Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Müdafiə naziri yeni təlim mərkəzinin açılışında iştirak edib - VİDEO
  • Ermənilər gecə ilə Ağdama qoşun topladı – Video
  • Fuad Abbasovun səhhəti pisləşdi
  • Azərbaycanda hərbi hissələrdə xüsusi rejim elan edilib
  • Leyla Əliyeva xalqı belə təbrik etdi - Video
  • “WhatsApp”da yeni dələduzluq - Ehtiyatlı olun
  • Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
  • Bu, dünyanın sonunu gətirəcək - DÜNYA ŞOKDA
  • Ehram Məcidovun cinayət işi üzrə məhkəmə iclası keçirilib-Video+Foto
  • Soyuq enerjisi nədir?
  • Kütləvi İnformasiya Vasitələrinin dəyərli əməkdaşları,dəstəyinizə ehtiyacımız var!
  • Ehram Məcidova haqsızlıq və düzgün aparılmayan İstintaq... -Təhlil
  • Maşının “şitində” Avropaya qaçan miqrant - FOTO
  • “ERMƏNİSTANI CƏZALANDIRIB, ZƏNGƏZURU GERİ ALMALIYIQ!” – “Tərədüd etsək, Naxçıvanı itirməmək haqda düşünməyə məcbur edəcəklər”
  • Vanqanın Türkiyə öngörüsü gerçəkləşir? - Video
  • TSQ “Pəncə” ilə bağlı hesabat yaydı: 27 ölü
  • 2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
  • Qüdsü azad edən, 3 lideri diz çökdürən azərbaycanlı
  • İnsanın Marsa uçacaq tarix elan edilib
  • Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • 01 Mayıs 2019, 07:57   
        80
     İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq

    İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
    Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunub.

    Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik olmadığını qeyd edib: “Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur”.

    İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq: “Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.
    virtualaz.org
    loading...