Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 31 Ağu 2019, 09:41   
        108




    Qubadlı rayonunun işğalından 26 il ötür. 26 ildir ki, rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır. 1993- cü il avqustun sonlarında Qubadlı da işğaldan əvvəlki son günlərini yaşayırdı, rayon artıq ermənilərin əhatəsində idi. Cəbrayılın axırıncı kəndləri: Çullu, Maşanlı və Dağtumasın da düşmən əlinə keçməsi təhlükənin lap yaxınlaşdığını olduğunu göstərirdi.



    Gah Qafan, gah Gorus, gah da Laçın rayonu istiqamətindən hücumlar olurdu. Xocavənd rayonu ərazisindən hücuma keçən ermənilər Qubadlını işğal etmək istəyirdi. Hər dəfə də yerli özünümüdafiə dəstələrinin müqavimətinə rast gələrək, itki verib geri çəkilirdi. Ermənistan ordusu rayona doğru hərəkət etdikcə vəziyyət gərginləşirdi. Buna baxmayaraq, qubadlılılar vuruşdu. Məğlub olmaq istəməyən rayon camaatı avqustun 31-i rayonu tərk etmək məcburiyyətində qalır.



    Buna səbəb silahın olmaması, ordunun normal fəaliyyət göstərə bilməməsi və düşmənin kifayət qədər güclü silahlanması idi. 1993- cü il avqustun 30-da Gorusdan hücum edən Ermənistan qoşunları Yazı düzündə müqavimətlə qarşılaşsa da, Laçından maneəsiz keçib Muradxanlı kəndinə daxil olurlar. Qoşun hissələri Həkəri çayı boyu bütün kəndləri atəşə tutur və həmin gecə Xanlıq kəndinə qədər olan bütün yaşayış məntəqələri ermənilərin əlinə keçir. 1993-cü il avqustun 31-də hərtərəfli mühasirəyə düşmüş Qubadlının geri çəkilməkdən başqa çarəsi qalmır.


    Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, 4 tibb ocağı, 6 uşaq bağçası, 61 ümumi təhsil məktəb, 10 mədəniyyət evi, 24 klub, 1 tarix - diyarşünaslıq muzeyi , 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb,talan ediblər. Qubadlını itirməklə Azərbaycan iqtisadi, mədəni, tarixi itkilərlə də üz-üzə qalıb.



    Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində 9, Əliquluuşağı kəndində 5, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid 1 qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda “Qalalı” qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb. Qeyd edək ki, Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub. Qarabağ müharibəsində isə Qubadlı ümumilikdə 230 sakini şəhid verib, 146 nəfər əlil qalıb.


    loading...