Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 02 Mrt 2019, 15:49   
        215
    Yadplanetlilər Azərbaycanlı tələbəyə izləmə qurğusu yerləşdirdilər -ŞOK FOTOLAR

    Yadplanetlilər Azərbaycanlı tələbəyə izləmə qurğusu yerləşdirdilər -ŞOK FOTOLAR




    İki gün öncə o dünyanı görüb gəlmiş və gördüklərini moderator.az-ın oxucularıyla bölüşən Murad Həsənov adlı bir soydaşımızın məktubunu təqdim etmişdim (yazını bu linkdən oxumaq olar:
    moderator.az/news/159857.html

    Qeyd edim ki, Murad bəy həmin məktubunda yadplanetlilərlə əlaqəsindən və onu əməliyyat etmələrindən, üzərinə izləmə qurğusu yerləşdirmələrindən də bəhs etmişdi. Onun yazdıqlarının dəqiqləşdirib, doğruluğuna əmin olduqdan sonra bu mövzuda onunla olan söhbətimizi moderator.az-ın oxucularına təqdim edirəm:

    -Mn onları görmüşəm. Hətta onlar məndə müalicə də aparıblar. Məndə qaşınma cox olduğundan elə bilirdim ki, məndə alerqiya var. Qolumda, bədənimdə qızartılar, oval şəklində şişmələr olurdu. Bunu valideynlərim də bilirdilər. Bir gün yuxudan ayıldım hansı ki, bədənimdə şişlər var idi, orada əməliyyat aparılmışdı; yerində nəzərə çarpmayan şramlar qalmışdı. Amma, elə incəliklə əməliyyat edilmişdi ki, indiyə kimi valideynlərim də təəcüblü qalıblar. Və o gündən bəri məndə nə qaşınma, nə şiş, nə də qızartı yoxdur.
    Hətta, mənim uşaqlıqda anadangəlmə qrijam vardı, sallanirdi, sizdə məni üzürlü hesab eləyin, hər səhər ayılanda kompleks yaşayırdım. Həmin gun ayıldım ki, o da yoxdu.

    -Bunlar necə baş verdi? Gördüklərinizi, olanları ətraflı təsvir edə bilərsizmi?

    - Mən onlardan birinin ayağını gördüm dəli oldum, cox qorxurdum. Baxın, mən bunu izah edə bilərəm. Yatmışdım ağzı üstə və mən budilnik qurmuşdum telefonumda ki, səhər tezdən oyanıb insituta gedəm. Səhər üzü onlar peyda oldu başımın üstündə. Ultra səslə - göy ultra işıqla məni keyləşdirdilər. (“otkluçat” elədilər). Mən hərəkətsiz şəkildə donub qaldım. Amma, ən maraqlısı odur ki, gözüm, beynim işləyirdi. Və o anda həmin qəribə varlıqlardan birinin ayağını gördüm, üç dırnaqdan ibarət idi, iki dırnağının üzərində durmuşdu. Mən həm də rəssamam, onların ayaqlarının şəklini çəkim baxın:




    Boz dəriləri vardı, tükləri yoxdu. Sadəcə adi boz dəri kimi bir şey. Maraqlıdır ki, həmin vaxt budilnik çaldı, mən hərəkət edə bilmirəm. Bir an mən yuxuya getdim. Ayıldığımda budilniki söndrmək istədim və onlar yox idi. Sonra bədənimdəki şişlərin və qrijanın yox olduğunu gördüm. Əməliyyat etdikləri yerlərə diqqətlə baxanda zəif görünən izlər qalmışdı. Onlar da bir neçə gündən sonra yoxa çıxdılar. Indi məndən saglam adam yoxdu inanın.
    Mən onları dəfələrlə görmüşəm. Onlar mən ancaq tək olduğum otaqda və yalnız yatdığım vaxtı peyda olurdular.

    -Onlar səni nə vaxt əməliyyat etdilər?

    - Altı il bundan qabaq olub və əməliyyatdan sonra onları bir daha görmədim. Amma, onlar tərəfindən hər an izləndiyimi hiss edirdim. Sizə bir şey deyim: nə vaxt eyni otaqda kiçik qardaşımla yatanda stolun üstündə qab, stəkan özü-özünə yerə düşürdü və mən çox qorxurdum. Qardaşım da inana bilmirdi. Neçə dəfə qalxıb qabı yerdən götürüb yerinə qoymuşam.
    Hiss edirdim ki, məndə mikro cip var, yerləşdiriblər bədənimə, onunla izliyirlər məni. Amma, tapa bilmirdim izləmə qurğusunu. Üstündən bir neçə il keçdi, ayağımda dizdan aşağı, baldır tərəfdə dərimin altında balaca yumuru muncuq boyda bir şey məni narahat edirdi. Mən onu evdə hamıya göstərdim. Biz hazırlaşırdıq ki, həkimə göstərək. Səhərisi günü o balaca daş, yəni, mikro cip yoxa çıxdı və yerində zəif iz - şram qaldi. Bir neçə gündən sonra o şram da yoxa şıxdı.



    Ən maraqlısı odur ki, bir neçə ildən sonra - 2011-ci ildə qarşıma bir insan çıxdı və o mənə çox maraqlı şeylər danışdı. Məlum oldu ki, məndə baş verən şeylər o insanda da olubmuş. O, bir başqa varlıqdan olan qadın cinsində varlıq görübmüş və onda hissiyyat artımı olub. O, insana baxanda onun necə öləcəyini gorə bilirdi. Men ondan maraqlandım ki, mənə necə ölüm gorünür? O, belə cavablandırdı: sən infaktan oləcəksən. Amma demədi neçə yaşda. O insan məndən iki yaş kiçik idi. Mən onu itirdim, nə nömrəsinə zəng catmırdı, nə də özünü tapa bilmədim daha. Sanki o insan yoxa çıxdı.

    Sontalar bir sənədli filmə baxanda həmin gördüyüm varlıqların təsvirini gördüm orada. Onları görən başqa adamlar da eynən mənim gördüyüm kimi təsvir edirdilər. Filim bele adlanır: “Четвортый видь”. Bütün bunlar kimlərəsə fantastik görünə bilər, amma gerçəkdən bunları yaşamışam.

    - O gördüyünüz varlıqlar evə necə daxil olurdular?

    - Onlar evə çox sadə, sanki ruh kimi səssiz-səmirsiz daxil olurlar. Üzərlərində heç bir işıq yoxdur, bizim kimidilər. Amma, danışmırlar. Mənim qorxumu hiss edirdiler. Amma, məni anlayırdılar. Mən isə, onları anlamırdım, çünkü ünsiyyət yaratmadılar.

    Qeyd: soydşımızın 30 yaşı var. Türkmənistanın
    Tejen şəhərinin Sabik küçəsi, 52 saylı mənzildə yaşayır. Tikinti sektorunda çalışır.

    Paşa Yaqub ”“ Yazıçı-psixoloq
    loading...