Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Pivə alkoqollu içkilər siyahısından çıxarılır – Bu qərarı heç kim gözləmirdi
  • Gürcüstanda 146 nəfər itkin düşdü
  • 3500-cü ildən gəldiyini iddia edən qadından ŞOK SÖZLƏR: yadplanetlilər...
  • Azərbaycan Respublikası Milli mətbuat və Jurnalistika günü
  • “Bu, dövlət sərhəddidir, yoxsa karvansara qapısı?!” - POLİTOLOQ SUAL EDİR
  • Adnan Oktarla bağlı yeni dəhşətli FAKTLAR ÜZƏ ÇIXDI: 6 yaşlı qızları alt paltar olmadan... - VİDEO
  • Fotolarımız sosial şəbəkələrdən bu yolla oğurlanır - SOS
  • Hamımız yaşın və yaşananların təsiri ilə dəyişirik. Bu dəyişikliklər hər insanda özünü fərqli şəkildə büruzə verir.
  • Merkeli titrədən xəstəlik nədir? - Açıqlama
  • Müəmmalı ölümlərlə bağlı maraqlı faktlar - Yavaş-yavaş zəhərləyirlər, istintaq da tapa bilmir
  • Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib
  • Geomaqnit qasırğası ilə bağlı rəsədxanadan AÇIQLAMA
  • Tanınmış jurnalist Şamil Sabiroğlu mühüm dövlət mükafatına layiq görüldü
  • Azərbaycan səmasında UNO görünüb.
  • Azərbaycan-Ermənistan sərhədində divar çəkilir - Foto
  • Azərbaycan zəvvarlarını daşıyan avtobus yandı
  • Elçin Quliyev: Ermənistanla sərhəddə yeni infrastrukturlar yaradılır
  • Ermənilər bu gün Tərtər rayonunda bayram etdi - FOTOLAR
  • Azərbaycanlıdan oğurlanan saatla bağlı - Yeni xəbər
  • Bəhramla Tahir məmurları hədəfə aldı: "70-100 milyon oğurlayırlar" (VİDEO)
  • 2003-cü ildən sonra ən kəskin istilərin olacaq - XƏBƏRDARLIQ
  • Xanımlar, diqqət: qarşınızdakı kişi bunları edirsə..
  • Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir
  • Gecə düşən kimi ölüb, səhər dirilən qardaşlar - Həkimlər naəlacdır
  • 26 May 2019, 21:30   
        48


    Azərbaycana 5 milyarda başa gələn tədbiri Belarus 150 milyon dollara keçirir


    Belarusda II Minsk Avropa Oyunları keçirilir. İyunun 21-də başlayan oyunlar, ayın 30-da başa çatacaq. İlk dəfə Bakıda keçirilən bu oyunlara Belarusda münasibət heç də bir mənalı deyil.

    AzadlıqRadiosu Belarus xidmətinin hazırladığı satirik videoda oyuna hazırlıq, görülən işlər, oyunları izləməyə gələnlərdən də danışılır.

    AzadlıqRadiosunun Belarus xidmətinin əməkdaşı Vital Tsyhankou deyir ki, bu oyunlar daha çox siyasi məqsəd daşıyır, nəinki idman.

    Onun sözlərinə görə, 2020-ci il Belarusda prezident seçkiləridir və seçki öncəsi Aleksandr Lukashenka bu oyunlardan öz kampaniyası üçün istifadə edir.

    Prezident hökumətin nəzarətində olan televiziyalarda təriflənir, bu oyunların təşkili Belarusun inkişafı kimi təqdim olunur:“Azərbaycanla müqayisədə Minsk II Avropa Oyunlarına daha az vəsait ayrılıb. Prezidentin ehtiyat fondundan 40 milyon, dövlət büdcəsindən isə 70 milyon dollar. Digər xərcləri də nəzərə almaqla müstəqil müşahidəçilərin hesablamalarına görə, II Avropa oyunları maksimum 150 milyon dollara başa gələ bilər. Amma Avropa oyunlarına bu qədər vəsaitin ayrılması insanlarda qıcıq yaradır. Müstəqil media müqayisələr aparır ki, bu vəsaitlə neçə xəstəxana, neçə məktəb tikmək olardı”.

    Vital Tsyhankou deyir ki, tələbələr məcburi şəkildə könüllülüyə cəlb olunur, biletlər dövlət idarələrinə satılır.

    II Avropa Oyunlarının açılış mərasiminə isə Rusiyanın Baş naziri Medvedev, Çeçenistan prezidenti Kadırov və Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyeva qatılıb.

    I Avropa oyunlarının təşkili Azərbaycana hardasa 4 milyard manata, o zamankı məzənnə ilə 5,1 milyard dollara başa gəlib.

    Oyunlardan sonra Gənclər və İdman naziri Azad Rəhimov yerli mediaya müsahibəsində demişdi ki, Azərbaycanın dünyada nüfuzu daha da artdı, ölkəyə xeyli turist gəldi.

    O bildirmişdi ki, Bakı-2015 oyunlarının əməliyyat büdcəsi hardasa 950 milyon manatdır. Bura işçilərin maaşı, qurğular, hesablama sistemləri, müvəqqəti qurğular, kommunikasiya - PR işləri üçün xərclər daxildir.

    Bakıda 68 min nəfərlik Olimpiya stadionu, Su İdman Sarayı, Avropa Oyunları Parkı, Gimnastika kompleksi tikilib. Ölkədə idman infrastrukturunun yarıdılması üçün çoxsaylı təmir, yenidənqurma işləri aparılıb. Müvəqqəti quruğular quraşdırılıb.

    Hökumətin tənqidçiləri o vaxt bu oyunların təşkilini büdcə vəsaitlərini mənimsəmək üçün korrupsiya aləti sayırdılar. Amma rəsmilər bu tənqidləri rədd edir, yaradılan idman infrastrukturunun gələcəkdə də ölkəyə maliyyə gətirəcəyini, nüfuzun artacağını bildirirdilər.

    Bəs, bakı sakinləri Bakı-2015 I Avropa Oyunlarını necə xatırlayırlar?

    Minskdə keçirilən II avropa oyunları 9 gün davam edəcək. Növbəti ölkə hansı olacaq. Hələlik ev sahibliyi üçün namizədliyini irəli sürən ölkə yoxdur.

    AzadlıqRadiosu
    loading...