Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • 12 Ara 2019, 19:00   
        67



    Dəm qazından ölümə görə “Azəriqaz” 50 min manat cərimələndi

    Hər il Azərbaycanda onlarla insan dəm qazının qurbanı olur. Bu hallardan birinə görə «Azəriqaz» İstehsalat Birliyi 50 min manat cərimələnib. Amma «Azəriqaz» bununla razılaşmır.
    Hərçənd, zərərçəkmiş tərəf də bu məbləğlə razı deyil. Dəm qazından zəhərlənmə nəticəsində yeganə oğlunu itirdiyini vurğulayan ata hesab edir ki, ona və ailəsinə dəymiş ziyanın qarşılığında bu məbləğ çox azdır.

    Hacı Mirzəyi Şahdust İran vətəndaşı olsa da, ailəsiylə Bakıda yaşayır. Onun oğlu Şervin paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsindəki 179 saylı evin 5-ci mənzilində dəm qazından zəhərlənərək vəfat edib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, «Azəriqaz»ın Yasamal rayon Qaz İstismar İdarəsinin sahə rəisi Bəkir Əliyev cinayət məsuliyyətinə cəlb olunub. B.Əliyev CM-in 314-cü (səhlənkarlıq) maddəsiylə təqsirli bilinib, ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 2 il həbs cəzası kəsilib.

    Ancaq Hacı Mirzəyi Şahdust bununla kifayətlənmir. O, məhkəmədə «Azəriqaz»a qarşı 1 milyon təzminat tələbiylə iddia qaldırıb. Xətai rayon Məhkəməsi iddianı qismən təmin edib – «Azəriqaz»ın zərərçəkmişə 50 min manat kompensasiya ödəməsinə qərar verilib. Tərəflərin hər ikisi qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İran vətəndaşı məbləğin artırılmasını istəyib, «Azəriqaz» isə, ümumiyyətlə, kompensasiya ödəmək öhdəliyini ədalətsiz sayır.

    Bakı Apellyasiya Məhkəməsi onların heç birinin şikayətini təmin etməyib – birinci instansiyanın qərarı olduğu kimi saxlanılıb. İş gəlib bugünlərdə Ali Məhkəməyə çatıb. Bu instansiyaya isə ancaq «Azəriqaz» şikayət edib. Bu qurumun nümayəndəsi məhkəmədə də deyib ki, işçinin qanunsuz hərəkətinə görə «Azəriqaz»ın cəzalandırılması doğru deyil.

    Qarşı tərəf isə Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanır. Bu maddədə göstərilib ki, «hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir».

    Dekabrın 9-da işə baxan Ali Məhkəmə də qərarı dəyişməyib. Beləliklə, «Azəriqaz» dəm qazından çoxsaylı ölüm hallarından birinə görə zərərçəkmiş tərəfə 50 min manat təzminat ödəməlidir. (Virtualaz.org)
    loading...