Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • "18 manatlıq qazı bizə 100-200 manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT
  • Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız
  • Hamı saat 14:00 gözləyir-NƏ BAŞ VERƏCƏK?
  • 22 Oca 2020, 19:11   
        70


    BAKI-XEBERTV.AZ
    Əfsanəli Milli Qəhrəman Fred Asifin qardaşı
    seçicilərə müraciət etdi

    12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin əziz seçiciləri,
    Könül istərdi, Milli Məclisimizin yeni tərkibində vətənpərvər insanlar, özü ordu sıralarında xidmət keçmiş yaxud xidmət keçmiş vətəndaşlarımızın hiss-həyəcanını bilənlər çoxluq təşkil etsin. Mən belə ziyalılarımızdan biri, ehtiyatda olan zabit Əkbər Mehdi oğlu YOLÇUYEV (Əkbər QOŞALI) haqqında danışmaq istərdim. O, 12 saylı Seçki Dairəsi üzrə müstəqil namizəddir.
    Əkbər Yolçuyev özü sərhəd kəndində böyüyüb, boya-başa çatıb. Hələ orta məktəb illərində, Ermənistan dövlət orqanlarının onun doğulduğu kəndin torpaqlarını “dinc yol”la qəsb etməsinə qarşı dirənişdə, ermənilərin tikanlı məftillərinin sökülməsində iştirak edib. Böyük qardaşı Zülfüqar Mehdioğlu, (yaşı çatan bütün qohum-əqrabası) digər kənd cavanları kimi el-obanın ilkin özü¬nümüdafiəsində könüllü iştirak edib. Bacısı oğlu, Silahlı Qüvvələr veteranı Yolçu Yolçuyev əfsanəli artilleriyaçı kimi şöhrət qazanıb, dövlət başçımız tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə. Habelə “Qüsursuz Xidmət” medalının hər üç dərəcəsi ilə təltif edilib. Digər qohumları, ailə üzvləri içində döyüş yolu keçmiş qəhrəman oğullarımız, uğurlu Başkənd və digər əmə¬liyyatların iştirakçıları var.
    Əkbər Yolçuyev həqiqi hərbi xidmətini “N” saylı Əlahiddə Hərbi Briqadada – Tank əleyhinə Artil¬leriya Dvizyonunun kəşfiyyat rəisi olaraq keçib.
    Ə.Yolçuyevin ali təhsili, mülki əmək fəaliyyəti, yaradıcılıq yolu da zəngindir. O, 1995-ci ildə Azərbaycan Texniki Universitetini “Elektronika mühəndisi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib; 1998-2001-ci illərdə isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” is¬tiqaməti üzrə ikinci ali təhsil alıb.
    1996-cı ildən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş üzrə Baş İdarəsində çalışıb. Azər-baycanda Atatürk Mərkəzi qurulandan əmək fəaliyyətini burada davam etdirib, hazırda Mərkəzin İctimai-siyasi şöbəsinin müdiridir.
    Azərbaycan Prezidentinin 1322 saylı Sərəncamı ilə, milli mətbuatın inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına (2015), Azərbaycan Prezidenti adından Müdafiə Nazirliyi tərəfindən “Azərbaycan Ordusu-100” yubiley medalına (2018), Dövlət Sərhəd Xidməti tərəfindən “Azər-baycan Sərhəd Mühafizəsi-100” yubiley medalına (2019) layiq görülüb.
    Habelə, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi, Qarabağ Müharibəsi Əlilləri, Ve¬te-ranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən medallarla, Ehtiyatda olan Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən “Fəxri Fərman”larla təltif edilib.
    Bir neçə kitabın müəllifidir.
    Ə.Yolçuyev fəal təbliğat-təşviqat dönəmindədir, “Hər sçici əzizdir, hər ev doğmadır” şüarı ilə sizlərlə görüşür, biləvasitə və virtual olaraq, platformasını açıqlayır.
    Bütün bu deyilənləri nəzərə alaraq, Ə.Yolçuyevin Milli Məclisin fəal üzvlərindən olacağına, xal-qa ləyaqətlə xidmət edəcəyinə inamımı ifadə edir, Sizləri 9 fevralda seçki məntəqələrinə ge¬dərək, ona (Yolçuyev Əkbər Mehdi oğluna) səs verməyə çağırıram. Adı əlifba sırasına görə siyahıda so-nuncu yerdə olan qardaşımız, Sizlərin səsi ilə birinci olacaq – deyə ümid edir, hər birinizə uğurlar diləyirəm!
    Tanrı utandırmasın!

    Salam-sayğılarla,

    Ədalət MƏHƏRRƏMOV
    Bakı şəhəri, 22.01.2020
    loading...