Xəbər lenti
Axtar
Ən çox oxunan
  • General Həşimovu vuran kapitan Milli Qəhrəman adına təqdim olundu...
  • TƏCİLİ: Eldar Həsənov məhkəməyə gətirildi
  • Mikayıl Cabbarov "Yerusəlim Post"a yazdı
  • Düşmənin istənilən hərbi təcavüzünün qarşısı qətiyyətlə alınacaq
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • 21 Şub 2019, 17:20   
        416
    ... Amma biz də durmayacağıq

    ... Amma biz də durmayacağıq
    TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları Azərbaycan respublikasından Türkiyəyə tədbirə gələn Aybəniz Qaragilə Qafarlı və Almaz İlahə Əhmədovadır.
    ... Amma biz də durmayacağıq

    Sevda Mirzə (müəllif): TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları Azərbaycan respublikasından Türkiyəyə tədbirə gələn Aybəniz Qaragilə Qafarlı və Almaz İlahə Əhmədovadır.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Azərbaycandan qucaqdolusu salamlar gətirmişik TRT kanalına və bütün əməkdaşlarına. Hər birinizə təşəkkür edirik bizə göstərdiyiniz diqqətə görə.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): Mən də Türkiyəyə qardaş Azərbaycandan çox böyük salamlarla gəlmişəm. Ankara Sənət Platformasının sədri Sultan Özateşin dəvətilə Azərbaycan mediasını təmsil etmək üçün burada idim. Biz Azərbaycan respublikası, dövlət və dövlətçiliyinin qorunması üçün əlimizdən gələn xidmətləri bir yazar olaraq edir və bunları qardaş Türkiyədə də təqdim etmək istəyirik.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Mən 2003-cü ildən beynəlxalq “Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoruram. Qəzetimizin məqsədi bütün türk dövlətlərinin, harada bir türk varsa, onun ağrısını, acısını, ta əskidən zaman-zaman başına gələnlərin hamısını yayınlamaqdır. Biz ən çox üstünlük veririk türklərin harada, nə qədər terrorlarla, erməni təcavüzü ilə üz-üzə qaldığına. Bu işi bir neçə dildə görürük, dünya ictimaiyyətinə çatdırmaq üçün. Bu gün biz yazarlar gerçəklikləri, mühüm qeydləri məqalə və şeirlərdə yazmalıyıq ki, gələcək tarix yazanlar götürüb istifadə edə bilsin. Yəni mənbə rolunu oynamaq lazımdır.

    Müharibə iki cür olur: biri silah, biri informasiya ilə. Bu gün zəmanəmizdə ən böyük savaş informasiya müharibəsidir. Biz qələm sahibləri, kim nə qədər bacarırsa, xalqımızın, millətimizin, bütün türklərin ağrı-acısını informasiya ilə bir-birlərinə ötürməli və dünya ictimaiyyətinə çatdırmalıdırlar. Düşmənlərin insanlıqdan kənar əməllərini göstərməli, çatdırmalıyıq ki, hər kəsin xəbəri olsun.

    Mən həm də “Turana açılan könüllər” ədəbi məclisinin sədriyəm. Demək olar ki, Turana gedən yolun bir qapısını mən açdım. Ürəyində, könlündə Turan sevdası, türk sevdası, türkçülük sevdası olanların hamısını bu qapıda gözləyirəm.

