Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 07 Ağu 2019, 20:42   
        125

    İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT



    Ölkımizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çevrilib. Bu sahədə turizmin genişləndirilməsinə də xüsusi önəm verilir. Respublika Prezidenti İlham Əliyevin böyük diqqət yetirdiyi və hərtərəfli şərait yaratdığı bu sahəyə bəzi rayonlarda son dərəcə kortəbii yanaşılır, pul insan həyatından belə üstün tutulur. Məsələn, İsmayıllı rayonunda olduğu kimi.

    Bu ilin may ayının 27-də saytımızda “İsmayıllının Zərnava kəndində PUL insandan önəmlidir“ başlıqlı yazı dərc olunmuşdu (Redaksiyamızın çəkiliş qrupunun konkret faktlara əsaslanan yazısı ilə burada tanış ola bilərsiniz).

    Bildirmişdik ki, Zərnava körpüsü Lahıc kəndinə gedən yolda yerləşdiyindən burada xarici turistlərin kütləvi olacağını unutmamalıyıq. Çünki asma körpüdən onlar da müəyyən ödəniş müqabilində istifadə edəcəklər. Buna görə də qanuna hörmətlə yanaşmalıyıq. Lakin elanda göründüyü kimi eyni vaxtda körpüdən neçə nəfərin istifadə ediləcəyi rəqəm silinib.



    26.05.2019

    Yazının dərcinə ilk olaraq Dövlət Turizm Agentliyi reaksiya verdi və bu məsənənin onlara aidiyyatı olmadığını bildirməklə müvafiq orqanlara məlumat verəcəklərini qeyd etdilər.

    İsmayıllı rayon icra hakimiyyəti də məsələyə operativ münasibət bildirdi. Rayon İcra Hakimiyyətinin başçısı Mirqamət Sadıqov redaksiyamızla telefon əlaqəsi yaradaraq tənqidi yazıya görə yaradıcı kollektivə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bununla əlaqədar olaraq gün ərzində ciddi araşdırma aparılacaq və nəticəsi barədə sizə məlumat veriləcək. Belə də oldu, tənqidi yazımız araşdırıldı və redaksiyaya göndərilən cavab operativ olaraq dərc edildi.

    Cavab məktubunu, Zərnava bələdiyyəsi sədrinin məlumatını və göndərdikləri şəkli olduğu kimi bir daha nəzərinizə çatdırırıq.

    Rakus.az saytının rəhbərliyinə

    Hörmətli sayt rəhbəri!

    Zərnava körpüsü ilə bağlı yaranmış problemin ardan qaldırılması üçün mövcud vəziyyəti faktlarla işıqlandırdığınız üçün Sizə təşəkkürümüzü bildiririk.

    Məlumat üçün bildiririk ki, körpü Zərnava bələdiyyəsinin balansındadır. Sizin “İsmayıllının Zərnava kəndində PUL insandan önəmlidir” başlıqlı yazınız ilə tanış olduqdan sonra bələdiyyənin sədri Afaq Məhərrəmova İcra Hakimiyyətinə dəvət olunaraq problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsi tövsiyə olunmuşdur. Bələdiyyə sədri A.Məhərrəmova promlemin aradan qaldırıldığı haqqında İcra Hakimiyyətinə rəsmi məlumat vermişdir. A.Məhərrəmovaya gələcəkdə də hər hansı hadisənin baş verməməsi üçün körpünün yük götürmə qabiliyyətinin dəqiq yoxlanılması ilə əlaqədar rəsmi təşkilatların rəyinin alınması məsləhət görülmüşdür.

    Bələdiyyənin rəsmi məlumatı əlavə olunur.

    Xahiş edirik nəzərə alasınız.

    İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının

    İnformasiya təminatı və təhlil sektoru



    Çəkiliş qrupumuz bazar günü – avqustun 4-də hadisə yerində oldu. Demək olar ki, İcra hakimiyyətinin qeyd etdiyimiz məktubu və bələdiyyə sədrinin məlumatı tamamilə unudulub. Eyni vaxtdan körpüdən neçə nəfərin istifadə etməsi pulun ( 50 qəpik) müqabilində silinib (Foto və video görüntülər buna əyani sübutdur). Körpüdə 12-13 nəfərin olmasına baxmayaraq “nəzarətçi” kimi pul toplayan şəxs əlavə insanları dəvət edirdi. Bu isə ağır faciələrin astanasında olduğumuzu göstərir.



    4.08.2019

    Bu insanlığa qarşı cinayət, dövlətə qarşı xəyanər, cəmiyyətimizə qarşı rüsvayçılıqdır. Nə bu qanunsuzluğa nəzarət edən var, nə də ona qarşı tədbir görən. Hətta ödəniş üçün qəbz də verilmir. Belə olan halda xarici turistin bizə hansı münasibət bəslədiyini düşünmk çətin deyil.

    Məsələ ilə bağlı dünən İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq onlara da ətraflı məlumat verdik. Lakin yazı dərc olunana qədər icra hakimiyyətindən heç bir xəbər olmadı.

    Bütün bunlar onu göstərir ki, qanuna İsmayıllı rayonunda məhəl qoyulmur, bələdiyyə sədri bizə məktub yazır, özünü təmizə çıxartmağa çalışır, ancaq əvvəlki işindən əl çəkmir. Sabah ehtimal olunan faciə isə böyük araşdırmalara səbəb olacaq. Bəs onda indi niyə susurlar ?!

    Mikayıl Nərimanoğlu,
    Baş redaktor, Əməkdar jurnalist

    loading...