Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Dinozavrlar hələ də yaşayır? - Şok sübutlar
  • "Ağdamlıların yox, hamının müharibəsi - gecənin yaratdığı ovqat..."
  • Gənclər Ağdama getdi: Döyüşə girmək istəyirik! – Foto
  • Müdafiə Nazirliyi şəhidlərimizin adlarını açıqladı
  • Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - FAKTLAR
  • Rusiyalı həkimlər Azərbaycana gəlirlər
  • Dünyanı gələcəkdə gözləyən qarşısıalınmaz təhlükə - 11,2 milyard insan...
  • Arazın suyu mədə xərçənginə səbəb olur - Şok
  • Nazirlik əhaliyə bildirişlər göndərməyə başladı
  • Balansını artır, Azercell-dən “Umico”ya ikiqat keşbək qazan!
  • Kasıb ölkələrdəki insanlar öləcək? Dözülməzdir - Prezident
  • AZƏRBAYCANIN CƏSUR OĞULLARI HEÇ VAXT UNUDULMUR
  • Karantin nə qədər davam edəcək?.. - Prezident
  • 2021-də yaşanacaq fəlakətlər göstərildi... - Video
  • Görür: Bu şəhərlərdə güclü zəlzələlər olacaq
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • 28 Oca 2019, 08:14   
        328
    Bu ölkələrdə qadınlar evlənməyə kişi tapmır - Siyahı
    Bu ölkələrdə qadınlar evlənməyə kişi tapmır - Siyahı

    Dünyanın bəzi ölkələrində qadınların sayı kişilərin sayından dəfələrlə çox olduğundan və ya müxtəlif səbəblərdən qadınlar evlənməkdə çəkinlik çəkirlər.

    XEBERTV.AZ Qaynarinfo.az-a istinadla həmin ölkələrin siyahısını təqdim edir.

    Avstraliya

    Avstraliyanın böyük şəhərlərində beş qadına bir kişi düşür. Bu səbəbdən avstraliyalı qadınlar xarici kişilərin ölkəyə gəlməsini istəyirlər. Tarixin kişi sayı ən az olan ölkəsi adlandırıla biləcək Avstraliyada tanışlıq üçün xaricdən gələn kişilərə tətil hədiyyə edilir.

    İtaliya

    Bu ölkədə doğum sayı az olduğu qədər evlilik faizi də olduqca aşağıdır. Hökumətin evliliyə təşviqlə bağlı müxtəlif proqramlarına baxmayaraq, İtaliyada kişilər daimi evliliyə qarşıdırlar. Ümumilikdə normal qarşılanan bu vəziyyət bəzi bölgələrdə pis nəticələrə gətirib çıxarır və evlənə biləcək kişilərə müxtəlif pul mükafatları təqdim edilir.

    Rusiya

    Qadınlarının sayının ən çox olduğu ölkələrin başında dayanan Rusiyada kişilərin içki düşkünü olması cinsi aktivliyin azalmasına gətirib çıxarır. Bu səbəbdən kişi tapa bilməyən rus qadınların çoxu çalışmaq üçün başqa ölkələrə üz tuturlar. Boşanma hallarının da yüksək olduğu Rusiyada bu vəziyyətin aradan qaldırılması üçün hökumət müxtəlif proqramlar həyata keçirir.

    Tailand

    Tailandda isə vəziyyət daha fərqlidir. Burada trans kişilərin çox olması səbəbindən qadınlar ailə həyatı qurmaqda böyük çətinlik çəkirlər. İstədikləri kişiləri tapa bilməyən tailandlı qadınlar çarəni xarici ölkələrdən olan kişilərdə axtarırlar.

    Monqolustan

    Qadınların sayının çox olduğu Monqolustanda arıq qadınlar cəmiyyətdə yaxşı qarşılanmır və bu səbəbdən evlənməkdə çətinlik çəkirlər. Dövlət həmin qadınlarla evlənəcək kişilərə dəstək göstərir. Hətta bəzi bölgələrdə həmin qadınlar onlarla evlənəcək kişilərə başlıq pulu verirlər.