    Sevda Mirzə (müəllif): Yəni bütün türksoylu xalqlar arasından milli insanları öz ətrafınızda toplamaq istəyirsiniz. Bu yerdə bunu xatırlatmağı vacib bilirəm. Türkçülük, turançılıq ideyasının müəllifi İsmayıl bəy Qaspiralı sayılır. Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevin qələmində isə bu ideya ən yüksək zirvəsinə çatdı. Türkiyə Cümhuriyyətinin türkçülük ideologiyası rəhbəri Ziya Gökalp öz xatirələrində yazırdı ki, “Mən türkçülük, turançılıq nədir, onu Əli bəy Hüseynzadənin məqalələrindən öyrəndim və mənimsədim. Gördüm ki, Türkiyənin qurtuluşu məhz bu türkçülük ideologiyasındadır”.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Əlin bir barmağını qırmaq çox asandır. Amma barmaqlar birləşib yumruq olanda onu qırmaq olmaz. Mən istəyirəm ki, bütün türk dövlətləri bir olsunlar, bir-birinin arxasında dursunlar. Məsələn, mən “Turana açılan könüllər” antologiyasının artıq iki cildini buraxmışam, üçüncü cildinə hazırlaşıram. Çox çətinlik çəkirəm. Elə türk dövlətləri var ki, bir-birimizi anlamırıq. O kitabın ön sözündə də yazmışam: “Bütün türk dövlətlərinin dilçi alimləri bir araya gəlsin, toplansın, bir masa arxasında ortaq qərara gəlsinlər ki, həriflərimiz eyni olsun, beynəlxalq türk dili yaransın və biz bir-birimizi anlaya bilək, fərq eləmir hansı türk dövlətinin dili əsas götürüləcək.

    Sevda Mirzə (müəllif). Hələ də ərəb və kiril əlifbalarında qalan, yazan türklər və türkcələr var. Tatarların özü belə bu gün 2 qrafikada yazır: latın və kiril əlifbası ilə.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Məsələn, mən Kərkük hadisələrini izləyirəm. Orada bir partlayış törədildiyini şəkildən, səsdən anlayıram, amma haqqında olan məlumatları oxuya bilmirəm. İçim parçalanır ki, görəsən, nə yazırlar burada? Mən istərdim ki, ortaq hərflər, ortaq dil ilə beynəlxalq türk əlifbası olsun.

    ... Amma biz də durmayacağıq

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): Aybəniz xanım çox aktual mövzuya toxundu. Həqiqətən də bu, türk dünyasına lazımdır. Doğrudan da biz br-birimizi tam şəkildə anlaya bilmirik. Ədəbiyyatımızı, xəbərlərimizi istədiyimiz kimi mənimsəməkdən uzaq düşürük.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Bizim bir-birimizin arxasında durmağımız, bir-birimizə informasiya ötürməyimiz üçün mütləqdir ki, bir ortaq əlifbamız olsun.

    Sevda Mirzə (müəllif): Azərbaycan və Türkiyə türkcələri arasında o qədər də böyük fərq yoxdur. Bəzi sözlərin cümlədə işlənmə yerləri fərqlidir. Azərbaycan dilində 32 hərfin olması, bundan artıq səslərin mövcudluğu həm bizə başqa dilləri öyrənməkdə rahatlıq yaradır, həm də dilin bütün incəliklərini də qorumağa kömək edir. Başqa türk dillərində, bilirsiniz ki, hərf əskikliyi də var, bu da işə maneə törədən səbəblərdən biridir. İnşaallah, arzularımız gerçəkləşər. Məncə, hələ də böyük və böyük düşmənlərin əlinin altında işləyən kiçik düşmənlər hər vasitə ilə buna mane olmağa çalışır.

    Birinci Dünya Müharibəsində böyük qüvvələrin məqsədlərindən biri Yer üzündə bir türk dövlətinin qalmaması idi. Amma nə oldu? Birinci Dünya Müharibəsi sona çatar-çatmaz bir neçə türk dövləti yarandı: Azərbaycanda Şərqin ilk demokratik respublikası quruldu, Türkiyə cümhuriyyət oldu, Rusiya ərazisində türk müxtariyyətləri çoxaldı və s. Artıq bu gün 7 tam müstəqil türk dövləti var və yenə neçə-neçə türk muxtariyyəti var. Bütün bunlar nəyin nəticəsi idi? - 100-150 il qabaq sizin kimi ziyalıların fədakarcasına səylərinin. Bugünkü fəaliyyətlər də bir gün öz nəticəsini verəcək: beynəlxalq ortaq türk dili olacaq. Bu qədər zəhmət ola bilməz boş getsin.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Bir türk öldürülsə, yerinə min türk doğular. İnanıram ki, elə bir zaman gələcək dünyaya türklər başçılıq edəcək.

