Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO
  • Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? - Hacı Şahin CAVAB VERDİ
  • “WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq
  • Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir
  • Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
  • İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ
  • Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu
  • Zamirə Hacıyeva haqda London məhkəməsi qərar verdi
  • Rəsədxanadan qorxulu açıqlama: Böyük zəlzələ olacaq
  • Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...
  • İnsanın öldürülmə vaxtını təyin edən alət tapıldı
  • 16 Eyl 2019, 07:25   
        55



    Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
    ək həyat yoldaşını seçən zaman diqqəlti olmaq - o qədər əhəmiyyətli bir mövzudur ki, ailənin gələcək taleyini həll edə bilər. Lakin çox təəssüf ki, bu gün cavanlar bu mövzuya çox da diqqət göstərmirlər. Onların nəzərinə görə qarşılıqlı anlaşma, ailə həyatını davam etdirən zaman sahmana düşə bilər.

    Ona görə də seçim zamanı daha çox maddi və fiziki tərəflərə diqqət edərlər. Hamı istəyir ki, ən gözəl və ən yaxşı həyat yoldaşını seçsin. Lakin ideal həyat yoldaşı imkansız bir şeydir. İnsan gələcək həyat yoldaşını seçən zaman ailələrin maddi və mənəvi uyğunluğuna diqqət göstərməlidir.

    XEBERTV.AZ deyerler.org-a istinadən bildirir ki, Quran-Kərim buyurur: "(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər(onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar)". ("Nur" 26).

    Əgər hər iki tərəf fərqli əqidə ilə ailə həyatına başlayarsa, onların xoşbəxt yaşaması çətin olar. Bu insanlar hər gün bir-biri ilə ünsiyyət qurar və söhbətlər edərlər. Bu zaman çətinliklər meydana gələr və hər iki tərəf də nigaran və pərişan olar. Həyat - təcrübə edilmiş bir həqiqətdir və ona görə də bu riskləri gözə alaraq, ailə həyatı qurmaq xoşbəxtliyi sizdən ala bilər.

    Ona görə də hər kəs özü ilə eyni əqidədə və eyni mənəvi durumda olan insanla ailə qurmalıdır. Əks halda gələcək ailə həyatı rahat olmayacaqdır.

    İmam Sadiq (ə) buyurur: "Əgər kişi qadınla malına və sərvətinə görə evlənərsə, həmin qadının malından və gözəlliyindən məhrum olar. Əgər kişi qadınla dindarlığına görə evlənərsə, Allah Təala ona xeyir və kamal əta edər".

    Bu gün o qədər belə ailələrin şahidi oluruq ki, həm maddi imkanı vardır və həm də zahiri cəhətdən gözəldirlər, ancaq ailədə münaqişə bitmir. Halbuki, onlar təsəvvür edirdilər ki, sərvət bütün bağlı qapıları aça bilər. Sərvət İlahi nemət olduğu üçün ola bilsin ki, bəzi qapıları açsın, ancaq çətinlikləri həll etməkdə kifayət etməz. İman, təqva və qarşılıqlı anlaşma ailənin xoşbəxt olmasından çox mühümdür.

    Oğlan ailə quran zaman qarşı tərəfin əqidəsinə, əxlaqına, imanına mütləq diqqət göstərməlidir. Bəzən elə olur ki, hər iki ailə yaxşı ailədir. Ancaq əxlaqi dəyərləri fərqlidir. Bir müddət sonra cavan cütlər çox böyük çətinliklərlə üz-üzə gələr. Ona görə də ailə qurmaq istəyən hər bir gənc evlənməzdən əvvəl gələcək həyat yoldaşının iman, əqidə və əxlaq dəyərlərinə diqqət etməli və özü ilə uyğun olub-olmadığını müəyyən etməlidir. Bu məsələdə nə ifrat etməli və nə də təfrit etməlidir.
    loading...