Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 06 Mayıs 2019, 07:27   
        78
    Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU

    Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU

    Ən böyük karma qanunları hamımıza məlumdur. Onun mənəvi fəlsəfəsi qızıl qaydalar prinsipini əks etdirir: özünüzə rəva görmədiyinizi başqalarına rəva bilməyin. Nə əkərsən onu da biçərsən. Kainata göndərdiyiniz istər mənfi, istərsə də müsbət enerji mütləq sizə geri qayıdır.

    XEBERTV.AZ bu yazıda oxuyucuları 30 karma qanunu ilə tanış edir. Onların təsiri hər yerdə hiss olunur.

    1. Əsl sevinc səbir, fədakarlıq və ağır iş nəticəsində qazanılır.

    2. Azadlıq məsuliyyətlə əl-ələdir.

    3. Münasibətlərə qoyduğunuz enerji və məhəbbət mütləq sizə qayıdacaq. Sevdiyiniz adam qaytarmasa da, kainat bu sevgini qarşılıqsız qoymayacaq. Sevgi özü-özlüyündə bir mükafatdır.

    4. Başqa insana ötürdüyünüz enerjini bütövlükdə bəşəriyyətə verirsiniz.

    5. İşinizə verdiyiniz bütün səy və enerjini bütövlükdə bəşəriyyətə verirsiniz.

    6. İşinizin dəyəri ona ayırdığınız enerji, diqqət və məsuliyyətlə ölçülür.

    7. Səhvlərdən dərs çıxarmaya qədər eyni əzabları yaşamağa davam edəcəyik. Onda bu mərhələni pozmaq üçün lazımlı "alətlər" qazanacağıq.

    8. Keçmiş və ya gələcək düşüncələrlə yaşayaraq biz indiki zamanı qaçırırıq.

    9. Köhnə adət və düşüncə tərzindən yapışmaqla biz şəxsi inkişafı ləngidirik.

    10. Biz o zaman dərs alırıq ki, sözlərimiz düşüncələrimiz və əməllərimizlə üst-üstə düşür.

    11. Əgər diqqətimizin daha böyük hissəsini əxlaq və mənəviyyatımıza sərf etsək, şəxsiyyətimizin neqativ yönlərini ikinci plana keçirəcəyik.

    12. Acgözlük və hüzur bir-biri ilə uzlaşmır.

    13. Kiçik addımlar kainatda daha geniş miqyasda əks olunur. Odur ki, hər atdığınız addımı dərk edin, hətta o sizə əhəmiyyətsiz görünsə belə.

    14. Dəyərli və əhəmiyyətli nəyəsə nail olmaq üçün ilk növbədə ən kiçik və ən zərif elementlərindən birini yerinə yetirməlisiniz.

    15. Hərəkətə keçməyənə qədər heç nə baş verməyəcək. Addımınız nə qədər kiçik olsa da, o həmişə böyük əhəmiyyət kəsb edəcək.

    16. Ötürdüyünüz sevgi, enerji, zəhmətsevərlik və ilham qaynağınız bütün bəşəriyyətin xeyrinədir. Kainat bunun üçün sizi mükafatlandıracaq.

    17. İnkişaf etmək və böyümək üçün dəyişikliklərə açıq olmalıyıq.

    18. Keçmişinizdən dərs çıxarın və indiki zaman üçün əlinizdən gələnin ən yaxşısını edin. Bu, parlaq gələcəyin açarıdır.

    19. Xoşbəxtliyimizə görə biz özümüz məsuliyyət daşıyırıq.

    20. Biz ətraf mühitin bir hissəsiyik. Yaydığımız mənfi və müsbət enerji dostlarımıza və yaxınlarımıza təsir edir.

    21. Bizi nə əhatə edirsə, ona çevrilirik. Məsələn, mədəni mühit, dostlarımız və sevdiyimiz insanlar bizə müsbət və ya mənfi istiqamətdə təsir etmək gücünə malikdir.

    22. Düşmən görəndə, əsl həqiqəti unudaraq hərəkətə keçməyə başlayırıq.

    23. Bizdən daha mənfi keyfiyyətlərə sahib olan insanla qarşılaşdığımız zaman öz nöqsanlarımızı unuduruq.

    24. Qəbul etməkdən imtina etdiyiniz məqamlar böyüyəcək və daha da güclənəcək.

    25. Taleyin sizin üçün hazırladığı mükafat səylərinizlə mütənasibdir.

    26. Dəyişiklik daxilən baş verir. Əgər özümüzdə nəyisə dəyişmək istəyiriksə, başqa insanlara etibar etməli deyilik. Bunu ancaq öz güc və iradəmiz hesabına edə bilərik.

    27. Başqalarını dəyişmək gücünə malik deyilik. Biz yalnız özümüzü dəyişə bilərik.

    28. Zahiri dəyişikliklər daxilən baş verir.

    29. Mənliyinizə xəyanət etməklə, özünüzü əsl həyatınızı yaşamaq imkanlarından məhrum edirsiniz.

    30. Görmək istədiyiniz dəyişikliklərə ilk növbədə özünüz həyata keçirməlisiniz. Bunu sadəcə sözdə deyil, düşüncə və hərəkətlərinizdə göstərə bilərsiniz.

    Bunlar çoxlarının bildiyi, amma tez-tez unutduğu qaydalardır. Həyatın yeknəsəqliyi fikrimizi yayındırır. Odur ki, sonda əlinizdə nə qalacağına fokuslanın. Mahatma Qandi deyirdi: "Dünyada görmək istədiyiniz dəyişiklik özünüz olun". Öz idealınızı yaradın və ona xəyanət etməyin. Çünki bu həyat hər kəsə bir dəfə verilir. (publika.az)
    loading...