Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • 12 Şub 2020, 20:57   
        165



    BAKI-XEBERTV.AZ
    50 saylı Abşeron-Qobustan seçki dairəsinin seçiciləri Prezidentə müraciət etdi

    Abşeron və Qobustanda saxtalaşdırılmış seçki ilə bağlı sakinlər hüquqlarının tapdalandığını və Ölkə başçısına müraciət ünvanladıqlarını və bunu bütün ictimaiyyətə bəyan edəcəklərini bildiriblər. Bu ərazidə yaşayan sakinlər 09.02.2020 tarixində keçirilmiş VI çağırış növbədən kənar Parlament seçkilərinin legitimliyini tanımadıqları və seçkinin nəticəsinin ləğvi ilə bağlı petisiya üçün minlərlə imza topladıqlarını müraciətlərində qeyd ediblər. 50 saylı Abşeron-Qobustan seçki dairəsində saxtakarlıqların pik həddi bu ərazidə yaşayan seçiciləri hiddətləndirib. Soyuq havada səs verməyə gedən sakinlər, sonunda saxtakarlıqla üz-üzə gəliblər.Onların səs verdiyi namizədin əvəzinə digər namizəd qalib çıxıb. Ölkə başçısı Cənab Prezident İlham Əliyevə, Birinci vitse prezident Mehriban xanım Əliyevaya və Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahova ünvanlanmış məktubun mətnində, seçki prosesində saxtakarlıq faktlarının bir neçəsi, sakinlərin narahatlıqları öz əksini tapmışdır.

    Abşeron-Qobustan sakinləri saxtalaşdırılmış seçkidən, bu ərazidə yaşayan vətəndaşların konstitusion hüquqlarının pozulduğundan, bütün bu saxtakarlıqların günü-gündən inkişaf edən ölkəmizin maraqlarına xələl gətirməsindən, müəyyən qara qüvvələrin hətta seçkidən öncə məqsədli şəkildə onların tanımadıqları namizədin xeyrinə təbliğat-təşviqat proseslərinin aparılması ilə narahatçılıqlarını Ölkə başçısına çatdırıblar. Bir toplu sakin İcra strukturu nümayyəndələrinin, məktəb direktorların, müəllimlərinin və s digər Dövlət strukturlarında çalışanların seçkilərə müdaxilə etməsindən, onların səslərinin oğurlanmasından gileyləniblər.
    Cənab Prezidentin Xalqa müraciəti, 2019-cu ilin sonlarında Parlamentin buraxılması və digər islahatlar Abşeron-Qobustan sakinlərini də hər kəs kimi ümüdləndirmişdir. Ümüdləri puç olmuş toplu öz haqqlarını tələb etmək üçün icazəli mitinqlərə qoşulacaqlarını və əsasəndə ‘’Saxta seçkilərə yox’, “Ölkə başçısının tapşırıqlarına əməl etməyənlər cəsalansın”, “Aldandıq”kimi şüarlar səsləndirəcəklərini redaksiyamıza bildiriblər. Məktubun məzmunundan göründüyü kimi Abşeron-Qobustan sakinləri keçirilmiş parlament seçkilərindən narazıdırlar, və haqq-ədalət bərqərar olmayana qədər sona qədər mübarizə aparacaqlarını bildiriblər. Ölkə başçımızdan razılıq edən Xalq , məmurların onları hiddətləndirdiyini və müxtəlif yollarla aldatdıqlarını,hədələyərək seçkilərin saxtalaşdırılmasını bildiriblər. Daima Ölkə başçısından və Birinci vitse-prezidentdən qayğı görən xalq, icra başçıları və msk məntəqə sədrlərindən narazıdırlar.Haqq-ədalət bərpa olunmayana qədər mübarizə aparacaqlarını bildirərək, Ölkə başçısının ədaləti bərpa edəcəyinə güvənirlər və buna əmindirlər.Ardı var...

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına 50-saylı Abşeron-Qobustan seçki dairəsin ərazisində yaşayan seçicilərin müraciətini sizlərə təqdim edirik.

