Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • “WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...
  • İranın vurduğu ABŞ bazasının görüntüləri - Foto/Video
  • Günün ulduz falı: 12 yanvar, 2020
  • Ukrayna mülki təyyarəsini vuran iranlı komandir danışdı : "Xəbəri ilk eşitdiyimdə ölmək istədim"
  • Cinsi zəifliyi aradan qaldıran ballı banan resepti
  • Dünya İrana qarşı AYAĞA QALXDI - BÖYÜK ŞOK
  • İran etiraf etdi: Təyyarəni biz vurmuşuq, amma...
  • Xəbər az öncə gəldi: Əhaliyə qəti xəbərdarlıq edildi, 2 dərəcə şaxta, qar yağacaq... - RƏSMİ
  • İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş – Sensasiya
  • Minlərlə vətəndaşa ŞAD XƏBƏR - İlham Əliyev mühüm sərəncam imzaladı
  • Edam üçün imza toplanır, məşhurlarımız da işə qarışdı - Ölüm hökmü bərpa oluna bilər?
  • Tehranda qəzaya uğrayan təyyarə ilə bağlı YENİ MƏLUMAT
  • Təyyarə rus raketi ilə vurulub? - Zelenskidən təlimat
  • İranda dəhşətli təyyarə qəzası: 179 nəfər öldü - Anbaan video
  • 19 Ara 2019, 19:45   
        240
    DSX ilə bağlı ittihamlar əsassızdır.

    Demokratik, hüquqi dövlətdə yaşayırıq. Sözsüz ki, bu proseslər bizləri sevindirməyə bilməz. Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bu gün ordumuz Qafqaz regionunda ən güclü ordudur. Lakin ordumuzun inkişafını həzm etməyən şəxslər də vardır. Son zamanlar bəzi insanlar tərəfindən Dövlət Sərhəd Xidmətinə qarşı həqiqətə uyğun olmayan məsələyə görə vətənini sevən bir şəxs kimi bu yazımı yazmağı özümə borc bilirəm..

    Youtube kanalında təsadüfən bir cavan “ zabitin” çıxışına baxdım. Gənc leytenant zabitə yaraşmayan ,şər –böhtan və əsassız ittihamlara çox təəccübləndim .Mən hərbiçi deyiləm,lakin xidməti işimlə əlaqədar demək olar ki,bütün güc nazirlikləri ilə mütəmadi olaraq təmasda oluram.Bütün gördüklərimə əsasən öz fikirlərimi bildirmək istəyirəm.

    Zaman-zaman sosial mediada ordumuza qarşı belə yazılar gedib. Lakin bu gün Dövlət Sərhəd Xidmətinə qarşı aşağılayıcı və əsası olmayan hansısa məlumatı yaymaq ən azından ədalətsizlikdir.. Lakin nədənsə bəzi insanlar öz şəxsi ambisiyalarını cilovlaya bilməyərək dövlət qurumuna qarşı çamur yaxmaqla məşğuldular.

    Bu gün Dövlət Sərhəd Xidmətində gedən quruculuq prosesləri bir daha onu göstərir ki, bu qurumda görülən bütün işlər dövlət sərhədlərimizin etibarlı şəkildə mühafizəsinə yönəlib. Artıq DSX bu nailiyyətlərə yetərli imzalar da atıb. DSX-nin qərb bölgəsində N saylı hərbi hissədə də (Ermənistanla sərhəddə) olmuşam ,hərbi qulluqçuların döyüş hazılığı məişət şəraiti, ərzaq təminatı və digər məsələlərlə tanış olmuşam.Həmin mövqelər Müdafiə Nazirliyindən DSX-yə bu il təhvil verilib.MN-nin köhnə kazarması (hazırda istifadəsizdir) ilə DSX-nin kazarması yanaşı yerləşir.Yaşayış məntəqələrindən kənarda yerləşməsinə baxmayaraq , burda hər çür şərait ,hətta bəzilərimizin evində olmayan şərait yaradılıb.Bütün bunları görməmək ən azından şərəfsizlikdir.Hərbi sir olduğu üçün təəsüf ki, müqayisə etmək məqsədi ilə şəkillərini çəkib göstərə bilmirəm (fərqi siz özünüz görməyiniz üçün ) .
    Qısaca da DSX-nin şəxsi heyəti haqda yazmaq istəyirəm.DSX-nin rəhbərliyində çox gözəl xasiyyətli,sərişdəli,işini çox gözəl bilən ,sadə,şəxsi heyətin qayğısına qalan komandanlığı , zabit və gizir heyəti var.Bunlardan biri də DSX Komandanının Şəxsi Heyət üzdə müavini General-Leytenant Azad Ələkbərovdur.Mən Azad Ələkbərovun yaxşı komandir,şəxsi heyət arasında hörmətli bir General olduğunu başqalarından eşitsəmdə heç vaxt onunla görüşmək bəndənizə qismət olmamışdı. Yaxın aylarda DSX –nin N saylı H/H-də keçirilmiş gənc əsgərlərin ANDİÇMƏ mərasiminin sonunda onun necə insan olduğunu öz gözlərimlə gördüm.Hərbi hissəni gəzir,hamının vəziyyəti ilə maraqlanır,ona yaxınlaşan bütün valideyinləri gülərüzlə qarşılayaraq onları sonacan dinləyirdi.Belə Generallar var olduqca xalqımız vətənimizin sərhədlərinin etibarlı əllərdə olduğuna daha da arxayın ola bilər.Mən qürur duyuram ki,belə gözəl zabitlərimiz var.
    Bu yazdıqlarım Ordumuz haqda,Zabitlərimiz haqda gördüklərimin kiçicik bir hissəsidir, Çox yazmayacam ...hər şeyi yazsam günlər,aylar yetməz.

    Kimlərinsə sosial şəbəkədə Dövlət Sərhəd Xidmətinə qarşı yeritdiyi ittiham həqiqətləri əks etdirmir. Sadəcə, belə bir əsassız məsələnin ölkə gündəminə gətirilməsi məni çox təəssüfləndirir.Heyf ....

    Yazımın sonunda əziz xalqıma səslənirəm: Vətənimizi ,sərhədlərimizi və bizi qoruyan əsgərlərimizdir,zabitlərimizdir.ALLAH qorusun onları.
    Gəlin birləşərək onları şər- böhtandan qoruyaq...


    Nazim Camalov.
    loading...