Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 22 Kas 2019, 19:50   
        386


    Bakı buna görə Avropada birincidir - Avro-2020

    Avro-2020-nin qrup mərhələsinin Bakı Olimpiya Stadionunda keçiriləcək üç, eləcə də dörddəbir final mərhələsinin bir oyunu ilə əlaqədar yaradılmış əməliyyat qrupu tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək Bakının 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün könüllülər proqramının təqdimatını keçirib.

    XEBERTV.AZ xəbər verir ki, 5 mindən çox tələbənin iştirak etdiyi təqdimatlarda Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, könüllülər proqramının ötənilki uğurları, eləcə də Avro-2020 ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

    Tədbirlərdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA əməkdaşları, Avro-2020 Təşkilat Komitəsinin nümayəndəsi, eyni zamanda, könüllülər proqramının səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübə və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

    Könüllülər proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-dur. Bugünədək 6 mindən çox könüllü qeydiyyata alınıb ki, Bakı bu göstərici üzrə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında birincidir.

    Proqramın müsahibə mərhələsinə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək 4000-dən çox namizəd iştirak edib. Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var. Onlar əsasən Ukraynadan, Rusiyadan və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur. Yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub.

    Proqram haqqında ətraflı məlumat Bakı Avro-2020-nin rəsmi veb-saytı - euro2020.affa.az səhifəsində yerləşdirilib.

    Könüllülər proqramına tələbələrlə yanaşı, bu idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəs müraciət edə bilər.Axar.az
    loading...