Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Daha bir ölkə İrandakı aksiyalara dəstək oldu
  • Yeni Ombudsman bu üç nəfərdən biri olacaq – ADLAR
  • Bu axşam Bakıda internet olmayacaq
  • Bir neçə dəqiqə ərzində “3D” xəritə hazırlayan yeni qurğu təqdim edilib
  • Gürcüstanın Azərbaycana olan borcu açıqlandı
  • Azərbaycan Xankəndini alırdı, bizi o xilas etdi - Baqratyan
  • Almaniya islam respublikasına çevrilir - Mayer
  • ''İRAN'' TEBRİZİN BİR YUMURUĞU İLE DAĞILACAQ ULU ÖNDER EBÜLFEZ ELCİBEY!
  • Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
  • Çılgın Türkler iş başında: 2 litre suyla 70 kilometre gidilebiliyor!
  • Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır
  • ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • 30 Eki 2019, 07:31   
        69

    Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR

    Yaxın 10 il ərzində dünyada texnologiyaların inkişafının iqtisadiyyata təsiri müxtəlif qarşıdurmalara, hətta inqilablara gətirib-çıxara bilər.

    XEBERTV.AZ Report -a istinadən xəbər verir ki, bunu Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən “Future Investment Initiative” ("Gələcək yatırım təşəbbüsləri") adlı forumda dünyanın ən böyük risk fondlarından biri olan “Bridgewater Associates”in təsisçisi və rəhbəri Ray Dalio deyib.

    O, yaxın 10 ildə dünyada inkişafa əsaslı təsir edə biləcək amilləri sadalayıb: “Süni intellekt kimi texnologiyaların inkişafı qlobal iqtisadiyyatın məhsuldarlığını artırmaqla yanaşı, insanların rifah halındakı fərqləri də artıracaq, iş yerlərinin qıtlığına səbəb olacaq. Bundan başqa, ölkələr daxilində iqtisadi və ideoloji ziddiyyətlər artacaq. Belə ki, cəmiyyətdəki təbəqələşmənin, ideoloji mövqelərdəki fərqlərin artması kapitalizm və sosializm tərəfdarları arasında qarşıdurmaya gətirib-çıxarır. Fikrimcə, daxili qarşıdurmalar növbəti 10 ildə dünya nizamını dəyişdirəcək. Bu qarşıdurmalar artıq baş verən inqilabların bir şəklidir. Bütün bunlar iqtisadiyyatda, toplumdakı vəziyyətə çox böyük təsir edəcək”.

    İş adamının fikrincə, dünyanın yaxın gələcəyinə təsir edən amillər olaraq pul siyasətlərinin səmərəsizliyi, iqlim dəyişikliyi bağlı risklər ola bilər: “Bunların məcmusu çox qorxulu mənzərə yaradır”.

    R.Dalionun fikirlərini “Blackstone” fondunun təsisçisi və rəhbəri Steven Şvarzman və “Goldman Sachs” bankının prezidenti Con Uoldron da dəstəkləyiblər. Belə ki, S.Şvarzman bu barədə deyib: “Rayla razılaşmamaq düzgün olmazdı, az qala həmişə doğru şeylər söyləyir. Süni intellekt cəmiyyətə bir çox müsbət həllər gətirməklə yanaşı məşğulluq problemi də yaradacaq”.

    “Faiz dərəcələrinin azalmasının səmərə verdiyi dövr başa çatdı, bu cür dünyada maliyyə təsisatını necə idarə edəcəyimiz müəmmalıdır”, - S.Şvarzman fikrini bildirib.

    “İnsanlar ətrafdakı dəyişikliklərlə ayaqlaşmaqda getdikcə daha çox çətinlik çəkirlər. Mənim fikrimcə, yaxın 5 il ərzində bazarda köklü dəyişikliklər baş verəcək”, - deyən HSBC investisiya bankının rəhbəri Noel Kuinn “kimsə təkbaşına bu vəziyyəti dəyişdirə bilər” deyə səhv fikirlərə qapılmamağa çağırıb.

    Qeyd edək ki, “səhra Davosu” adı ilə məşhurlaşan “Future Investment Initiative” forumu Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman tərəfindən, ölkənin neftdən asılılığını azaldaraq iqtisadiyyatını inkişaf etməyi hədəfləyən “Vision 2030” planının müzakirəsi üçün 2017-ci ildə çağırılıb və illik beynəlxalq tədbirə çevrilib.
    loading...