heç bir əlaqəsi olmayan erməni (hay) topluluğunun varlığı bilinməkdədir. Erməni ünsürünün bölgədə həmişə Urartu suverenliyi altında mövcud olan bir ünsürmü, yoxsa Urartu nizamının zəiflədiyi dövrdə bölgəyə kənardan gələn işğalçılarla birgə gələn toplummu olduğu tarixçilər arasında həmişə mübahisə predmeti olmuşdur, erməni tarixçilər arasında da bununla bağlı fikir birliyi yoxdur. Urartu, Hind-Avropalı olmayan (N.İ.Marrın deyimiylə, "yafetik") bir mədəniyyətdir; Bu anlamda, digər toplumların, xalqların istifadə etdiyi "Erməni, Armenian, Armenien" sözünün də Farsların Urartu bölgəsinə verdiyi ad olan "Arminia" ilə əlaqəsinin olduğu təkzibedilməz dəlildir. Bunu erməni ideoloqlar qəbul etmirlər. Ona görə ki, bu ad altında mənimsədikləri mədəniyyətlərin onlara aid olmadığı üzə çıxa bilər. Anoloji polemik fikirlər yaxşıdır, erməni saxtakarlığını ortaya çıxarmaq və onu bir daha dünyanın diqqətinə çatdırmaq baxımından önəmlidir".
    loading...