    ... Amma biz də durmayacağıq

    Sevda Mirzə (müəllif): Əslində bütün ideologiyaların əsası kimlər tərəfindən qoyulur? - Qadınlar və analar tərəfindən. Bir ana öz övladını necə tərbiyə edirsə, o insanlardan biri gələcək nəsillərə rəhbər olur.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): Düzdür, qadınların üzərinə daha böyük məsuliyyət düşür. Qadın nə qədər zərif məxluq olsa da, bir o qədər böyük qüvvədir. Qadın həm anadır, həm həyat yoldaşıdır. Tarixlərimizə baxaq. Yenilməz Tomrisimiz, Sara xatunumuz, Həcərimiz, Nigarımız kimi yüzlərlə qəhrəman qadınlarımız var, saymaqla bitməz.

    Mən 2017-ci ilin 9 oktyabrında da Ankaraya gəlmişdim. O zaman Türkiyə Böyük Millət Məclisində oldum. Şəhid analarının səsini çatdırmaq istədim Türkiyəyə.

    Bizim düşmənlərimizin təkcə Azərbaycana deyil, bütövlükdə türk dünyasına qarşı törətdikləri terrorlar göz önündədir. Bunu kimlərsə bu gün siyasi yolla, fərqli şəkildə gündəmdən yayındıra bilər, amma tarix göstərir ki, erməni vandallarının türk dünyasında törətdikləri terrorların sayı-hesabı yoxdur. Buna baxmayaraq, müxtəlif qüvvələr onların lobbisini dəstəkləyir. Amma biz də durmayacağıq. Mən anaların üzərinə düşən məsuliyyətdən söz açıram bir əsgər anası kimi. Bir Azərbaycan xanımı olaraq Türkiyəyə Ankaraya ilk gəlişim anaların səsi, türk dünyası şəhid analarının bir araya gəlməsilə bağlı oldu. Şükürlər olsun ki, atdığım addımlar nailiyyətlərə yol açır. Aybəniz xanımla birlikdə Ankarada yerləşən Şəhid Ailələri Cəmiyyətinin sədri Gülşah xanımla görüşdük. Artıq çox böyük layihələrə Allahın izni ilə imza atacağıq: bizim qəhrəmanları dünyaya gətirən anaları türk dünyasında bacardığımız qədər tanıdacağıq.

    Sevda Mirzə (müəllif): Bu mövzuda şeirlərinizdən birini bizə oxumanızı xahiş edirik.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): Təqdim edəcəyim şeirimin adı belədir: “Bağışla, Vətən”.

    Mən doyunca qucağında yatmadım:

    Uzaq oldum, harayına çatmadım,

    Bir ox kimi min düşmənə batmadım.

    Bağışla, Kəlbəcər, Laçın, Ağdərə.

    Bağışla, zəhmətim gedib hədərə.

    Qoynunda ana yurdun virandı.

    Qarabağın torpaqları talandı.

    Sinəm üstə od-alovlar qalandı.

    Bağışla, Xocalı, Əsgəran, Ağdam,

    Bağışla, ala bilmədim qadam.

    Dərd çəkməkdən qara gəldi gözümə.

    Bu dərdini dərd eylərəm özümə.

    Günahkarıq, necə baxaq üzünə?

    Bağışla, Cəbrayıl, Qubadlı, Şuşam,

    Bağışla, ölmədim, ürəyi daşam.

    Bu dərdi taleh mi bizə göndərib?

    Biz doğma torpaqda olmuşuq qərib.

    Dərd də qanadını üstümə sərib.

    Bağışla, Füzuli, Zəngilan, anam,

    Bağışla, Vətəndə ölmədim qalam.

