Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 13 Ağu 2019, 21:58   
        565


    DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
    ​​​​Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir kadr islahatına imza atıb.
    XEBERTV.AZ ” “Avtosfer.az” saytına istinadla xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
    Qeyd edək ki, Müşfiq Rəhimovdan əvvəl onun rəisi, polkovnik Mübariz Şahbazov da işdən çıxarılıb. Mübariz Şahbazov Qİİ-nin rəisi olmaqla yanaşı, həm də Baş DYP İdarəsinin rəis müavini idi. Onun yerinə Texniki Şöbənin rəisi, polkovnik-leytenant İlham Rəcəbov təyin edilib.
    Xatırladaq ki, Müşfiq Rəhimov uzun illərdir sözügedən vəzifəni tuturdu və bu illər ərzində sözün əsl mənasında oliqarxa çevrilmişdi. Belə ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi yol polisində ən korrupsiyalaşmış idarələrdən biridir. M.Rəhimovun adı bahalı nömrə alverində, qeydiyyat zamanı dövlət rüsunundan artıq pul tələb olunmasında və sairə hallanırdı. İllərdir mətbuatın hədəfində olmasına baxmayaraq, qüdrətli himayədarları M.Rəhimovu bu vəzifədə saxlamağa və onun vasitəsilə hər il on milyonlarla manat qazanc əldə etməyə nail olurdular.

    Bu baxımdan, V.Eyvazovun M.Rəhimovu vəzifəsindən uzaqlaşdırması, ümumiyyətlə DYP sistemində kadr islahatlarına başlaması təqdirəlayiq addımdır. Heç şübhə yoxdur ki, bu proses ümumilikdə korrupsiyalaşmış BDYP rəhbərliyinin tam tərkibdə istefaya göndərilməsinə doğru gedir. Bunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin müddəaları da tələb edir.
    Belə ki, bu Əsasnamənin 8-ci fəslində (“Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları” adlanır-red.) polkovnik rütbəsində xidmətkeçmə 55+5 yaş, general-mayor rütbəsində isə 60+5yaş müəyyən olunub. 1951-ci il təvəllüdlü və 68 yaşlı BDYP rəisi Ramiz Zeynalov bu yaş limitini artıqlamasilə doldurub, hətta belə demək olar ki, o, son 3 ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini qanuna zidd şəkildə tutub. Eyni zamanda artıq 60 yaşı tamam olmuş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərov da sözügedən əsasnamənin tələbinə görə, daha bu vəzifəni tuta bilməz.
    Bu baxımdan, çox böyük ehtimalla, ən geci bu ilin sonunadək BDYP-nin rəhbərliyində ciddi dəyişikliklər olacaq.
    loading...