Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 02 Şub 2019, 20:45   
        58
    Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert

    Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert

    "DYP əməkdaşını iş başında videoya çəkənlərlə bağlı bir məlumat yayılmışdı. İlk variantda bu sadəcə xəbərdarlıq kimi idi ki, bu üsulla DYP əməkdaşlarına maneə olmayın, məsuliyyətdən yayınmaya çalışmayın və s. İndi baxıram, bəziləri bir az qabağa gedib yazırlar ki, guya buna görə cərimə də var "

    XEBERTV.AZ Ucnoqta.az -a istinadən xəbər verir ki, bu sözləri hüquqşünas, nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bilidirib. Ekspert bu barədə dəfələrlə danışıldığını deyir: "Bu barədə dəfələrlə danışmışıq. Qısaca deyim ki, DYP əməkdaşı saxlayarkən onu və baş verənləri videoya çəkmək və yaymaq qadağan deyil, buna görə heç bir cərimə də nəzərdə tutulmur. Əsas odur ki, intizamlı olun, qaydaları pozmayın, polis işçisinin forma və məzmunca qanuni fəaliyyətinə mane olmayın, yenə də forma və məzmunca qanuni göstərişlərini icra edin... Çəkilişə görə heç kəs sizə irad tuta bilməz, tutsa da, bu qanunsuzdur".

    Ərşad Hüseynov qeyd edir ki, rəsmi şəxslər bunun tam əksini təbliğ etsələr, yəni sürücüləri videoqeydiyyatçıdan geniş istifadəyə səsləsələr daha yaxşı olar: "Şəffaflaşmaq lazımdır, şəffaflıqdan qorxmaq yox.
    Əvvala, YPX haqqında Təlimatda var ki, hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan mikrafon olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır. Deməli, qanunvericilik özü maksimal şəffaflıq tələb edir.

    İkincisi, dünyanın bəzi ölkələrində artıq rəsmilər tərəfindən belə fikir səslənir ki, videoqeydiyyatçı avtomobillrin məcburi təchizat avadanlığına çevrilsin, yəni zavoddan bütün avtomobillərə videoqeydiyyatçı qoyulsun. Bu, ilk növbədə polisə və digər hüquq-mühafizə orqanlarına lazımdır ki, mümkün hüquqi məsələləri həmin videogörüntü əsasında daha tez, çoxlu istintaq və prosessusl hərəkətlər icra etmədən və ən başlıcası daha dəqiq həll etmək olsun.

    Ücüncüsü də ki, bu videolar ictiami nəzarətdir, əməkdaşın peşəkarlığını qiymətləndirməkdə gözəl üsuldur. Xeyli hallarda elə şikayət edən sürücünün özünün təqdim etdiyi videogörüntülər əsasında onun qayda pozub-pozmadığını da rahatca aydınlaşdırmaq olur. Qayda pozanlara həm də səhvlərini izah etmək olar.

    Belə olan halda "Videoqeydiyyatçını yığışdırın!" yox, "Videoqeydiyyatçıdan geniş istifadə edin!" demək lazımdır. Məncə, XXI əsrin ikinci onilliyinin sonunda şəffaflaşmaqdan yaxşı şey yoxdur..."
    loading...