    Sevda Mirzə (müəllif): Təşəkkür edirik, Almaz xanım, şeiriniz bizi çox kövrəltdi.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): Bəzən biz yazarlar hansısa mövzuya toxunanda o saat soruşurlar: “Siz bu hissləri yaşayaraqmı yazdınız?” Qarabaq torpağı, Azərbaycanın harasında doğulmaqdan asılı olmayaraq, hətta Özbəkistanda və ya Qazaxıstanda anadan olmağa baxmayaraq, türk olan, türkü sevən hər kəsin qəlbini ağrıdır. Çünki türkün zəngin torpaqları hansısa vandalların əsarəti altında inləyir. Bu, bizim çox ağrılı yerimizdir. Ona görə mən işğal altında olan bütün torpaqlarımıza ayrı-ayrılıqda şeir həsr etmişəm. Laçından yazdığım şeirlə bağlı “Siz laçınlısınız? Bu yanğı ilə yalnız Laçından olan yaza bilər” deyiblər. Ağdam, Füzuli, Qubadlı haqqında da belə. Bir gün qərara gəldim ki, elə bir şeir yazım, orada işğal olunan bütün yerlərimizin adları əks olunsun. Demək istədim ki, mən Azərbaycanın hər qarış torpağındanam. Hətta özümü türk dünyasının hər qarışından hesab edirəm. İnanıram ki, tezliklə, Allahın izni ilə, iki dövlət, bir millət olaraq biz bu bəladan xilas olacağıq.

    Qarabağ hər birimizin ağrılı mövzusudur. Ermənilər nəinki vandal, öz məqsədlərini həyata keçirmək üçün hər dona girməyi bacaran tülküdürlər. Sosial şəbəkədə də çox əziyyət çəkirik. Bizim silahımız qələmimizdir: xəbərlərlə çalışmaq, qəzetdə, mediada olmaq, onlarla mübarizəni bu yolla davam etdirmək. Bu gün Aybəniz xanım aktual mövzuya toxundu: Turana açılan könüllər. Bu yolun özündə də böyük bir mübarizə var. Qarabağ onun bir parçasıdır.

    Aybəniz Qaragilə Qafarlı (“Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru): Xoşbəxtəm ki, Allah həmişə məni elə insanlarla rastlaşdırır ki, onlar mənə yol açırlar.

    “Türk dünyası” qəzetimi açarkın rus dilində olan səhifəmdə “Erməni kimdir?” rubrikası açmışdım, yazırdım. O rubrikada ermənilərin pis əməllərini o qədər göstərdim ki, o qədər düşmən qazandım ki, məni öldürməyə cəhd etdilər. Bunu da qeyd edim ki, mən müharibə gedən bölgələrdə hərbi müxbir də olmuşam.

    Türkiyədə Sultan Özateşə münnətdaram ki, “Turana açılan könüllər” kitabının 1 və 2-ci cild almanaxının Ankarada təqdimatına ev sahibliyi etdi, mənimlə gələn qonaqlarıma ziyafət verdi, hər birinə iştirak mükafatı təqdim etdi. Bunlar elə-belə başa gəlmir. Ona görə də mən Sulatn Özateş və həyat yoldaşı Ərtoğrul bəyə təşəkkür edirəm.

    Mən inanıram ki, biz qalib gələcəyik, zəfər çalacağıq. Ümidim var ki, nə zamansa bu qələbə olacaq.

    Bir şey də deyim. Bəzən otururam şeir yazmağa. Sevgidən başlasam da, axırı gəlib Qarabağda bitir. Demək, elə ən böyük sevdam Qarabağdır. Məsələn, sosial şəbəkələrdə 14 fevral Sevgililər Günü ilə bağlı sevgi şeirləri paylaşırlar. Mən də həmin günü ən böyük sevgim Qarabağdan paylaşıram. O zaman bayram edəcəyəm ki, mən öz sevgilimə, torpağıma, Qarabağıma, Şuşama qovuşacağam. Bu gün də TRT “Türkiyənin səsi” radiosuna gələrkən istəyirdim burada sevgi şeiri deyəm, amma yenə deməyim gəlmədi. Çünki içimdən Qarabağ keçir, torpaq ağrısı keçir.

    Elə çalma, a qardaşım,

    Əllərində tel ağlayır.

    Ağlatma, gəl, Kərəmini,

    İndi oba, el ağlayır.

    Xəzan olmuş bağça-bağım,

    Külü qalmış od-ocağım.

    Zəngəzurum, Qarabağım,

    Çəmən, çiçək gül ağlayır.

    Qərib oldu Göyçə gölüm.

    Yandı fələk, içim, çölüm.

    Budur nisgil, budur zülm.

    Ay dolanır, il ağlayır.