    Azərbaycan Respublikasının Prezidenti
    İlham Əliyev cənablarına

    Surəti: Azərbaycan Respublikasının
    Birinci vitse-prezidenti
    Mehriban xanım Əliyevaya

    Azərbaycan Respublikası
    Mərkəzi Seçki Komissiyasının sədri
    cənab Məzahir Pənahova

    Azərbaycan Respublikası
    Prezident Administrasiyasının rəhbəri
    cənab Samir Nuriyevə



    09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərinsaxtakarlıqla keçirilməsinə dair 50-saylı Abşeron-Qobustan seçki dairəsin ərazisində yaşayan seçicilərin

    Müraciəti

    Ölkəmizdə, son dövrələrdə aparalan uğurlu islahatlar, kadr və struktur dəyişikliyin müsbət təsiri, Respublikamızın bütün regionlarında hiss olunmaqdadır.
    Biz Abşeron, Qobustan rayon sakinləri Sizin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərinizi, yürütdyünüz siyasəti, uğurlu islahatları, xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərdiyiniz fəaliyyəti daima yüksək qiymətləndirir və buna görə Sizə öz dərin minnətdarlığımızı bildiririk.

    2019-cu ilin sonunda Parlamentin buraxılması və 09.02.2020 tarixli VI çağırış növbədənkənar Parlament seçkilərin keçirilməsi ilə əlaqədar sərəncamınız,gələcək deputatların xalqın içindən, seçicilərin öz güvəndiyi namizədi seçməsi üçün şəraitin yaradılması ilə bağlı göstərişləriniz, hamımızı sevindirdi və keçiriləcək seçkilərə böyük inam yaratdı .
    Bir məslələni diqqətinizə çatdırmaq istəyirik.Seçki təşviqat-təbliğat ərəfəsində bəzi Dövlət məmurları görünür sizin humanistliyinizdən və onlara güvəninizdən istifadə edib ,verdiyiniz göstərişlərə məhəl qoymamağı üstün tutdu və bu sakinlər arasında böyük narazılığa səbəb oldu və olmaqdadır.
    Yaşadığımız ərazidə biz hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk günlərdən dövlətin inzibati-resurslarından istifadə etməklə açıq-aşkar namizədlərdən biri olan Şahin Seyidzadənin təbliğatının təşkil edilməsinin şahidi olduq.Dövlət qurumlarında çalışanlar (kənd və qəsəbə icra nümayəndələri, məktəb direktorları, uşağ baxçalarının müdürləri, musiqi məktəblərinin direktorları, müəllimlər, tibb məntəqələri və xəstəxanalırın baş həkimləri və s.) bir-başa olaraq görüşlərdə boş zalları doldurmaqla və Şahin Seyidzadənin şəkillərini təşviqat lövhələrinə vurulması ilə məşğul olurdular.
    Seçkidən bir-iki gün öncə Şahin Seyidzadənin adından sakinlərə danışıq konturları paylanılıb (məs;Aşağı Güzdək qəsəbəsi), Hökməli və Novxanı məktəblərində valideyinlərin şəxsiyyət vəsiqələri toplanılmağa başlandı.Yaşadığımız ərazidə Şahin Seyidzadənin artıq seçildiyi şayələri, təbliğatın başlandığı gündən sakinlər arasında dolanmağa başladı. Müəllimlər telefonlarda Whatsapp proqramı üzərindən valideynlərə Şahin Seyidzadəyə səs verməyə çağırışları etdilər.
    Abşeron və Qobustan rayonlarının rəhbərliyin göstərişi və şəxsən iştiraklarıyla sakinlərə Şahin Seyidzadəyə səs vermədiyimiz halda torpaqlarımızı əlimizdən alacağıqları kimi təhdidlər olub və “Şahin Seyidzadə yuxarıdan tapşırılıb və onsuzda seçiləcək” kimi psixoloji təsir etməklə təbliğat aparılmağa başlanıldı.
