Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 02 Mrt 2019, 11:15   
        68
     Elman və Elşad Məmmədovlar : “Seyidağa Mövsümlünün xocalıların üstündə böyük haqqı var!”

    Elman və Elşad Məmmədovlar : “Seyidağa Mövsümlünün xocalıların üstündə böyük haqqı var!”

    Xəbər verildiyi kimi, Azərbaycanın ilk hərbi tele-operatoru, ehtiyatda olan polkovnik-leytenant, II dərəcəli müharibə əlili Seyidağa Mövsümlü uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il iyunun 25-i gecə saatlarında dünyasını dəyişdi. Ertəsi gün onunla görüşə gələnlərin çiyinlərində son məzilə yola salınan cəsur döyüşçü S.Mövsümlüdən bizə xoş xatirələr qaldı.
    Seyidağa müəllim ali təhsillidir.1969-cu ildən ömrünün son vaxtlarınadək xırda fasilələrlə “Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkəti” QSC-də işləyib.Bir çox sənədli və bədii filmlərin, tamaşaların lentə alınmasında operator, quruluşçu operator, rejissor kimi fəaliyyət göstərib. Seyidağa müəllim 1991-ci ilin oktyabrında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar və könüllü olaraq Binəqədi rayon Hərbi Komissarlığına gəlib, ərizə ilə müraciət edərək yeni yaradılan Azərbaycan Ordusunun ilk “Şıxov briqadası”na üzv yazılıb. Bölük komandiri olaraq qanlı döyüşlərdə iştirak edib.1991-ci ilin dekabr ayının 19-da ayağından yaralanıb.Müalicə olunduqdan sonra fəaliyyətini yeni yaradılmış Müdafiə Nazirliyinin ilk hərbçi tele-operatoru kimi davam etdirib.
    S.Mövsümlünün atası Mirfəyyaz əmi Ucar rayonunda anadan olub, hazırda yaşayır. Anası-mərhumə Tovuz xanım əslən Qərbi Azərbaycandan idi.O, 2009-cu il martın 31-də, Seyidağa müəllimsə, Silahlı Qüvvələr günü dünyasın dəyişib. İyunun 26-da Buzovna kənd qəbristanlığında dəfn edilən cəsur komandirin döyüşçü dostları, tanınmış ziyalılar onunla bağlı öz xatirələrini bölüşdülər.
    Rey Kərimoğlu, “Qarabağ Qaziləri”ictimai birliyinin mətbat xidmətinin rəhbəri, “qaziler.az”saytının baş redaktoru:- Mən, Ağdamda, şəhid Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi hərbi hissədə xidmət etmişəm. Seyidağa müəllimi cəsur bir döyüşçü, vətən naminə misilsiz xidmətləri olan bir insan kimi tanıyıram. Biz hamımız Vətən yolunda çəkdiyi əzab-əziyyətlərin müqabilində Seyidağa müəllimə borcluyuq.
    Şamil Sabiroğlu, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi: -Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Seyidağa müəllimin müstəsna xidmətləri var.Mən Seyidağa müəllimlə birgə şərəfli döyüş yolu keçmişəm. O, son tikəsini dostuyla bölən, ətrafındakı insanlara daim arxa-dayaq olmağa çalışan bir insan idi. Həm 20 Yanvar, Şuşa, Laçın və Kəlbəcər faciələrinin, həm də Xocalı soyqırımının lentə alınmasında S.Mövsümlünün müstəsna xidmətləri var.Şahidəm ki, Seyidağa müəllim, Xocalı soyqırımı zamanı gördüyü erməni vəhşiliklərindən uzun müddət özünə gələ bilmədi və şəkər xəstəliyinə tutuldu.Təəssüf edirəm ki, ona sağlığında layiq olduğu qiymət verilmədi.
    Nəsiman Yaqublu, tədqiqatçı alim: Nədənsə Azərbaycan cəmiyyətində Seyiadağa Mövsümlü kimi insanlara layiq olduqları qiyməi verməyə tələsmirlər. Mən, 4 il öncə S.Mövsümlünün 60 illik yubileyilə əlaqədar ürək yazısı hazırladım, “525-ci qəzet”də çap etdirdim.İnanın ki, onun yubileyinin keçirilməsi kimsənin yadına düşmədi. Hətta, jurnalistlərdən heç kim bu qəhrəman döyüşçü haqda yazı hazırlamadı.
