Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 12 May 2019, 07:54   
        95
    Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi

    Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
    BAKI-XEBERTV.AZ
    Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
    Mayın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

    Yenilənmiş həyət Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 37, 39, 41, 47, 49 və Qara Qarayev prospekti 59 ünvanlarında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.

    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşayış şəraitinin yaradılmasıdır.

    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 2 şahmat meydançası, idman qurğuları, uşaqlar üçün oyun meydançası, 10 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

    Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 2500 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

    Nizami rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi üçüncü həyətdir.

    Sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmaya ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.publika.az
    loading...