Xəbər lenti
Axtar
Ən çox oxunan
  • GÖYÇAY RAYONU İNKİŞAF YOLUNDA
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • 14 Ağu 2019, 20:28   
        48


    Milli Qəhrəman Gültəkin Əsgərovanın həyatı və döyüş yolu hər bir vətənpərvər üçün nümunə olmalıdır. Çünki o, Qarabağ uğrunda müharibə başlayan vaxtlarda çalışdığı Bakı Uroloji klinikadan könüllü olaraq birbaşa cəbhə bölgəsinə yollanıb, yaralılara ilk tibbi yardımı göstərib. Kiçik yaşlı qızını anasının himayəsində qoyaraq fədakarlıq göstərən həkim cəbhədə tibbi heyətə son dərəcə böyük ehtiyac duyulduğundan özü ilə bərabər 5 könüllü də döyüş bölgəsinə aparıb. Şuşa uğrunda qanlı döyüşlərin getdiyi anda həbsxananın qapısını açaraq məhkum soydaşlarımızın əsr düşməsinin qarşısını alıb.

    Şuşanın işğalından sonra isə Laçının və Qubadlının müdafiəsində iştirak edib. Son iş yeri isə Ağdamın Mahrızlı kəndindəki hospital olub. Burada həkim işləyən Gültəkin xanım yüzlərlə yaralı hərbçimizə tibbi yardım edib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralılara yardım etmək üçün bir az arxa hissədə yerləşən tibb məntəqəsində çalışırdı. Lakin yaralılara daha operativ yardım etmək üçün döyüş zonasına qalxan həkim 1992-ci ilin iyulun 19-da qəhrəmancasına şəhid oldu. Bakıda Şəhidlər Xiyabanında dəfn edildi. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görüldü. Qəhrəmanlığı “Gültəkin” filmində və “Gültəkin zirvəsi” kitabında öz əksini tapdı.

    Xatirəsini əbədiləşdirmək məqsədilə Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə adı verildi, məktəbin və Nərimanov rayonundakı xəstəxananın qarşısında büstü qoyuldu. Xəzərdə üzən gəmilərdən birinə onun adı verildi və gəmidə muzeyi yaradıldı. Bakıda yaşadığı Atatürk prospekti 2A ünvandakı binaya xatirə lövhəsi vuruldu.

    Sonuncu cümləni yazmaq son dərəcə ağır və dəhşətli oldu. Çünki qarşılaşdığımız mənzərə Milli Qəhrəmana olan hörmətsizliyimizi göstərir. Jurnalist Anar Əhmədovun məlumatına əsasən aparılan araşdırma bunu əyani surətdə faktlarla təsdiqlədi. Şəkildən göründüyü kimi Milli Qəhrəmanımızın xatirə lövhəsini zibil qutusunun yanına atıblar. Budurmu vətənpərvərliyimiz, budurmu torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Milli Qəhrəmanlarımıza hörmətimiz, budurmu qəhrəmanlarımızla bağlı apardığımız təbliğat, budurmu düşmənə qarşı cavabımız ?!

    Gültəkin Əsgərovanın yaşadığı binaya vurulan xatirə lövhəsinin yerinə baxmaq üçün gedən əməkdaşlarımıza daha sarsıdıcı məlumat verildi. Qonşular bildirdilər ki, binaya üzlük vurularkən Milli Qəhrəmanın xatirə lövhəsi çıxarıldı və bir müddət küçədə zibilliklərin arasında qaldı. İndi isə haraya aparıldığından xəbərimiz yoxdur.

    Məlumat üçün bildiririk ki, xatirə lövhəsini “Gənclik” metrostansiyasının yaxınlığındakı büstündən on-on beş metr aralıdakı zibil yeşiyinin yanına atıblar.

    Mikayıl Nərimanoğlu


    loading...