Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 02 Nis 2019, 18:53   
        67
    Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
    Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı

    ABŞ-ın Nyu-Cersi ştatında çıxan “The Trentonian” qəzetində Azərbaycan icmasının üzvü Gülnarə Mehdiyevanın məqaləsi dərc olunub.
    XEBERTV.AZ Azərtac-a istinadən xəbər verir ki, 1918-ci il mart ayında Azərbaycanda baş vermiş hadisələrə həsr edilmiş məqalə Amerika ictimaiyyətini azərbaycanlıların soyqırımı haqqında məlumatlandırmaq məqsədilə ABŞ Azərbaycanlılar Şəbəkəsinin hər il keçirdiyi kampaniya əsasında hazırlanıb. Materialda qeyd edilir ki, azərbaycanlıların soyqırımı 1918-ci il 31 mart - 1 aprel günlərində Bakı, Şamaxı, Göyçay və Qubada etnik azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini, habelə XIX və XX əsrlərdə Azərbaycan xalqına böyük məşəqqətlər gətirmiş digər faciəli hadisələri əhatə edir. Tarixçilərin hesablamalarına görə, illər boyu baş vermiş soyqırımı nəticəsində həlak olmuş azərbaycanlıların ümumi sayı 500 min nəfərdən çoxdur. Qeyd olunur ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan ediləndən sonra “Mart hadisələri” AXC hökuməti tərəfindən təhqiq edilib, 1919-cu və 1920-ci illərdə isə 31 mart tarixi AXC-də Milli Matəm Günü kimi qeyd olunub.

    Sovet hakimiyyəti illərində Azərbaycan xalqı azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edə bilmirdi, lakin 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra azərbaycanlılar 1918-ci ilin bu faciəli günlərinin ildönümünü həm ölkədə, həm də xaricdə qeyd edirlər.

    Azərbaycanlıların 1918-ci il soyqırımı tarixdə “1918-ci ilin Mart hadisələri” adı ilə də məşhurdur. Bu qırğın Stepan Şaumyanın rəhbərliyi və bolşeviklərin köməyi ilə “Erməni İnqilabi Federasiyası” (Daşnaksutyun) silahlı dəstələri tərəfindən Bakı, Şamaxı, Quba, Göyçay, Lənkəran və onlara yaxın yaşayış məntəqələrində dinc azərbaycanlı əhaliyə qarşı törədilib. Erməni millətçilər Qubada yüzlərlə Azərbaycan yəhudisini də amansızcasına məhv ediblər.

    1998-ci ildə isə Prezident Heydər Əliyevin Fərmanı ilə 31 Mart günü hər il qeyd edilən Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib.
    loading...