    Sinqapur

    Dünyanın ən varlı ölkələrindən olan Sinqapurda evliliyə dəstək də olduqca yüksək səviyyədədir. Qadınların artan subaylıq probleminin qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir. Həmçinin gələcəkdə yaşana biləcək demoqrafik böhranın aradan qaldırılması üçün ailələrə 3 uşaq sahib olmaları təqdirdə böyük dəstək verirlir və qadınlara yüksək miqdarda doğum pulu ödənilir.

    İslandiya

    Gözəl qadınların ölkəsi hesab edilən İslandiyada da kişilərin sayı azdır. İslandiyadakı bu problemin həllini hökumət miqrant axınında görür. Belə ki, islandiyalı qadınlarla evlənən xarici ölkə vətəndaşlarına hökumət tərəfindən 5 min dollar pul mükafatı veriləcəyi elan olunduqdan sonra ölkəyə kişi miqrantların axını dəfələrlə artdığından hökumət xəbərin yanlış olduğunu açıqlamışdı. Həmçinin ölkədə nikahdan kənar doğulan uşaqların da sayı kifayət qədər çoxdur.

    Yaponiya

    Yaponiyada kişilər evliliyin məntiqinin axmaqca olduğunu düşündüklərindən, buna o qədər də önəm vermirlər. Kişilərin belə yanaşması səbəbindən də qadınların çoxu subay qalır və müxtəlif tanışlıq saytlarından özlərinə kişi kirayələyirlər. Həmçinin iş yerlərinin də çox olduğu Yaponiyada evlilik sayının az olması bir sıra problemlərə gətirib çıxarır. Hökumət bu problemi aradan qaldırmaq üçün evli cütlükləri bir sıra vergilərdən azad edir.

    Birləşmiş Ərəb Əmirlikləri

    BƏƏ-də şəriət qanunları səbəbindən qadınlar öz namizədlərini gözləyirlər. Bu bəzən illərlə davam etdiyi üçün evlilik faizi də aşağı düşür. Dövlət evdə qalmış qızların sayının artması səbəbindən onlarla evlənəcək kişilərə təxminən 8000 dollar dəstək verir. Birdən çox qadınla evlənə bilən kişilər bu pulla xərcsiz şəkildə evlənə bilirlər.

    Latviya

    Latviyada qadın və kişi əhalinin sayı demək olar ki, bərabərdir. Lakin bu ölkədə kişilər daha az ömür sürdüyündən yetkin qadınların sayı çoxdur.

    Ukrayna

    Ukraynada da qadınların sayı kişilərlə müqayisədə daha çoxdur. Buna ən çox təsir göstərən isə Lvov şəhəridir. Belə ki, şəhər əhalisinin 85 faizini qadınlar təşkil edir. Ümumiyyətlə Ukraynada qız uşaqlarının doğum faizi oğlan uşaqlarına nisbətən daha çoxdur.

    Litva

    2,8 milyon əhalisi olan Litvada qadınlar ümumi əhalinin 54 faizini təşkil edir. Kişilərin az olmasının səbəbi isə siqaret, depressiya, intihar və yüksək risk almalarıdır. Daha çox qadınların kişilərə söz atdığı ölkə kimi tanınan Litva kişilər üçün həm gözəl, həm də təhlükəli ölkədir. Bundan başqa ölkə rəhbəri də qadındır.

    Estoniya

    Kişi qıtlığının yaşandığı yerlərdən biri də Estoniyanın Kinhu adasıdır. Ada demək olar ki, təxminən 400 qadın tərəfindən idarə olunur. Adanın çox az sayda olan kişiləri əsasən balıqçılıqla məşğul olduqlarından ilin böyük hissəsini dənizdə keçirirlər. Bu səbəbdən daxili işlər daha çox qadınlar tərəfindən idarə olunur.

    Portuqaliya

    Avropada İtaliyadan sonra doğum faizinin az olduğu ikinci ölkə Portuqaliyadır. Burada qadınların sayı kişilərin sayından daha çoxdur. Ölkənin iqtisadi sıxıntıları səbəbindən iş qadınların sayı da kişilərdən çoxdur.
    loading...