Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 12 Eki 2019, 21:37   
        51


    SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)

    SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi...
    “Sülh Çeşməsi” hərəkatı çərçivəsində öldürülən terrorçuların sayı 459-a çatıb.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda Türkiyə Müdafiə Nazirliyinin məlumatında deyilir.

    ***

    15:58

    Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu “Sülh Çeşməsi” hərəkatı çərçivəsində daxil olduğu Rəsulayn şəhər mərkəzində ABŞ istehsalı olan zirehli avtomobillər ələ keçirib.

    XEBERTV.AZ xəbər verir ki, YPG terrorçularına aid olan avtomobillər birliklərin şəhər mərkəzinin nəzarətini ələ keçirməsindən sonra tərk edilib.

    Olay yerinə ezam olunan Anadolu Agentliyinin müxbiri Ləvənt Kamal avtomobilin fotosunu sosial media hesabında paylaşıb.



    ***

    13:39

    Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə təşkil etdiyi “Sülh Çeşməsi” hərəkatı çərçivəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Rəsulayn şəhərinin mərkəzinə daxil olub.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi informasiya yayıb.

    ***

    13:13

    Suriya Milli Ordusunun Əlsalam Briqadası "Sülh Çeşməsi" əməliyyatı çərçivəsində Təl Rıfat bölgəsindən Azezdəki PKK/YPG mövqelərini atəşə tutub.





    Həmin anların görüntüləri dron vasitəsilə də havadan çəkilib.


    12:40

    “ABŞ-ın müşahidə məntəqəsində hücum etmək kimi iddia müzakirə mövzusu belə deyil. Qəti şəkildə ABŞ və koalisiya əsgərlərinin vurulması müzakirə mövzusu deyil”,

    XEBERTV.AZ xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə nazir Hulusi Akar deyib.



    “Sülh Çeşməsi” hərəkatında iştirak edən ordu birliklərinin komandirləri ilə son vəziyyəti müzakirə edən nazir bildirib ki, əməliyyatdan öncə ABŞ bazalarına zərər verilməməsi üçün hər növ tədbir görülüb: “ABŞ-ın müşahidə məntəqəsinin min metr cənub-qərbindəki təpələrdən Suruçun cənubundakı sərhəd məntəqələrinə hücum edilib. Buna cavab olataq terrorçuların mövqeləri atəşə tutulub. ABŞ-ın müşahidə məntəqəsinə hücum olunmayıb. ABŞ tərəfindən məsələnin bizə çatdırılmasından sonra atəş dayandırılıb”.

    Qeyd edək ki, daha əvvəl “Nyusvik” nəşri Türkiyə ordusunun “Sülh çeşməsi” hərəkatı çərçivəsində Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı təşkil etdiyi top atışları ilə yalnışlıqla ABŞ hərbçilərini vurduğunu iddia edib.

    ***

    10:50

    Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Fərat çayının şərqindəki terrorçulara qarşı təşkil edilən “Sülh Çeşməsi” əməliyyatı 4-cü günündə davam edir.

    XEBERTV.AZ xəbər verir ki, yerli vaxtla saat 09:15 etibarilə Suriya Milli Ordusu əsgərləri Münbiçdən Qamışlıya uzanan strateji M4 quru yoluna çatıb.



    Hərəkat çərçivəsində bu günə qədər 415 terrorçu zərərsizləşdirilib. Türkiy Silahlı Qüvvələri 4 şəhid verib.



    09:00

    "Sülh Çeşməsi" ("Barış Pınarı") əməliyyatı çərçivəsində öldürülən PKK/PYD-YPG terrorçularının sayı 415-ə çatıb.

    XEBERTV.AZ xəbər verir ki, bu haqda Türkiyənin Müdafiə Nazirliyindən bildirilib.

    "Fəratın şərqində həyata keçirilən "Barış Pınarı" hərəkatı gecə boyunca uğurla davam etdirilib. PKK/PYD-YPG terror təşkilatının mövqeləri qurudan və havadan vuruldu. Zərərsizləşdirilən terrorçuların sayı 415-ə çatıb", - məlumatda deyilir.

    ***

    01:49

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Sülh Çeşməsi" (Barış pınarı) antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 399 terroçusu zərərsizləşdirilib.

    XEBERTV.AZ Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.



    mənbə.Publika.az
    loading...