    Gözü yaşlı əsir Şuşam,

    Xocalım, of, qəlbi daşam,

    Gədikləri səndə aşam,

    İz gözləyir, yol ağlayır.

    Şəhidlərim düzüm-düzüm

    Mən bu dərdə necə dözüm?

    Kor olaydın, görən gözüm,

    Saç yolunur, dil ağlayır.

    Dur, qardaşım, bir cəngi çal,

    Bu qisası yağıdan al! Çal, elə çal,

    Sevincindən el ağlasın.

    Bəsdir, yetər el ağlasın.

    Bu gün bədbin notlara yüklənsək də zəfər çalacağımıza inanıram. Biz öz torpaqlarımızda öz cəngimizi çalacağıq. Qarabağdan təkrar Azərbaycan bayrağını asacağıq.

    Baxın, Azərbaycan neçə yerə parçalanıb? Bir tərəfdən Borçalı, bir tərəfdən Cənubi Azərbaycan, bir tərəfdən Dərbənd, bir tərəfdən Qarabağ gedib, dərdləri içimizdə qalıb. Hətta İrəvan da bizimdir. 100 illik onlara icarəyə verilmişdi, çünki Azərbaycanı məcbur etmişdilər ki, onlara sığınacaq versinlər. Beləcə, Azərbaycan parçalanıb zaman-zaman. Mən bütün türkləri, bütün Azərbaycan xalqını, könlündə, qanında türk qanı axan hər bir insanı, istər qadın olsun, istər kişi, 7-dən 77-yə hər kəsi əl-ələ verib torpaqları uğrunda qanından, canından keçməyə - mübarizəyə çağırıram.

    Sevda Mirzə (müəllif): İllər əvvəl xaricdə Azərbaycanla bağlı növbəti qurultay keçirildi. Bir təbrizli yaşlı adam dedi: “Mən çox təəccüblənirəm. Şimali Azərbaycan bu qədər yerə parçalandığı halda 52 nəfər birləşərək 1918-ci ildə Azərbaycan adlı bir cümhuriyyət yaratdı və dünyaya tanıtdı”. Bəli, sələflərimiz dövlətimizi yaratdı, xələflərimiz də o parçalanmış torpaqları geri gətirər. Ümid və inamı heç zaman itirmirik.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): 2018-ci ili 24 dekabrı bizim cənab prezidentimiz İlham Əliyevin doğum günüydü. Yüzlərlə, minlərlə insan prezidentimizi təbrik etdi. Mən də fərqli arzu ilə müraciət etdim cənab prezidentə. Təbrikimdə hər kəs kimi can sağlığı arzularından sonra yazdım: “Tarixi Qarabağda zəfərilə yazılsın 58 yaşın”. Yazını oxumadan, sadəcə başlığı görən kimi mənə yazdılar ki, “Prezidentimizin 58 deyil, 57 yaşı olur”. Mən də dedim: “Bilirəm ki, cənab prezidentin 57 yaşı olur. Amma mən 58 yaşında ona Qarabağda zəfər çalmasını arzuladım”. Yəni 2019-cu ildə cənab prezidentimizə 58 yaşını Qarabağda keçirməsini arzuladım.

    Sevda Mirzə (müəllif): Dünyanın hər yerində yaşayan azərbaycanlıya o gün nəsuib olsun, inşaallah və ad günlərimizi, ən xoş günlərimizi Qarabağda keçirək.

    Almaz İlahə Əhmədova (Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri): O qələbə qazanılarsa, bütün türk dünyası o zəfəri qeyd edəcək.

    Sevda Mirzə (müəllif): Studiyamıza gəldiyinizə və gözəl söhbətinizə görə hər birinizə təşəkkür edirik.

    Etiketlәr: Sevda Mirzə (müəllif) , Dünya Jurnalistlər Birliyi Xəbərlər Portalının rəhbəri , Almaz İlahə Əhmədova , “Türk dünyası” qəzetinin təsisçisi və baş redaktoru , Aybəniz Qaragilə Qafarlı , TRT “Türkiyənin səsi” radiosu və TRT Azərbaycan saytının qonaqları.
    http://www.trt.net.tr
    loading...