Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Terror təşkilatları Azərbaycanın qonşuluğunda... - QORXUNC HESABAT
  • Saxta manatı əslindən necə fərqləndirmək olar?
  • Qonşuda xəbərdarlıq: Bu virusun yayılma riski böyükdür
  • 13 min nəfərə ŞAD XƏBƏR - Prezident 6,8 milyon manat ayırdı
  • Dilimizin Orfoqrafiya Normaları - Tam siyahı
  • Azərbaycan Daxili Qoşunları hazır vəziyyətə gətirildi
  • Putin Vahid Ələkbərovla görüşdü
  • Babadağda ölümə belə getdilər: Son anları... - Video
  • Pakistana 8 milyard ayrılır - Razılaşma
  • Alimlərdən SENSASİON KƏŞF: əvvəlcə heyvanlara yerləşdirəcək
  • Merkuri Günəşin qarşısını kəsəcək - Azərbaycanda da izləmək olar
  • Erməni veteran: Qarabağ heç vaxt bizim olmayıb – Müraciət
  • Vüqar Səfərli: "Məqsədimiz qəzetləri sıxışdırmaq yox, inkişaf etdirməkdir" - MÜSAHİBƏ
  • Dünya şöhrətli alim Azərbaycan Ordusunun hesabına 100.000 ABŞ dolları həcmində pul keçirib
  • Tarix İnstitutu Şaumyanla bağlı yeni faktlar aşkarlayıb - VİDEO
  • "Amazon" peyk üzərindən internetə çıxış üçün sistem yaratmağa hazırlaşır "
  • Gündemimiz hala seçim
  • Aprel döyüşlərinin yaşayan Qəhrəmanı.
  • Ermənistan Azərbaycana qarşı İŞİD-dən istifadə edə bilər - Politoloqdan AÇIQLAMA
  • Heyvanlar da qiyamət günündə diriləcəklərmi?
  • Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdü - FOTO
  • Amerikan nəşri azərbaycanlıların soyqırımından yazdı
  • Xocalı şəhidi Ələsgər Novruzov haqqında sənədli filmin təqdimat mərasimi keçirildi!
  • Uşaqlarına qarşı ən böyük CİNAYƏTLƏR: saatlarla məşq, cinsiyyət orqanını... - ŞOK
  • Son xəbər! 3 qızın lüt videosunu yayan şəxs saxlanıldı
  • 19 Mrt 2019, 08:46   
        38
    Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
    Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video

    Məşhur bir fikir var: Bir dəlilər, bir də ölülər öz fikirlərini dəyişmirlər.

    Amma yerdə qalan hər kəs bir vaxtlar üstündə qətiyyətlə durduğu fikri dəyişə, qızğınlıqla müdafiə etdiyi mövqeyi tərk edə bilər.

    XEBERTV.AZ Musavat.com-a istinadla xəbər verir ki, sabiq səhiyyə naziri Əli İnsanov da istisna olmadı, o da vəzifədən götürüldükdən və həbsxanaya salındıqdan sonra öz fikrini 180 dərəcə dəyişdi.

    Bir zamanlar o, müxalifətçiləri "Qərbin agentləri", "faşistlər" adlandırır, parlamentin tribunasından çıxış edərək onların güllələnməli olduğunu deyirdi. Bu gün Əli İnsanov özü Qərb demokratiyasından və insan hüquqlarından, haqsızlıqdan bəhs edir.

    Bu, paradoksal olduğu qədər də anlaşılandır. Çünki o vaxt nazir Əli İnsanov başqa bir mövqedəydi, iqtidar komandasının ən nüfuzlu beş adamından biriydi, müxalifləri komandasına və şəxsən özünə təhlükə sayırdı. Ancaq sonradan məlum oldu ki, onun üçün əsl təhlükə başqa yerdə gizlənirmiş - özünün hüdudsuz ambisiyalarından.

    Bəs hansı Əli İnsanov səmimidir: demokratları repressiya etdirmək istəyən nazir Əli İnsanov, yoxsa indi demokratiyadan danışan sabiq dustaq Əli İnsanov?

    İkisinin də səmimi olması qeyri-mümkündür. Ancaq ikisinin də qeyri-səmimi olması tamamilə mümkündür.

    Hər halda oxucu-tamaşaçılarımız bu videoya baxaraq, 15-20 öncəki və indiki Əli İnsanovlardan hansının daha səmimi olduğunu özləri ayırd edə bilərlər.



    loading...