Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 11 May 2019, 22:03   
        87
    Drakon FETO-nun gizli planının üstünü açır

    Drakon FETO-nun gizli planının üstünü açır


    Bütün dönəmlərdə igid, ər oğullar xalqın yaddaşında özünə yer alıb. Tarixi bu günəcən vərəqləsək, Qazan xan, Babək, Şah İsmayıl Xətai, Koroğlu, Qaçaq Nəbi, Əliağa Şıxlınski, Səməd Bəy Mehmandarov, İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə, Həzi Aslanov, Rahib Məmmədov, Tofiq Hüseynov, Mübariz İbrahimov, Fərid Əhmədov, Koroğlu Rəhimov kimi qəhrəmanlarımızla üzləşərik. Bu siyahını bir az da artıra bilərəm.

    Bu cür igid oğulların adlarını xronoloji cəhətdən sadalamaqla onu qeyd etmək istəyirəm ki, məmləkətimizin genetik kodu və bu kodla doğulanlar digər məmləkətlərdə doğulanlardan fərqlənir.

    Millətlərin genetik koduyla bağlı vaxti ilə araşdırma aparan Adolf Hitler qan qruplarl ilə bağlı laborotor araşdırmalar etmiş və bunun nəticələrini alman ordusuna tətbiq etmişdi.

    Hitler Azərbaycanda ilahi qüdrətin təzahür etdiyinin də fərqinə varmışdı. Onun Bakıya düşünülmüş hücum planı da sadəcə neftlə yox, bu cür ilahi sirləri özündə cəm edən məmləkəti öz ərazilərinə qatmaq məqsədiylə bağlıydı.

    İstedadlı yazıçı, millət vəkili Aqil Abbasın ssenari müəllifi olduğu "Dolu" filmində "Drakon" obrazını canlandıran Rza Rzayev bu günümüzün ən real qəhrəmanlarından biridir. Bu barədə bir qədər sonra...

    Rzanı on ildən artıqdır ki, tanıyıram.Bu on il ərzində Rzada bir çox üstünlükləri görmüşəm. İstedadı, mədəniyyəti, yüksək intellektual səviyyəsi, insani kefiyyətləri onu bütövlükdə bir şəxsiyyət kimi ehtiva edir. Amma bu yazıyla məqsədim Rzadan qəhrəman düzəltmək yox, əsl qəhrəmanı olduğu kimi təqdim etməkdir.

    Rza Rzayev 1973-cü il mayın 17-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirəndən sonra Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb.

    2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gələndə Rza Rzayev də akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənib.

    2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışan Rza ilk dəfə mərhum rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilir. Ondan sonra “Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırır. “Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunub, bəzi səbəblərə görə sonra bu filmdə Uğurlu obrazını oynamaqdan imtina edib ..

    Rejissor Aqil M. Quliyev onu “Sarı gəlin” klipində türk komandiri roluna çəkir. Sonra “Niyyət” filmində qumarbaz obrazını canlandırır. Rejissor Elxan Cəfərovun 2012-ci ildə ekranlaşdırdığı "Dolu" filmindəki "Drakon" obrazıyla isə o, milyonların sevgisini qazanır. Bu ekran işi son illər Azərbaycan kinosunda çəkilən ən uğurlu filmlərdən biri hesab olunur. Vətənpərvərlik mövzusunda çəkilən filmdə müharibə səhnələri xüsusən uğurlu alınıb və uğurda Rzanın böyük rolu var. Aktyor 2015-ci ildə rejissorun digər filmi - "Yarımçıq xatirələr" də Cavanşir roluna çəkilir.

    2016-cı ilin aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunan "Geyinilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayan R.Rzayev bu filmi ərsəyə gətirməkdən ötrü maddi dəstək üçün heç bir quruma və şəxsə üz tutmadan yaşadığı evi satır. Rzanın sənətə olan ali sevgisini filmin premyerasında tanınmış yazıçı-publist İradə Tuncay açıqlayır.

    Yaxşı,bəs, bütün bunlardan sonra zəngin həyat yoluna malik Rzaya qarşı son vaxtlar müşahidə olunan qərəzin səbəbi nədir? Gəlin, konkret mətləbə keçək.

    220 saylı məktəb-litseyin sabiq direktoru Tural Mirzəliyev həmin məktəbin direktor müavini Zeynəb Rzayevanı işini dəyişməsi və işdən azad etməsi ilə bağlı yaranan insident nəticəsində Z.Rzayeva qanunsuz olaraq işindən azad edilmişdi. Əmrə görə, Z.Rzayeva müavin kimi öz səlahiyyətlərini düzgün icra etməmiş, məktəbdə dərs gedişatının pozulmasına göz yummuş, ona aid olan dərsləri keçməmiş və iclas zamanı direktora qarşı qeyri-etik ifadələr işlətmişdi.

    Təbii ki, bunlar məktəbin direktor müavini Z.Rzayevaya qarşı qaldırılmış əsassız iddialardır. Bu iddaları iki məhkəmə instansiyası rədd etdikdən sonra Zeynəb müəlləmə işinə bərpa olunub .Başqa məhkəmə prosesində isə T.Mirzəliyevin təhriki ilə Zeynəb müəlliməyə böhtan atan iki valideynə 6 ay islah işləri hökmü verilmişdir. Bu prosesdə Rzanın iştirak etməsi təbii ki, onun Zeynəb xanımın qardaşı olmasından irəli gəlir. Amma R.Rzayev təkcə öz ana-bacısı yox, bütün ana-bacıların qeyrətini çəkən oğuldur.

