Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 02 Şub 2019, 08:21   
        54
    Insanlar ayıq olsalar –  zalımlar zülm edə bilməz...

    Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
    Zalımların zülmləri İlahi iradəyə söykənə bilərmi?..
    Məsumlarımız (ə) buyurur ki, hər bir millət malik olduğu hökumətə layiqdir.



    Dünyada baş verən bütün dəyişikliklər Uca Allahın iradəsi sayəsində baş verər. Qurani-Kərim bu haqda buyurur: “De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).




    Bəli, bu Allahdır ki, kimə istəsə qüdrət verər, kimdən istəsə onu alar. Məsləhət bildiyinə izzət verər və məsləhət bildiyini zəlil edər.



    Allahın iradəsi səbəbsiz deyildir. Yaradanın hikməti əsasında, insanlığın mənfəəti üçündür. Onun yerinə yetirdiyi hər bir iş – ən gözəl işdir.



    Ancaq burada bəzilərində belə bir sual meydana gələ bilər ki, hər kim hakimiyyətə çatar və ya ondan süqut edər – bu, İlahi iradənin nəticəsindədirmi? Halbuki, onun nəticəsi zalım insanların sayəsində baş verər.



    Əgər tarixə nəzər salsaq, görərik ki, Yezid ibni Müaviyyə (lən) nə qədər kəbirə günaha batmış, nə qədər qətllər törətmişdir və öz cinayətlərini həyasızcasına həmin ayəyə istinad kimi vermək istəmişdi.



    Bu, əslində necədir?

    Bu sualın cavabında gərək deyək ki, bu ayənin ümumi bir mənası vardır və o da budur ki, bütün yaxşı və pis hökumətlər Allahın iradəsi əsasında olur – amma hamının başa düşdüyü mənada yox. Bir şərti dərk etmək lazımdır ki, Uca Allah dünyanın inkişaf etməsi üçün silsilə amillər xəlq etmişdir. Bu amillərdən istifadə etməyin özü – həmin İlahi iradədir.



    Yəni, Allah Təala müəyyən səbəb-nəticə qanunauyğunluğunu yaratmışdır və hamı, o cümlədən zalımlar, bu qanunauyğunluqlardan istifadə edərək, müəyyən nəticələr hasil edə bilərlər.



    Allah Təala bu dünyanı imtahan dünyası olaraq qərar vermişdir və insanlar bu İlahi qanunları necə tətbiq edirlər – bu mövzuda insanların seçim azadlığı və muxtariyyəti var. Və insan bu seçiminə görə, niyyətinə görə, əməlinə görə Allah qarşısında cavab verəcəkdir.



    Ona görə də Allahın iradəsi deyildikdə, yəni müəyyən amillərin təsiri nəzərdə tutulur. Əgər zalım insanlar: Yezid (lən), Çingizxan, Firon, Hitler kimilər – bu amillərdən öz niyyətləri üçün istifadə edərlərsə və müəyyən nəticə əldə edərlərsə, bu, onların əməllərinin nəticəsi olar, İlahi iradənin deyil. (Tebyan)



    Məhz ona görədir ki, Məsumlarımız (ə) buyurur ki, hər bir millət malik olduğu hökumətə layiqdir.



    Ancaq əgər insanlar ayıq olsalar, o amillərdən zalımların istifadə etməsinə imkan verməsələr – ədalətli cəmiyyət meydana gələr. Bunun özü də həmin o insanların əməllərinin nəticəsi olar. Ona görə də məqsəd, bu İlahi amillərdən hansı hədəf üçün istifadə olunmaqdan asılıdır.



    Həqiqətdə bu ayə insanları qəflətdən ayıltmaq istəyir. Buyurur ki, qələbə amillərindən bəhrələnməyi öyrənsinlər. Əgər onlara zalım insanlar hakim olmaq istəsələr, buna imkan verməməyi bacarsınlar.



    Xülasə, Allahın iradəsi – həmin səbəblər və amillərdir. Ondan necə istifadə etməyimiz isə bizim özümüzdən asılıdır.



    /Deyerler.org/
    loading...