Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Sədərək”dəki video haqda rəsmi açıqlama
  • “Sədərək”də Çin malları satan 32 yaşlı qadının ölüm səbəbi açıqlanmır
  • Nazirlikdən xəbərdarlıq: Çin restoranlarına getməyin!
  • Süleymanini vuran amerikalı öldürüldü - Şok
  • Rüşvət alan 6 rayonun təhsil şöbəsinin müdiri işdən qovulub - Ceyhun Bayramov
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • 4 min nəfər Şəhid verdiyimiz Murovdağ Əməliyyatı. Kəlbəcər 1994. Videp ermənilər tərəfindən çəkilib.
  • SON DƏQİQƏ: Ölümcül virus həyəcanı Türkiyəni bürüdü - 12 nəfər nəzarətə götürüldü
  • SƏSİMƏ SƏS VERİN Kİ,SƏSİNİZ OLUM!
  • Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB
  • Tehranı "Azərbaycan-Türkiyə" şüarları bürüdü - Video
  • Alimlər koronavirusa qarşı peyvənd hazırlayırlar
  • Sadiq Qurbanovun Adamlarının Siyəzəndə Təxribat Xarakterli Çıxışları-YAP-In Şöbə Sədri Digər Namizədlərin Qovulmağını Tələb Edir-VİDEO
  • YAP dan olan Namizəd özünü Deputat kimi Qələmə Verdi.
  • Daşaltı əməliyyatından 28 il ötür
  • Dünyanı fəlakət gözləyir - Professordan qorxunc proqnoz/Video
  • Xocalıda neçə neçə əsgərlər tərəfindən zorlanan 12 yaşlı Azərbaycanlı qız: "Dizlərimi qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım"
  • Səfirlik: Türkiyədən təxliyyə edilən azərbaycanlı tələbələr Bakıya gətiriləcək - YENİLƏNİB
  • Elazığ zəlzələsini öncədən deyən professordan yeni - Şok
  • Türkiyədə 3 dəhşətli zəlzələ: 554 yaralı, 18 ölü... - Video
  • Kosmosda sərvət tapıldı - İnsanların həyatı dəyişəcək (FOTOLAR)
  • Vilayət Eyvazovun dəyişdiyi DYP: Bunlarla rastlaşmayacaqsınız! – RƏSMİ AÇIQLAMA
  • Sudan tullanan balıq oğlanın boynunu deşdi - FOTO
  • Azərbaycanlıları belə qırdılar: Rus TV-sində şok - Video
  • Şəhidlərin hansı günahları bağışlanır? - VİDEO
  • 14 Ara 2019, 09:26   
        63


    BAKI-XEBERTV.AZ
    Qəribə məxluqlar təsvir olunan ən qədim qayaüstü şəkillər tapıldı
    Arxeoloqlar İndoneziyanın Sulavesi adasında qədim qayaüstü rəsmləri olan mağara tapıblar. Həmin rəsmlərdə yarı heyvan, yarı insan olan məxluqların ov etdiyi əks olunub. Alimlərin fikrincə, təsvirlərin yaşı 44 min ilə yaxındır. Bu, əcdadlarımızın təxəyyül və mücərrəd düşüncəyə malik olduğunu göstərən ən qədim dəlildir.

    Bu barədə arxeoloqlar “Nature” elmi jurnalında yazırlar.

    Məqalədə bildirilir ki, rəsmin uzunluğu 4,5 metr olan hissəsində vəhşi donuzlar və camışlar təsvir edilib. Onların yanında quyruğu və heyvan başı olan insana bənzər kiçik ölçülü fiqurlar çəkilib.

    “Bu şəkillər əcdadlarımızın təbiətdə mövcud olmayan şeyləri təsəvvür edə bildiklərini göstərən qədim nümunədir. Heyvaninsan məxluqları dünyanın bütün xalqlarının mifologiyasında və folklorunda mövcuddur və adətən onları allahlar, əcdadlar və ruhlarla əlaqələndirirlər. Qədim indoneziyalılar öz şəkillərində bu əlaqəni Avropanın ilk sakinlərindən xeyli əvvəl təsvir ediblər. Halbuki biz əvvəllər düşünürdük ki, müasir dinlər Avropada yaranıb”, - deyə Qriffit Universitetinin professoru (Avstraliya), yeni tapıntını araşdıran arxeoloqlardan biri Adam Brumm bildirib.

    Alimin sözlərinə əsasən, hələ bir müddət əvvəl antropoloqlar və arxeoloqlar hesab edirdilər ki, qayaüstü rəsmlər, eləcə də daş dövrünün təsviri incəsənətinin digər təzahürləri yalnız qədim insanların Avropa populyasiyaları ilə bağlı idi. Bir neçə il əvvəl tədqiqatçılar neandertalların da şəkil çəkə bildiyini müəyyən ediblər. Alimlər eləcə də ən qədim “Homo sapiens” rəsmlərinin əslində Avropada deyil, Cənub-Şərqi Asiyada olduğunu da aşkar ediblər.

    Bundan başqa, Afrika ərazisində aparılan qazıntılar göstərir ki, təsviri sənət insanlar Qara qitəni tərk etməmişdən əvvəl yaranıb. Məsələn, 2011-ci ildə arxeoloqlar Cənubi Afrika mağarasında üzəri boya ilə örtülmüş balıqqulağı aşkar etmişdilər. Qədim rəssamın ondan palitra kimi istifadə etdiyi ehtimal olunur. Həmçinin yaşı 100 min ilə yaxın olan digər rəssamlıq alətləri də tapılmışdı.oxu.az
    loading...