    Hacı Əkbər Rüstəmov, Ağdam rayonundan məcburi köçkün, şəhid atası: Seyidağa Azərbaycan xalqının qəhrəman oğludur. 1992-1993-cü illərdə Ağdam-Ağdərə-Tərtər istiqamətində gedən döyüşlər zamanı o, daim bizimlə birgə olardı.Son vaxtlar ağır xəstəliklə mübarizə aparırdı.Dilindən eşitmədim ki, bezmişəm, yorulmuşam.Daim söyləyirdi ki, "inşAllah, Qələbə paradında Sizinlə birgə olacağam."
    İbrahim Səfəroğlu, Azərbaycan Radiosunun əməkdaşı: Hər dəfə 1990-cı ilin qanlı Yanvar faciəsini xatırlayanda Seyidağa Mövsümlü düşür yadıma. Məlum olduğu kimi, o zaman Milli Tele-Radio Şirkətinin enerji bloku partladılmışdı. Onlar elə zənn edirdilər ki, Radionun da enerji bloku burdan qaynaqlanır.Biz, çox əzab-əziyyətlə radio ilə canlı efirə çıxdıq.İlk çıxış Seyidağa müəllim tərəfindən oldu.O,xalqı meydanlara çağırdı.Ertəsi gün mərhum Xalq şairi, Respublika Ali Sovetinin deputatı Bəxtiyar Vahabzadəni efirə çağırdıq. Bəxtiyar müəllim Bakı şəhərinin Hərbi Komendantı Dubinyakın əlini geri qaytardı, dedi ki, “Sənin əllərin mənim xalqmın qanına bulaşıb.”Dubinyak B.Vahabzadəni güllələmək istəmişdi.Üzünə demişdi ki, sənin toxunulmazlıq statusun olmasa, gülləyərəm.Bütün təhlükəli məqamlara baxmayaraq Seyidağa müəllim bizimləydi.
    Hacı Ədalət Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili:- Hərbçi tele-operator Seyidağa Mövsümlü kişilik məktəbi keçən oğullardan idi.O, daim qaynar nöqtələrdə olur, qanlı savaş meydanlarından maraqlı reportajlar hazırlayırdı. Qarabağlı və ağdamlı olaraq S.Mövsümlü ilə qürur duyuram.
    Nizami Abbas, kino-rejissor: - Seyidağa qorxu nə olduğunu bilməyən bir insan idi. O, heç zaman haqsızlıqla barışmazdı.Onunla birgə çalışdığım illərdə həmişə insani keyfiyyətlərinin şahidi olmuşam.
    ...Dəfn mərasimindən öncə söhbətləşdiyimiz şəxslərdən şair-bəstəkar və həkim Şahin Musaoğlu,Qarabağ qaziləri Köçəri Bədəlov, Cavanşir Osmanov, tanınmış jurnalistlər Üzeyir Cəfərov, Ədalət Teymurlu, Xocalı sakini, müharibə əlili Oqtay Abdullayev, Xocalı rayonunun Kərkicahan qəsəbəsindən məcburi köçkün, müharibə veteranı Nazim Hüseynov və başqaları da operator Seyidağa Mövsümlünün Vətənin rifahı naminə çəkdiyi əzab-əziyyətlərin dövlət səviyyəsində qiymətləndirilməsinin zəruriliyindən danışdılar. Dəfn mərasimindən öncə uzaq Litvadan gələn zəng, eyni zamanda Milli Məclisin deputatı Elman Məmmədov və onun oğlu, hüquq-mühafizə orqanlarında çalışan Elşad Məmmədovun dedikləri qəlbimizi riqqətə gətirdi. Litvalı jurnalist Riçard Lapaitis 26 il öncə Xocalı soyqırımı zamanı S.Mövsümlü ilə tanış olduğunu qeyd etdi və Azərbaycan xalqına başsağlığı verdi. Xocalı sakini, məlum soyqırım zamanı bir çox doğmalarını itirmiş deputat Elman Məmmədov və oğlu Elşad isə dedi:- “ Seyidağa Mövsümlünün xocalıların üstündə böyük haqqı var!”
    Şamil Sabiroğlu,
    Şamilə Şamilqızı.
    “fact-info.az” və “xebertv.az” saytlarının xüsusi müxbirləri.
    Bakı, 26.06.2018.
    loading...