Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bakının düşmən işğalından azad edilməsinin 101 illiyi münasibətilə mərasim keçirilib
  • İbtidai insanların mükəmməl alətləri tapıldı - İsraildə
  • Əhaliyə ölmüş heyvan ətləri satan “Leş Tofiq” və dəstəsi ifşa edildi – FOTOLAR
  • TARİXİ KƏŞF: insanlar Yer kürəsindən başqa planetdə yaşaya biləcək
  • 10 UŞAQ ATASI ÖLKƏ BAŞÇISINDAN ONA YARDIM OLUNMASINI İSTƏDİ
  • Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq
  • Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır
  • İnsanlar ölümdən əvvəl nə hiss edir - Alimlərdən AÇIQLAMA
  • Bakıda üç saat əvvəl alınmış telefonu mağaza geri qaytarmadı - Qanun kimin tərəfindədir?
  • "Nə? Harada? Nə zaman?" 15 il sonra Azərbaycana qayıdır — Rekord sayda ölkə iştirak edəcək
  • Qara dəliyin şəklini çəkənlərə 3 milyon dollar verdilər
  • Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək
  • Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
  • Türkiyə dəhşətli raketini sınaqdan keçirdi - Video
  • İsrail kəşfiyyatı Türkiyənin S-400 komplekslərini görüntülədi- FOTO
  • "Rayonlarda qohumlar arasında seks inanılmaz dərəcədədir" — Yazıçı Aysel Əlizadə
  • Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar
  • ŞOK !!! Göygöl rayonunda iki erməni tutuldu, kəndin fotolarını çəkirmişlər
  • Azərbaycanda təhlükəsizlik orqanına rəhbərlik edənlərin yarısı azərbaycanlı olmayıb - TAM SİYAHI
  • Rusiyada meyvə mübahisəsi: Azərbaycan şirkətindən 9 min dollardan çox pul alındı
  • Əgər bizdə toxunulmazlıq ləğv edilsəydi... – Sensasion şərh
  • Aztəminatlı ailələrin birinci sinif şagirdlərinə hədiyyələr veriləcək
  • Rusiya hərbi bazasına hücum oldu
  • Feysbukla bağlı inanılmaz iddia: "Layk" sayı gizlədiləcək
  • "Bütün qız uşaqlarının təhsil haqqı dövlət tərəfindən ödənilsin" - deputatdan təklif
  • 25 Mar 2019, 19:08   
        171
    Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

    Cəzalanan erməni əsgər Qarabağa göndərilirsə... - Şərh

    Ermənistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir.

    Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, aprel döyüşlərindən sonra bəlkə də ilk dəfədir ki, Ermənistan ordusunda çox ciddi böhranın yaşandığı haqqında məlumatlar yayılır:

    “Xüsusilə də Ermənistanda geniş rezonans doğuran hadisə erməni əsgərlərin öz zabitlərinə qarşı qiyam qaldırması ilə bağlıdır. Ermənistanda əsgərlərin öz zabitlərinə etiraz olaraq hərbi hissəni tərk etməsi yerli kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisəyə çevrilib və iş o yerə gəlib çatıb ki, Sarkisyan rejimi zamanı olduğu kimi Ermənistanda yenidən əsgər analarının etirazları başlayıb”.

    Deputatın sözlərinə görə, diqqətdən yayınmayan digər məqam isə odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin tutulması və onların cəzalandırılaraq Dağlıq Qarabağa cəbhə xəttinə göndərilməsi faktını məhz Ermənistan mətbuatı yayır:

    “Fikir verirsinizsə, qiyam qaldıran əsgərlərin cəza yeri məhz Dağlıq Qarabağdır. Bununla da növbəti dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində iştirakı və Ermənistan hərbi qulluqçularının birbaşa Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı faktlar Ermənistan mətbuatı tərəfindən dilə gətirilir".

    E.Nəsirov hesab edir ki, bu hadisə çox mətləblərdən xəbər verir: "İlk növbədə onu göstərir ki, təkcə erməni əhalisi ac-yalavac deyil, eyni zamanda, Ermənistan silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir və əsgər və zabitlər arasında çox böyük uçurum var, bu gün erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır. Belə bir əsgərdə hansı döyüş ruhu ola bilər? Bu, Ermənistan rəhbərliyi üçün çox ciddi siqnaldır: əgər vəziyyət belə davam edərsə və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tezliklə konstruktiv mövqe ortaya qoymazsa, istisna deyil ki, çox uzaq olmayan bir perspektivdə, ümumiyyətlə, Ermənistanın ali baş komandanı silahlı qüvvələrsiz qala bilər və yaxud silahlı qüvvələrin olması belə nominal xarakter daşıyar".

    Millət vəkili vurğulayıb ki, heç bir döyüş ruhunun olmadığı, əsgərin zabitə heç bir etimad və etibarının olmadığı ordu əslində ordu sayılmaz.

    Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

    Ermənistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.
    loading...