Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Şəhidləri yumayın- Qiyamət günü hər qan damlası ətrafa müşk qoxusu saçar...”
  • Azərbaycan səmasında qeyri-adi halqa - Foto
  • Gürcü politoloqdan 20 Yanvar faciəsi ilə bağlı - Açıqlama
  • Alimlərdən SOS: Bu dövlətlər sular altında qalacaq
  • Avropa Şurası jurnalistlərə qarşı hücumları pislədi
  • Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • Çanaqqala boğazında yanan gəmi ilə bağlı son xəbər
  • "Sarı jiletlilər" hərəkatı İngiltərəyə də çatdı: 100 nəfər...
  • 2019-da uçub, 2018-də eniş edən reyslər – Keçmişə səyahət
  • Bu ölkədə ictimai nəqliyyat pulsuz olacaq
  • 2018 Azərbaycan elmində: bir "y", "Rəbb"...
  • Nostradamusun sensasiyalı proqnozu - 2019-cu ildə dünya dağılacaq
  • “TURANA AÇILAN GÖNÜLLER”
  • Həyatın kosmik mənşəli olması sübut olundu
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • 14 Ock 2019, 07:56   
        31
    Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya

    Kosmosdan yerə sirli siqnalları kim göndərir? - Beş versiya

    Alimlər uzaq qalaktikalardan gələn qeyri-adi radiosiqnallar qeydə alıblar.

    Bu sürətli radio partlamalar kimi məlum olan siqnallar Yerdəki radioteleskoplara çataraq saniyənin mində birində parlayır və yoxa çıxırlar.

    Son 10 ildə onlarla belə impuls qeydə alınıb. Lakin budəfəki siqnallar hər zamankından bir qədər fərqli olub - onlar təkrarlanıblar.

    Alimlər bu siqnalların hardan gəldiyini bilməsələr də, müxtəlif versiyalar irəli sürürlər.

    Neytron ulduzu

    Ulduzlarda partlayış baş verən zaman onlar sürətlə neytron ulduza çevrilə bilir. Astronomlar hesab edirlər ki, həmin ulduzlardan güclü maqnit sahəsində yerləşənləri belə qəribə siqnallar yaya bilər.

    "Ümumiyyətlə, neytron ulduz variantı izahatı pis səslənmir", - Vankuverdən olan Kanadalı astrofizik İnqrid Steyrz deyir.

    Lakin biz hələ də belə yüksək radiodalğaların yaranmasına səbəb olan fiziki proseslərin təbiətini öyrənə bilməmişik", - o izah edir.

    İki ulduzun birləşməsi

    Bu məsələnin daha bir izahatı isə iki neytron ulduzunun toqquşmasıdır.

    Monrealdan olan astronom Şriharş Tendulkarın sözlərinə görə, bu versiya yalnız təkrarlanmayan siqnallar üçün keçərlidir, çünki toqquşma zamanı ulduzlar parçalanır.

    "Belə bir hadisələr bir dəfəlik fəlakətlərdir, buna görə də bu nəzəriyyə təkrarlanan radiosiqnalları izah edə bilməz", - o deyir.

    Son on ildə teleskoplarla qeydə alınan radio partlamaların çoxu məhz bir dəfəlikdir.

    Lakin iki eyni siqnal təkrar-təkrar qeydə alınırsa, bunun başqa bir izahı olmalıdır.

    Blister

    Bəzən neytron ulduzu öz ağırlığını dəstəkləmədiyi üçün fırlanaraq sıxışır və qara dəliyə çevrilir.

    Bu vəziyyət də ulduzun məhvinə gətirib çıxarır, beləliklə həmin proses zamanı da təkrar siqnal qeydə alına bilməz.

    Qara dəlik isə təxminən belə görünməlidir

    Qara dəlik

    Bizim qara dəliklər haqqında məlumatımız o qədər azdır ki, onlar bir anda bir neçə izahat əmələ gətirir.

    Daha bir versiya odur ki, bu radiosiqnalları qara dəliyə düşən neytron ulduzları yayır, yaxud da ki, ölçüsü balacalaşan qara dəliyin özü. Qara dəliklə toqquşan qaranlıq materiya da bu siqnalları yarada bilər.

    Bəlkə yadplanetlilər?

    Bir çoxları əmindir ki, radiosiqnallar təbii mənşəlidir. Bəziləri isə düşünür ki, onlar Yerdən kənardakı həyatın sübutu ola bilər.

    Professor Streyz hesab edir ki, bu izahatdakı reallıq payı azdır.

    Radiosiqnalları bu teleskoplar qeydə alır

    "Siqnallar çox müxtəlif yerlərdən - məsafədən və ya birbaşa gəlir. Onlar dəqiq, müxtəlif qalaktikalarda baş verir", - o vurğulayır.

    "Bu cür çox sayda fərqli yad sivilizasiyanın mövcud olduğu və onların hamısının eyni vaxtda, eyni şəkildə siqnalın yayılmasına qərar verməsi inanılmazdır. Belə bir təsadüf ehtimalı sıfıra bərabərdir", - astrofizik bildirir.

    BBC
    loading...