Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 11 Haz 2019, 22:58   
        56



    Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
    BAKI-XEBERTV.AZ
    “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı Şamil Sabiroğlunu oxuculara tanıtmağa məncə ehtiyac yoxdur.1988- ci ilin noyabrında başlamış Azərbaycan Milli Azadlıq hərəkatının fəallarından olan Ş.Sabiroğlu, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar Bakıdakı rahat iş-gücünü ataraq 1989-cu ilin sentyabrında Laçın rayonuna, 1990-cı ilin aprelində isə Xocalıya yollanıb. Bölgənin müdafiəsində və quruculuq işlərində yaxından iştirak edib.Ş.Sabiroğlu 1991-ci ilin sentyabrından “Səhər” gündəlik informasiya qəzetinin Qarabağ bölgəsi üzrə müxbiri vəzifəsində işləyib. Şamil Sabiroğlu, Xocalı soyqırımı, Şuşa və Laçın faciələri haqqında Azərbaycan mətbuatında ilk həqiqi xəbəri verən jurnalistdir.
    Dövlət Başçısı Cənab İlham Əliyevin 2010-cu il 21 iyul tarixli Sərəncamına əsasən Ş.Sabiroğlu “Tərəqqi” medalına layiq görülmüşdür. 2019-cu il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq Sərəncama əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar bir çox ziyalılar, Milli Məclisin deputatları və qeyri-hökumət təşkilatlarının nümayəndələri xüsusi medala layiq görülmüşlər.Mükafata layiq görülənlərin arasında tanınmış jurnalist Şamil Sabiroğlu (Ələkbərli) da var.
    İyulun 11-də Bakıda Beynəlxalq Mətbuat Mərkəzinin Konfrans salonunda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı”na layiq görülənlərə mükafatlar təqdim edildi. Mərasimi Respublika Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi Məsələlər Şöbəsinin müdiri Əli Həsənov açdı. Əli müəllim mükafata layiq görülənləri Dövlət Başçısının adından təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı. Daha sonra mükafatlar təqdim olundu.
    Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinə mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təqdim etdi.
    Təqdimat mərasimində ölkənin ictimai-siyasi həyatında fərqlənən digər şəxslər də mükafatlandırıldı.
    Şamil Sabiroğlunu mühüm dövlət mükafatına layiq görülməsi münasibəti ilə ürəkdən təbrik edir, işlərində və şəxsi həyatında yeni-yeni uğurlar arzulayırıq.

    Aytac Quliyeva,
    ADNSU - nun 3 cü kurs tələbəsi, Xocalı sakini
    Bakı, 11.07.2019.
    loading...