Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • 17 Şub 2019, 20:53   
        171
    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb

    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb

    Beyləqan, 17 fevral,

    Xocavənd rayonunun Qaradağlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayətindən 27 il keçir.

    XEBERTV.AZ -bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar Beyləqan rayonu ərazisində məskunlaşan xocavəndli məcburi köçkünlər Yeni Qaradağlı qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər. Qaradağlı kəndinin sakinləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, keçmiş döyüşçülər, N saylı hərbi hissənin zabit və əsgərləri abidə kompleksi önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.

    Qəsəbədəki mədəniyyət evində davam edən tədbirin iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Soyqırımı: Qaradağlı” filminə baxıblar.

    Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Qaradağlı kənd sakinləri çıxış edərək 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərinə baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən, erməni hərbi birləşmələrinin 27 il əvvəl Qaradağlı kəndində törətdikləri vəhşiliklərdən, kəndin özünümüdafiə dəstəsinin düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparmasından danışıblar.

    Bildirilib ki, Qaradağlı sakinləri ermənilərə qarşı inadla müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda sonadək döyüşüb, şəhidlər veriblər. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak ediblər.

    Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 14-də erməni quldurları Xankəndidə yerləşən sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə edərək qədim Azərbaycan kəndi olan Qaradağlıya hücuma keçiblər. Kənddə olan 104 sakin və 14 əsgər sonuncu gülləyə qədər dörd gün düşmənlə mübarizə aparıb. Fevralın 17-də silah–sursatı tükənən soydaşlarımız sonda ermənilər tərəfindən əsir götürülüb, kənd işğal edilib. Əsir götürülən kənd sakinlərinə işgəncələr verilib, onlardan 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad olunub. Azad olunanların 5-i qadın olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

    Qaradağlı kəndində 91 nəfər - kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21-i ahıl və qocalar, 10-u qadın, 8-i məktəbli olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 yaşayış evi, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və digər sosial obyektlər dağıdılıb. Kəndin 800-dək sakini məcburi köçkün vəziyyətinə düşüb.

    Tədbirdə vurğulanıb ki, bu gün bizim ən müqəddəs vəzifəmiz işğal altındakı torpaqlarımızı azad etməkdir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək intizamlı, işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir ordu formalaşıb.

    Çıxışlarda hazırda işğal altındakı torpaqlarımızın Azərbaycan Ordusunun qüdrəti, Prezident, Ali Baş komandan İlham Əliyevin qətiyyəti sayəsində azad olunacağına əminlik ifadə edilib.

    Sonra Qaradağlı faciəsi qurbanlarının xatirəsinə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
    Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
    loading...