Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • Turistlər orbitə səyahət üçün milyonlarından keçməli olacaqlar
  • Naxçıvandan görüntülər: Azərbaycan əsgəri qarlı dağlarda..
  • Xocalı soyqırımını dünyaya necə tanıtdıq?
  • "Ermənilərin bədbəxtliyi odur ki, onlar öz tarixlərindən bixəbərdir" - Ermənişünas alim
  • Cinsi gücü artıran həblər mavi görməyə səbəb olur - AÇIQLAMA
  • Iqbal Ağazadə Rauf Arifoğlu üzərində ilk mənəvi qələbəsini çaldı
  • Koronavirusu alimlər hazırlayıb? (İDDİA)
  • "18 manatlıq qazı bizə 100-200 manata satırlar": "Limit ləğv edilməlidir”- EKSPERT
  • Seksual partnyoru çox olanların nəzərinə: Xərçəngin bir addımlığındasınız
  • Hamı saat 14:00 gözləyir-NƏ BAŞ VERƏCƏK?
  • 21 Oca 2020, 09:52   
        54



    Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat


    8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri üçün şəxsi elektron kabinet yaratdı.



    XEBERTV.AZ xəbər verir ki, Azay Quliyev operativ əlaqənin qurulması, qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırması məqsədilə indiyə kimi tətbiq etdiyi elektron xidməti daha da təkmilləşdirərək seçicilərlə yeni kommunikasiya modeli olan “Seçicinin elektron kabineti” xidmətini təqdim edir.



    Bu yenilik özündə nəyi əks etdirir?



    1) Seçicilərin deputatla əlaqələrində operativlik ən yüksək səviyyədə təmin olunacaq;



    2) Seçicilər əlavə zaman, enerji və digər resurslar sərf etmədən problemləri haqqında deputata onlayn müraciət edəcək. Bu xidmət vasitəsilə deputatın seçicilərin problemlərinin həlli ilə bağlı atdığı addımlar və qəbul etdiyi qərarlar seçicilər tərəfindən sistemli şəkildə müşahidə olunacaq;



    3) Seçicilər təxirəsalınmaz məsələlər barədə rəsmi qəbula gəlmədən deputatı birbaşa məlumatlandıracaq və onları narahat edən problemin həllinə nail olacaq;



    4) Deputat və seçicilər arasında sənəd dövriyyəsi elektron qaydada həyata keçiriləcək, bu sahədə şəffaflıq və aşkarlıq maksimum səviyyədə təmin ediləcək;



    5) Deputata müraciət etmiş seçicilərin vahid elektron bazası formalaşdırılacaq ki, bu da hər bir seçicinin müraciət etdiyi məsələlərin müntəzəm olaraq hər iki tərəfin nəzarətdə saxlamasına imkan yaradacaq;



    6) Müraciətlərin kateqoriyalar üzrə sistemləşdirilməsi sayəsində seçicilərin qaldırdığı məsələlər və üzləşdiyi problemlər təhlil ediləcək və müəyyən edilmiş problemlərin həlli üçün deputat tərəfindən Milli Məclisə və hökumətə müvafiq təkliflər göndəriləcək;



    7) Bu xidmət vasitəsilə hər bir seçici deputatın fəaliyyəti və gördüyü işlərlə yaxından tanış olacaq və beləliklə, deputatın fəaliyyətinə ictimai nəzarət daha da artacaq;



    8) Növbəti mərhələlərdə “Seçicinin elektron kabineti”nin Elektron Hökumət sisteminə inteqrasiyasının həyata keçirilməsi nəzərdə tutulur ki, bunun da nəticəsi olaraq Elektron Kabinet üzərindən digər dövlət qurumlarına da birbaşa müraciətin göndərilməsi mümkün olacaq;



    9) Təqdim olunan elektron xidmətdə seçiciləri narahat edən sosial məsələlərin kollektiv müzakirəsi üçün “Seçici forumu” fəaliyyət göstərəcək;



    10) “Sənin fikrin” bölməsində təşkil olunacaq sorğular vasitəsilə dairədə ictimai təşəbbüslərin irəli sürülməsi və ictimai rəyin öyrənilməsi təmin olacaq.



    Eyni zamanda, A.Quliyevin seçiciləri qəbul zamanı verdikləri ərizə və şikayətlər elektron bazaya daxil ediləcək. Qaldırılan məsələlərin icrası ilə bağlı atılan addımların ardıcıllığı seçicilər tərəfindən vahid bazada onlayn qaydada müşahidə ediləcək. Elektron kabineti yaratmaq üçün 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər azayguliyev.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.



    Seçicinin e-kabineti haqqında video təlimatda daha ətraflı məlumat əldə edə bilərsiniz.





    TED.az
    loading...