Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
  • Yeni Ombudsman bu üç nəfərdən biri olacaq – ADLAR
  • Bu axşam Bakıda internet olmayacaq
  • Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib
  • Gürcüstanın Azərbaycana olan borcu açıqlandı
  • Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan
  • Almaniya islam respublikasına çevrilir - Mayer
  • ''İRAN'' TEBRİZİN BİR YUMURUĞU İLE DAĞILACAQ ULU ÖNDER EBÜLFEZ ELCİBEY!
  • Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
  • Çılgın Türkler iş başında: 2 litre suyla 70 kilometre gidilebiliyor!
  • Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır
  • ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • 03 Kas 2019, 07:58   
        71

    BAKI-XEBERTV.AZ
    Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf


    GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tədqiqatçı Oleq Petrenko Azərbaycan tarixinə dair faktların və xəritələrin araşdırılmasını davam etdirdiyi növbəti videonu Yutub kanalında yerləşdirib.

    Videosujetdə tədqiqatçı Azərbaycanın son 200 illik tarixi barədə danışır, bu tarixin təhrif edilməyə və silinməyə çalışıldığını qeyd edir.

    MKİ sənədlərindən

    Petrenkonun sözlərinə görə, o, üzərindən məxfilik qrifi götürülmüş MKİ sənədlərini tədqiq edib.

    “2016-cı ildə MKİ-nin saytında bu sənədin üzərindən məxfilik qrifi götürülüb. Başlanğıcda bolşeviklərin insanlara din, mədəniyyət azadlığı və hüquq bərabərliyi ilə bağlı söz verdiyi barədə oxuya bilərsiniz. Təbii ki, Qafqaz xalqları bu zaman öz sərhədlərini bərpa etmək üçün imkan gördülər. Belə ki, çar dövründə ərazilər zorla Rusiyanın tərkibinə daxil edilmişdi. Beləliklə, bolşeviklər xalqı üsyanlara qoşulmağa inandıra bildilər”, – tarixçi bildirib.

    MKİ sənədlərinə görə, bolşeviklərinin verdiyi sözlər sadəcə taktiki manevr olub.

    “Yaradılan müstəqil müsəlman dövləti Qırmızı ordu tərəfindən dağıdıldı. 1929-cu ildə islam dininə qarşı birbaşa hücumlar başladı. İslam liderləri həbslər və deportasiyalarla məhv edildi. Kommunistlərin hakimiyyətə gəlişinə qədər 300 məscidin olduğu Daşkənddə sadəcə 20 məscid qaldı. 360 məscidi ilə fəxr edən Buxarada isə cəmi 1 məscid saxlandı. Müsəlman ölkəsinin paytaxtı olan Alma-Atıda ümumiyyətlə bir dənə olsun məscid qalmadı”, – Petrenko bildirib.

    MKİ-nin hesabat sənədinin sonunda sadalanan bütün faktları təsdiqləyən rəsmi sənədlər və materiallara istinad göstərilib.

    Bundan sonra, tədqiqatçı Rusiya İmperiyasının qanunlarının (1723-1727) toplusunun yeddinci cildinin 306-cı səhifəsindən məlumatlar verir. Burada Ardabad, Təbriz, Təbriz gölü, Mərənd, Marağa və digər ərazilərin Azərbaycan əyalətləri olduğu qeyd olunur.

    Rusiya imperatoru I Pavelin 1799-cu ilin 16 aprelinə aid reskriptindən də biz Azərbaycan torpaqları və Azərbaycan xanlarının siyasi gücü barədə öyrənirik:

    “Osmanlı İmperiyası ilə sərhəd olan Azərbaycanın tərkibinə daxil olan Gürcüstan və müxtəlifnəsilli ləzgilər xüsusi xanlar – Gəncə, İrəvan, Qarabağ xanları vasitəsilə idarə olunurlar”.

    Vatikan arxivlərindən

    Tədqiqatçının sözlərinə görə, Vatikanın gizli arxivlərində saxlanılan xəritələr də mövcuddur.

    “Bu xəritələr Böyük Britaniya, Hollandiya və Fransa tərəfindən təsdiqlənmiş beynəlxalq etibarlılığa malikdir. Ölkə sərhədlərinin göstərildiyi bu xəritələrdə digər rayonlarla yanaşı İrəvan şəhəri də Azərbaycanın tərkibində göstərilir”, – ekspert qeyd edir.

    Onun sözlərinə görə, 1679-cu ilə aid xəritədə Azərbaycan tərkibinə Qarabağ, İrəvan, Dərbənd və Təbrizin də daxil olduğu Medya adı ilə göstərilir.

    “1914-cü ildə Sərdar sarayı tamamilə dağıdılıb. Sonuncu xan Hüseyn xan Qacar türk köçəri qacar tayfalarından idi. Qacarlar isə mənbələrə əsasən azərbaycanlıların subetnik qrupu sayılır”, – Petrenko bildirib.

    Videoda Azərbaycan, Türkiyə və ya İran mənbələrindən istifadə edilməyib. ABŞ, Almaniya, Fransa, Hollandiya və Rusiya imperiyasının məlumatları və xəritələrinə müraciət edilib.
    loading...