Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • 28 Ağu 2019, 21:21   
        105



    BAKI-XEBERTV.AZ
    Ağdam rayonunun Quzanlı və Bənövşələr qəsəbələrində “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan iki ədəd subartezian quyusunun və Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırov, Asif Məhərrəmov, Muxtar Qasımov, Canpolad Rzayev, Nadir Əliyev, 2016-cı ilin Aprel döyüşləri zamanı şəhid olmuş polkovnik-leytenant Raqub Orucov adına tikilmiş iki bulağın açılışı olub.

    AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin və qəsəbə sakinlərinin iştirak etdiyi mərasimdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin sədri Mahirə Əsədova, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov və başqaları çıxış edərək, sakinləri subartezian quyularının və bulaqların istifadəyə verilməsi münasibətilə təbrik edib, xeyriyyə tədbirini yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl də Ağdam rayonunun işğal altında olmayan ərazilərində İctimai Birlik tərəfindən iki ədəd subartezian quyusu və iki bulaq istifadəyə verilib.

    Qəsəbə sakinləri xeyirxah işə və şəhidlərin xatirəsinə göstərilən ehtirama görə təşkilatçılara təşəkkür ediblər.


    loading...