Xəbər lenti
Axtar
Ən çox oxunan
  • NATO ölkələri Türkiyənin müdafiəsinə qalxdı - Təcili iclas sona çatdı
  • Azərbaycanda koronavirusa görə qərargah yaradıldı
  • Yer planetinin ikinci peyki peyda oldu
  • Sumqayıtda qeyri-adi dumanın – Videosu
  • Xocalıda 8 gün əsirlikdə qalan qadın: Karen adlı erməni bədənimə su töküb nazik zəncirlə döyürdü
  • Birandın “32-ci gün”ündə Xocalı: sensasion kadrlar – Video
  • Mehriban Əliyeva: “Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir” - FOTO
  • Yaz gəlibdir.
  • Orta ümumtəhsil məktəbində soyqırım qurbanları yad edildi!
  • Azərbaycan İranla sərhədi niyə bağlamır? - Açıqlama
  • Azərbaycanda koronavirus var? - ÜST AÇIQLADI
  • "Allah qorxu üzündən iman gətirən bəndələrini sevməz- Onların imanının faydası olmaz..."
  • Türk professordan koronavirusla bağlı şad xəbər
  • 5,8 ballıq zəlzələ Azərbaycanda da hiss edildi - Yeniləndi
  • SON DƏQİQƏ: Rusiya bazasına İRİMİQYASLI HÜCUM - Ordu hərəkətə keçdi
  • Koronavirusa görə Azərbaycan İranla sərhəddə nəzarəti GÜCLƏNDİRİLDİ
  • İrandan dəhşətli XƏBƏR GƏLDİ - Ölüm addım-addım yaxınlaşır
  • Günün ulduz falı: 22 fevral, 2020
  • Koronavirusdan necə qorunmalı? - TÖVSİYƏLƏR
  • Vanqanın toqquşma öngörüsü: Sabah nə baş verəcək?
  • Zaur Darabzadə “3D” verilişində parlament seçkilərindən danışdı - VİDEO
  • Ordumuz Xocalıdakı qadınları əsirlikdən necə xilas etdi? - Kəşfiyyatçı Xocalı barədə heç kimin bilmədiyi faktların üstünü açdı
  • Yer kürəsinə sürətlə yaxınlaşan 11 TƏHLÜKƏ - Alimlərdən ŞOK ARAŞDIRMA
  • SON DƏQİQƏ: İranda 2 nəfər koronavirusdan öldü
  • Türkiyədə azərbaycanlı qadınlar saxlanıldı - İş adıyla gedib... (FOTOLAR)
  • 15 Oca 2020, 08:23   
        67



    Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə

    Mən necə danışım, heç özüm də bilmirəm. Məni o qədər təriflədiniz ki, mənim haqqımda o qədər yaxşı söz dediniz ki, gözümdən yaş gəldi.

    XEBERTV.AZ xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə özünün 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevin onu tərifləməsinə münasibət bildirərkən söyləyib.

    X.Yusifzadə köhnə xatirələrindən danışarkən ümummilli lider Heydər Əliyevdən də bəhs edib:

    "Yadıma düşdü, İranda idik. Cənab Heydər Əliyev orada məni tərif elədi. Bu, Heydər Əliyev ilə axırıncı dəfə biz İranda olanda olmuşdu. Mən protokola görə ən axırda dayanmışdım. Gəlib mənim yanımdan keçəndə dedi: gördün, səni nə qədər təriflədim, nə qədər yaxşı sözlər dedim. Dedim ki, hörmətli Prezident, o qədər gözəl sözlər dediniz ki, mənim gözümdən yaş gəldi. Dedi, bura bax, gözünün yaşını sil, özün də get iranlılarla söhbətini davam elə, Allaha şükür, danışmağa da həvəsin var.

    İndi o qədər mənə yaxşı sözlər dediniz, o qədər gözəl sözlər dediniz ki, mən bunların cavabında söz deməyə çətinlik çəkirəm. Nə deyim ki, buna bərabər olsun. Elə mənə Heydər Əliyevin ordeninin verilməsi. Mən Heydər Əliyevin qarşısında həmişə baş əyirəm. O, Azərbaycanda birinci ordeni mənə verdi, elə Siz də. Təkrar etmək istəmirəm. Sonra da onun adı ilə bağlı olan nə alıramsa, bu, mənim üçün çox böyük hədiyyədir, çox böyük bir mükafatdır.

    Bilirsiniz, mən Heydər Əliyevlə 1969-cu ildə tanış olmuşam. 1970-ci ildə Xəzərin cənubdan şimalına qədər bütün işlənməsini bizə tapşırdılar. Onda Heydər Əliyev məni birliyin baş geoloqu təyin elədi. O, respublikaya rəhbərliyə gələndə neft sənayesinin vəziyyəti bir o qədər də yaxşı deyildi. Çünki dənizin dərinliyi 40 metrə qədər olan sahələrində yataqlar kəşf olunmuşdu, amma dərinə getməyə nə bizdə gəmi vardı, nə də maliyyə. Vəziyyətimiz çox çətin idi. Onda o, bizi yığdı, söhbət etdi, birlikdə qərara gəldik ki, gəmilər alınmalıdır və digər işlər görülməlidir. Bir neçə il ərzində 11 üzən qazma qurğusu alındı. Əvvəlcə özüqalxan, sonra yarımbatan gəmilər alındı və dənizdə kəşfiyyat işləri başlandı. “Azəri”, “Çıraq”, “Günəşli”, “Bahar” və başqa yataqlar - onların kəşf olunması elə o vaxtın nailiyyətləridir. Bu yataqlar kəşf olundu, daha nə lazımdır? Deməli, bunlara platforma lazımdır, dərin özüllər zavodunun tikilməsi lazımdır. O vaxt, sovet hökuməti vaxtı onu Həştərxanda tikmək istəyirdilər. Onu, 450 milyon dollarlıq zavodun Bakıda tikilməsi hər adamın işi deyildi. Bunu ancaq Heydər Əliyev kimi adam edə bilərdi, o da alındı.

    Heydər Əliyev o vaxtlar elə işlər görürdü, sanki bilirdi ki, Azərbaycan müstəqil olacaq, gələcəkdə bunlar hamısı Azərbaycana lazım olacaq. Onun bünövrəsini cənab Heydər Əliyev elə sovet vaxtında qoymuşdu. O, bunları etdi, sonra Azərbaycan müstəqil olandan sonra yenə həyat belə gətirdi ki, Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərlik edəndə də yenə neft sənayesinin vəziyyəti çox pis idi. Ümumiyyətlə, sovet hökuməti axırıncı illərdə neft sənayesinə bir o qədər fikir vermirdi. Çünki Azərbaycan dənizdə işlədiyi üçün xərc çox gedirdi. Başqa yerlərdə yataqlar açılmışdı - Sibirdə, Tatarıstanda. Ona görə də Azərbaycana o qədər də fikir verilmirdi. İkinci tərəfdən, biz müstəqil olandan sonra bu respublikalar arasında da əlaqələr kəsildi. O vaxtlar biri-birinə boru verirdi, gəmi verirdi. Bunlar da kəsildi, ona görə Azərbaycanın vəziyyəti daha da pisləşdi. Heydər Əliyev ikinci dəfə respublikaya rəhbərliyə gələndə yenə neft sənayesi ilə maraqlandı, bütün respublikada dəyişikliklər etdiyi kimi, dedi ki, neft sənayesində də nə etmək olar".axar/az
    loading...