    Biz bir qrup sakin ölkə prezidentinə bu qanunsuzluqlar barədə müraciət etmək qərarına gəlsəkdə, sonda beynəlxalq arenada ölkəmizin imicinə zərər vura bilər və eyni zamanda ölkə prezidentinin icra başçılarına seçkilərin şəffaf keçirilməsi tapşırıqlarını eşidib bir ümüdlə bəlkədə seçkilər şəffaf keçiriləcək deyə bu addımdan vaz keçdik.
    Lakin, seçki günü mümkün ola biləcək bütün saxtakarlıqlardan istifadə edildi.Nümunə olaraq Hökməli kəndində dəfələrlə bir şəxsin iki dəfə səs verdiyi məlum oldu. Baxça müdirəsinin öz işçiləri ilə birlikdə hər məntəqədə səs verdiyinin şahidi olduq. Nemət adlı şəxs məlumatımıza əsasən 20 manat pul müqabilində (“Vüsal” şadlıq sarayının sahibi) “At yalı” yaşayış massivindən xüsusi tutulmuş maşınlarla insanları dəstə-dəstə gətirərək karuseldə iştirak etdiridi.Yenə Nemət gedib özü Hökməli qəsəbə icra nümayəndəliyində əyləşərək adamları tərəfindən At yalından gətirilmiş insanları qeydiyyatı olmadığı üçün təcili arayış verdirərək Şahin Seyidzadəyə səs vermələri üçün karuselə cəlb etdi.Bütün bunları Bakı–Şamaxı yolunda markalarını deyəcəyimiz maşınların hərəkətlərini kameralardan izləməklə müəyyənləşdirmək mümkündür.
    Ceyranbatan qəsəbəsində işləyən 1 saylı orta məktəbin bir neçə müəllimiAbşeron rayonunda qeydiyyatda olmamağlarına baxmayaraq Ceyranbatan qəsəbəsində olan hər üç məntəqələrdə Şahin Seyidzadəyə səs vermək üçün Ceyranbatan qəsəbə 1 saylı orta məktəbinin direktoru təşkil etdiyi “karuseldə” iştirak ediblər.
    Həmçinin, seçki günü qeydiyyatda olmayan sakinlərə kütləvi arayışların verilməsi, Qobustanda icra nümayyəndələrinin qapı-qapı gəzərək sakinlərə hədə-qorxu gəlməklə Şahin Seyidzadəyə məcbur qayda da səs verməsi hamımızı məyus etdi.
    Pirəkəşkül kəndinin ərazisində yerləşən hərbi hissədə keçirilən səsvermədə ümumiyətlə hərbi xidmətdə olmayan namizəd Şahin Seyidzadəyə MSK-nin saytında yerləşdirilən protokola əsasən 1000 yaxın səs verilib, lakin Qarabağ Qazisi Mehdi Mehdiyevə 148, digər hərbi xidmət keçmiş və müharibə iştirakçısı olan namizədlərə 0-80 səs verilib. Halbuki, heç bir namizədə hərbi hissədə təbliğat aparmağa imkan yaradılmamışdır.Bu çox gülünc rəqəmlərdir və şübhəsiz ki, saxtakarlığın zirvəsidir.
    Yuxarda göstərilən və digər neqativ faktlar və saxtakarlıq haqqında dəfələrlə MSK-nin 115 “ Qaynar xətt” inə və Dairə Seçki Komissiyasına dəfələrlə müraciətlər edilmiş, lakin heç bir tədbir görülməmişdir.
    Bütün bunlar seçkilərin ədalətsiz və saxtakarlıq şəraitində keçirildiyinin əyani sübutudur. Biz 50-saylı Abşeron-Qobustan seçki dairəsindən seçkilərin legitimliyini tanımadığımızı və yeni seçkilərin keçiriləcəyinə qədərdə tanımayacağımızı bəyan edirik.

    Cənab Prezident,
    Sizin apardığınız siyasətə, sizin göstərişlərinizə məhəl qoymayan , inamınızdan sui istifadə edən icra strukturu nümayyəndələrinin cəzalandırılmasını və 9 fevral 2020-ci il tarixində keçirilən seçkilərdə 50-saylı Abşeron-Qobustan seçki dairəsin nəticələrini ləğv etmənizi xahiş edirik.

    Biz sizə güvənir, sizi daima dəstəkləyir və inanırıq ki, qısa müddət ərzində haqq-ədalət sayənizdə bərqərar olacaqdır.

    İMZALAR: CƏMİ 3896 NƏFƏR
    Seçicilərin narazılığı ilə bağlı video roliki sizə təqdim edirik.

    loading...