Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ƏBƏDİ YAŞAR LİDER - HEYDƏR ƏLİYEV XATİRƏSİNƏ
  • Ulu öndərin vəfatından 16 il ötür
  • Sumqayıtda eyni yol dördüncü dəfə çökdü - VİDEO
  • TƏCİLİ:Yanğın Davam Edir:Ticarət Mərkəzi Kül Oldu
  • Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyindən çağırış :
  • Yer üçün təhlükəli asteroidin sirli fəaliyyətinin səbəbi bilindi
  • Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür
  • Ağcabədililər öz millət vəkilərini seçir
  • İsrailə atılan raketləri Dəmir Qübbə məhv etdi
  • Merkel Berlində törədilən qətl hadisəsinə münasibət bildirdi
  • “Uşağıma yemək ala bilmirəm” – Azərbaycanda ana aclıqla üz-üzə qaldıqlarını deyir
  • Nazir: "Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
  • Alimlər göz üçün elə bir linza yaratdı ki...
  • İran çökür, milyardlarla dollar büdcə kəsiri var – Ekspert ŞOK FAKTLARI açıqladı
  • Çin’de gördüğü işkenceleri anlatan Mihrigül Tursun: Beni öldürmeleri için yalvardım!
  • Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır – VİDEO
  • “Bütün sevgiləri xatırladan” qosqoca payızsan!
  • İrəvan təşvişdə: Türkiyənin bu planından narahatıq
  • “Azərişıq” hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
  • Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
  • Prezident həmkarlarına məktub göndərdi
  • Azərbaycan Albaniyaya humanitar yardım göstərib
  • AVTOMOBİL BAZARINI YENİ "QIZDIRMA" GÖZLƏYİR - "7 il təklifi" nə vəd edir?
  • Prezidentin yeni köməkçisi təyin edilən gənc kimdir? - DOSYE
  • Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
  • 19 Kas 2019, 20:51   
        52

    BAKI-XEBERTV.AZ

    Almaniya islam respublikasına çevrilir - Mayer

    Uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanlar kütləvi şəkildə Almaniyaya mühacirət edir, hərçənd ki, almanlar xaricdə tez-tez xilas yolları axtarırlar.

    Teleqraf.com xəbər verir ki, bu barədə Avstriyada dərc olunan “Kontra Maqazin” jurnalındakı yazıda bildirilir.

    Qeyd olunur ki, bu tendensiya gələcəkdə dah da güclənəcək və ölkəni əhalinin tamamilə dəyişdirilməsi ilə təhdid edəcək. Buna görə də məqalənin müəllifi Marko Mayer Almaniyanın islam respublikasına çevrilməsini istisna etmir.

    Yazıda deyilir:

    “Almaniyanın miqrasiya siyasəti əhalinin tamamilə dəyişdirilməsinə səbəb olmurmu? Yaxın onilliklərdə ölkə demoqrafik nöqteyi-nəzərdən necə inkişaf edəcək? Almaniyanın “Almanıstan”a çevrilmə riski var”.

    Onun fikrincə, son aylarda 1950-60-cı illərin Almaniyasının xatirələrinin oyanması labüddür. Bu, demoqrafik dəyişikliklərin özünü daha aşkar surətdə göstərdiyi böyük şəhərlərə adidir. Məqalə müəllifi əmindir ki, yaxın onilliklərdə bu dəyişikliklər daha aydın görünəcək.

    Marko Mayer bunun səbəbini uzun müddətdir dünyanın müxtəlif yerlərindən insanların davamlı şəkildə Almaniyaya kütləvi mühacirətində, çoxlu sayda almanın – ilk növbədə yüksək ixtisaslı insanların “qurtuluşu” ölkə sərhədindən kənarda axtarmasında, qalıb orada yaşamasında görür.

    Avstriya jurnalı qeyd edir ki, Almaniyada “əhali dəyişikliyi” haqqında danışmaq siyasi cəhətdən düzgün hesab edilmir, ancaq əhalinin “mübadilə” və ya “transferi” termini istifadə olunur. Mayerin fikrincə, son onilliyin miqrasiya siyasəti məhz bu cür adlanır.

    “Almaniyanın etnik tərkibi son onilliklər ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalıb və növbəti illərdə bu tendensiya “dramatikcəsinə sürətlənəcək”, – məqalə müəllifi xəbərdar edir.

    Almanları 2050-ci ilə qədər nə gözləyə bilər və 2100-cü ilə qədər onlarla bağlı nə olacaq? Marko Mayerin ehtimalına görə, Almaniyanın “Almaniya İslam Respublikası” olmaq riski var.

    “Əvvəl-axır ölkəyə müsəlmanların aktiv immiqrasiyası müşahidə olunur. Bundan əlavə, müvafiq konfessiyanın nümayəndələri arasında doğum göstəricisi xristianlar və ya ateistlərlə müqayisədə daha yüksəkdir”, – Marko Mayer “Kontra Maqazin”dəki yazısını bu sözlərlə yekunlaşdırır.
    loading...