    R.Rzayevlə məktəb direktoru T.Mirzəliyev arasında olan insidenti öz baxış bucağımdan analiz etmək istəyirəm. Tanınmış aktyor, istedadlı rejissorun məktəb direktorunu vurması heç də Rzanın dalaşqan, nadinc olması demək deyil. Bu Rzanın xarakterindən, qadına olan hörmət hissindən, ümumiyyətlə haqsızlığa qarşı barışmazlığından irəli gəlir. Onun bu xarakterik xüsusiyyəti bir daha Azərbaycan kişisi olduğunu ortaya qoyur. Bir daha qeyd edirəm ki Rzanın direktora əl qaldırıb vurmasının tutarlı səbəbləri var. Və bu səbəblər hamıya məlumdur.

    Son vaxtlar mətbuatda yayılan xəbərlərə nəzər salsaq görərik ki, Rza bu insidentdə, sadəcə öz bacısını müdafiə etmir. O, T.Mirzəliyevin başqa gənc müəlimələrə qarşı qeyri-etik hərəkətlərinə də etiraz edir, ümummilli namusu, sosial ədaləti və dövlətçilik maraqlarını dəstəkləyir. Çünki Rza bu məsələdəki iştirakı ilə FETO şəbəkəsinin Azərbaycana tətbiq etdiyi və heç kəsə məlum olmayan planları ortaya çıxarıb.

    Bir vaxtlar internetdə trendə çevrilən 220 nömrəli məktəbdə erməni- azərbaycanlı dostluq video-roliklərinini çəkib yayan Rövşən Əzizovu yaxşı xatırlayırıq. R.Əzizovun videoları sosial qınaqla üzləşəndə məktəb direktoru T.Mirzəliyev ingilis dili müəllimini pedofil damğasıyla məktəbdən uzaqlaşdırdı.

    Halbuki, R.Əzizovun məktəbdə işlədiyi dönəmlərdə T. Mirzəliyev öz qızını onun yanına ingilis dilindən fərdi hazırlığa yollayırdı. Təsadüfi deyil ki, sözöügedən rolikdə T. Mirzəliyevin qızı da iştirak edib. T.Mirzəliyev kimi vətənə, el-obaya, xalqa xəyanət edənlərin maskasını yırtmağın özü də bir qəhrəmanlıqdır.

    Oyunun ifşa olunduğunu görən FETO yönlü qüvvələr bu dəfə həyasızcasına hərəkət edərək, Rzanı cəmiyyətin nəzərində təqsirli biri kimi tanıtmağa başladılar. Amma bu da çox çəkmədi. Yalan ayaq tutsa da, yerimədi.

    Çünki Rza cəmiyyətdə olan sağlam, məntiqli, istedadlı, işıqlı ziyalılarımızdandır. Maraqlısı budur ki, niyə məhz “YeniAvaz” adlı mətbuat orqanı Rzaya qarşı anti-təbliğat maşınını işə salıb, T.Mirzəliyevin cəmiyyətə günahkar olmadığını sırımağa çalışır, Rzaya qarşı isə qarayaxmalar yayırlar.

    FETO-çular tərəfindən R.Əzizova sifarişlə video çəkdirən, öz qızını həmin vide-orolikdə göstərən, onu R.Əzizovun ingilis dili kursuna göndərən, sonra isə çirkin planının ortaya çıxdığını görüb, müəllimi pedofil adlandırıb işdən azad edən, bununla da gözdən pərdə asmaq istəyən, arvadını, uşağını, hətta qaynını səkkiz dəfə məhkəmə prosesində və 25 -ci polis bölməsində valideyn qismində tanıdan T.Mirzəliyevi “YeniAvaz” nədən müdafiə edir?

    Belə məlum olur ki, FETO olayından sonra onun Azərbaycandakı mətbu orqanı kimi dövlət tərəfindən bağlanmış “Zaman” qəzetinin əməkdaşlarının yaratdığı “YeniAvaz” FETO şəbəkəsinin dəyirmanına su tökən media qurumudur. Yəqin buna görə öz başını qorumaq istəyən T.Mirzəliyev bütün məhkəmələrdə bu mətbuat orqanıyla münasibəti olmadığını söyləyib.

    Məsələnin görünməz tərəfinə baxdığımız zaman məlum olur ki, videorolikin ideya müəllifi R.Əzizov deyil. Bu birbaşa FETO-nun Turala verdiyi sifarişdir. İşin üstü açılanda isə o, məsələni həyasızcasına pedofil qarayaxması ilə ört-basdır etməyə çalışıb.

    Buradan bir sual ortaya çıxır ki, təhqir olunan tərəf kimdir: Turalmı, Rzanın timsalında Azərbaycan xalqımı və yaxud da ən əsası Azərbaycan dövlətçiliyimi?

    FETO mətbuatı Rzanın məhkəmədəki və mətbuatdakı çıxışını təhrif etib yaymaqla kimə nə demək istəyir? Bu suallara böyük məmnuniyyətlə cavab almaq istərdim…

    Əzizim Rza, sən bu xalqa hələ çox lazımsan. Sənin kim və nəyə qadir olduğunu zatən bilənlər bilir. Qızılı palçığa atsan da, yenə qızıldır. Amma yenə də özünü quru böhtandan, bəylər qəzəbindən qoru.

    Tanri səni qorusun!

    Savalan TALIBLI

    Analoq.Az

    loading...