Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 28 May 2019, 19:52   
        53


    Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
    Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik?..


    Bu gün- iyunun 28-də ermənilər Azərbaycanın 26 ildir ki, işğal altında qalan Ağdərə şəhərində bayram tədbirləri keçiriblər.



    XEBERTV.AZ Moderator.az-a istinadən xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, buna səbəb həmin şəhərin Azərbaycanın nəzarətindən çıxarılmasının 26-cı ildönümü olub. İnzibati cəhətdən Tərtər rayonuna daxil olan Ağdərənin faktiki sakinləri işğalçı erməni əsgərlərinə qoyulmuş abidəni ziyarət edib, mədəniyyət sarayında konsertə tamaşa ediblər.

    Xatırladaq ki, Ağdərə 1991-1992-ci illərdə Azərbaycanın eyniadlı rayonunun mərkəzi olub. Sovet dövründə əsasən ermənilərin məskunlaşdırıldığı bu rayon və şəhər “Mardakert” adlanıb.


    Ağdərə rayonu Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni silahli qüvvələrinin nəzarəti altına keçib. 1992-ci ilin iyulunda Azərbaycan ordusu tərəfindən rayon mərkəzi və bir çox kəndlər azad edilib. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon — Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb.

    1 il boyunca Ağdərə şəhəri ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedib. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə olayları baş verib. Ölkədə yaranmış hərc-mərclikdən məharətlə istifadə edən erməni ordusu 1993-cü il iyunun sonundan iyulun 7-dək Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal edib. Hal-hazırda keçmiş Ağdərə rayonun bir neçə kəndi Azərbaycanın nəzarətində olsa da, Ağdərə şəhəri də daxil olmaqla bir çox əraziləri ermənilərin nəzarəti altındadır.

    1991-1993-cü illərdə Ağdərə ərazisinin azad edilməsi və müdafiəsi uğrunda yüzlərlə oğul-qızımız şəhid olub, minlərlə döyüşçümüz yaralanıb, əlil olub.

    Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik...

    P.S. Bəs biz nə vaxt hansısa bölgəmizin bütövlükdə azadlıq gününü qeyd edəcəyik?..

    Sultan Laçın
    loading...