Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • 21 Ağu 2019, 07:19   
        73


    Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid

    Qiyamət günü - elə bir gündür ki, hər bir insan o günün qorxusunu hələ bu dünyada olan zaman hiss edir. Məhkəmədə insanın əleyhinə şəhadət verənlərin sayı nə qədər çox olarsa, o, bir o qədər çox xəcalət çəkər. Qiyamət dünyadakı məhkəmələrə bənzəməz. Ona görə də şahidləri də, xəcaləti də tamamilə başqadır. (Tebyan)

    "Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik". ("Ğafir" 51).

    Bəs bu şahidlər kimlərdir?

    XEBERTV.AZ deyerler.org-a istinadən bildirir ki, ilk şahid - Uca Allahın Özüdür. Qurani-Kərim buyurur: "Həqiqətən, Allah hər şeyə şahiddir".("Həcc" 17). "Həqiqətən, Allah daim sizə nəzarət edir". ("Nisa" 1). "Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir". ("Nisa" 126).

    İkinci şahidlər - peyğəmbərlərdir (ə). Qurani-Kərim buyurur: "Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!". ("Nisa" 41). "Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdə onlara öz (iç)lərindən (hər bir ümmət üçün onların peyğəmbərlərini, yaxud hər bir əsrin insanları üçün həmin əsrin məsumunu) şahid gətirəcəyik və səni (də) bu ümmətə (ya əsrlərin şahidlərinə) şahid gətirəcəyik". ("Nəhl" 89).

    Üçüncü şahidlər - Məsum İmamlardır (ə). "(Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun". ("Bəqərə" 143). İmam Baqir (ə) buyurur: "O orta ümmət (ki, şahiddir) ancaq bizik". İmam Sadiq (ə) buyurur: "Hər bir dövr və əsrdə İmam vardır ki, insanlara şahiddir".

    Dördüncü şahid - mələklərdir. Qurani-Kərim buyurur: "(Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir". ("Qaf" 21).

    Beşinci şahid - torpaqdır. "Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı - onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar)". ("Zəlzələ" 4). Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) hər bir məntəqədə iki rükət namaz qılar və buyurardı: "Bu məkan namazımıza şəhadət verəcəkdir".

    Altıncı şahid - vicdandır. "(Ona deyilər:) "Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən"". ("İsra" 14).

    Yeddinci şahid - bədən üzvləridir. "O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər". ("Nur" 24).

    Səkkizinci şahid - zamandır. İmam Əli (ə) buyurur: "İnsandan elə bir gün keçmir, məgər o halda ki, həmin gün insana xəbərdarlıq edər ki, mən bu gün sənin üçün yeni bir günəm. Məndə yerinə yetirdiyin işlərinə şahidəm və Qiyamət günü onlara görə şəhadət verəcəyəm. Ona görə də bu gündə əbədi sədaət yolun üçün kamil istifadəni etməyi səy göstər".

    Doqquzuncu şahid - əməldir. "Və (belə deyiləcəkdir:) "Bu gün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötrü cəzalandırılmazsınız (yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür)"". ("Yasin" 54).
    loading...