Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 27 Şub 2019, 00:13   
        64
    Şamaxıda Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir


    XEBERTV.AZ xəbər verir ki, Şamaxı şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
    Şamaxıda Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir
    2019-02-26
    Xalqımızın tarixinə qanla yazılmış Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da Şamaxıda faciə qurbanlarının xatirəsi anılmışdır.

    Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının kollektivləri, ərazi icra nümayəndələri və ictimaiyyət nümayəndələri tərəfindən Soyqırımı abidəsi ziyarət edilmiş, abidənin önünə tər qərənfillər düzülmüşdür.

    Tədbir Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində davam etdirilmişdir. İştirakçılar əvvəlcə Xocalı faciəsini əks etdirən rəsm sərgisinə baxmış, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək bu günün tarixinə nəzər salmış, insanlıq sifətini itirmiş ermənilər tərəfindən törədilmiş bu faciənin təkcə azərbaycanlılara qarşı deyil, həm də bütün bəşəriyyətə yönəlmiş qanlı cinayət olduğunu diqqətə çatdırmışdır.

    Bildirilmişdir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qaydışından sonra Xocalı facəsinə siyasi-hüquqi qiymət verildi. Daha sonra 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olundu, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev soyqırım faktının beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi üçün ardıcıl iş aparır. Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kompaniyası bütün dünyanın diqqətini bu faciənin ədalətli qiymətləndirilməsinə yönəltdi. Natiq çıxışının sonunda bir daha qeyd etmişdir ki, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayət xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır.

    Daha sonra tədbir Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbələrinin və şəhər Məhəmməd Hadi adına 9 saylı tam orta məktəb şagirdlərinin hazırladığı “26 fevral Xocalı faciəsi uşaqların gözü ilə” mövzusunda ədəbi-bədii kompazisiya ilə davam etmişdir.mənə İcra hakimiyyətinin satyı
    loading...