Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 29 Kas 2018, 22:35   
        664
    ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /

    Azər Allahverdiyev: “Ümid edirəm ki, Abel Məhərrəmovdan sonra Akif Süleymanov da Sizin sərəncamınızla işdən azad olunacaqdır”

    “Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bir neçə gün bundan əvvəl sizin sərəncamınızla vəzifəsindən azad olundu. Mətbutda bunun səbəbləri haqda gün ərzində bir neçə dəfə yazılar dərc olundu.

    Bakı Dövlət Universitetinin (ABU) rektoru Abel Məhhərəmovun avtoritar rejimindən heç də geri qalmayan Azərbaycan Texnologiya Universiteti (ATU) də bu gün idarəçiliyi, təhsilin təşkili və mövcud olan neqativ hallarla təhsilimizin, elmimizin tələbinə uyuğun gəlmir”.

    Azərbaycan Texnologiya Universitetinin keçmiş əmkdaşı Azər Allahverdiyev tərəfindən “Hürriyyət”ə göndərilən məktubda belə deyilir. Qəzetimiz vasitəsilə prezident ilham Əliyevə müraciət edən şikayətçi yazır:

    “Cənab Prezidenti!

    Nəzərinizə çatdırım ki, Azərbaycan Texnologiya Universiteti (ATU) Akif Süleymanovun rəhbərlik etdiyi 5 il dövründə ən ağır dönəmini yaşayır. İstər SSRİ dönəmində, istər də Azərbaycanın müstəqilliyinin ilk illərində universitetinin nüfuzu indikindən qat-qat artıq idi. Akif Süleymanovdan əvvəl ATU-da bir neçə dəfə rektor dəyişikliyi həyata keçirilib. Belə ki, universitetin professor-dosentləri Şəmsəddin Mütəllimov, Namiq Əsgərov Müstəqillik dövründə az bir müddət işləsələr də, professorlar Vidadi Məmmədov, Telman Məlikov isə Müstəqilliyimizin çiçəklənən dövründə uzun müddət universitetin rektoru vəzifəsində işləyiblər. Lakin yuxarıda adlarını qeyd etdiyim rektorların dəyişməsi heç də univeristetin həyatı ilə bağlı olmayıb. İstisna deyil ki, həmin dönəmdə baş verən gərgin ictimai-siyasi proseslər bu məsələdə mühüm rol oynayıb.

    Amma onu da əminliklə deyə bilərik ki, bu dəyişikliklərin heç biri ATU-da təhsilin inkişafına mənfi təsir göstərməyib. Əksinə, bu dönəmdə ATU-nun nüfuzu kifayət qədər yüksək olub. Bu dövr ATU öz işgüzar, bir-birinə xoş münasibətdə olan, bilikli professor-müəllim heyəti ilə seçilib. Rektorlar dəyişilən zaman da heç vaxt kollektivdə hansısa problem olmayıb. Yeni rəhbərin gəlişi universitetdaxili proseslərə təsir göstərməyib. Çünki bu rəhbərlər məhz ATU-nun kollektivindən seçilib. Lakin, təəssüflə qeyd etməliyəm ki, Akif Süleymanovun 5 illlik rektorluğu dönəmində ATU-da kollektiv darmadağın edildi, ziyalılar, nüfuzlu şəxslər universiteti tərk etmək məcburiyyətində qaldı. Ona görə ki, o, ATU-da qısa müddət ərzində qohumbazlıq, dostluq, əqidə birliyi prinsipi əsasında kadr təyinatı həyata keçirməklə yanaşı, universitetdə avtoritar idarəçilik sistemi qurdu. Nəticədə, dövlət büdcəsində ATU-ya ayrılan maliyyə vəsaitinin mənimsənilməsinə, qeyri-qanuni işlər aparılmasına rəvac verildi. Maliyyə Nazirliyinin yoxlamasından sonra universitetin adı Korrupsiya İdarəsindən tutmuş, Gəncə Şəhər Ağır Cinayətlər üzrə məhkəməsinə kimi gəlib çıxdı. Təhsilin səviyyəsi günbəgün aşağı düşdü. Bu baxımdan da, Akif Süleymanovun rektorluğu dövrü ATU-nun kollektivi və tələbələri üçün ən ağır dönəmini yaşayır. Odur ki, Akif Süleymanov nə qədər vəzifəsindən azad olunmayıb, ATU heç nə əldə etməyəcək, əksinə uzun illər qazandığını da itirəcək.

    Akif Süleymanovun universitetdə olan əsas işi tələbə və müəllim “kütləsinə” nəzarət etməkdir. Onun tələbələrlə, müəllimlərə təması çox zəifdir və günümüzün tələblərinə uyğun deyil. Rektor təyin olunandan sonra bütün köhnə işçiləri “universitet”dən dolayı yollarla kənarlaşdırmağa başladı və elə hesab etdi ki, bu hərəkəti ilə yüksələcəkdir.

    O, problemi anlamaq, vəziyyəti yaxşılaşdırmaq yerinə, professorları, dosentləri , texniki işçiləri, mənim kimi gəncləri ləkə vuraraq işdən azad etdi. Onları uzun müddət məhkəmə çəkişmələrinə, işsiz qalmalarına və bu istiqamətdə öz haqqlarını bərpa etmək məcburiyyətinə saldı.

    Mənim 30 yaşım var, gəncliyin ən gözəl çağlarını yaşayıram. Universitetdə işlədiyim vaxt mənim əmək haqqı almağım ailə üzvlərimin yaşaması üçün əsas gəlir mənbəyi idi. Akif Süleymanov məni “ləkələyib”, işdən kənarlaşdırandan sonra iş yeri tapa bilməməyim mənim maddi durumumun çətin olmasına, məni ölümə bərabər həddə gətirib çıxartmışdır.

    Universitet sözü “universal”, yəni bir çox müxtəlif fənnlərin tədris olunduğu yer deməkdir. Bu da ona gətirib çıxardır ki, universitetlər adətən şəhərlərdə, ölkələrdə, məşhur insanların gələcəkdə dövlətə xidmət etmək üçün təhsil aldığı ocaqdır.

    İkincisi, universitetlər və orada çalışan və işləyən insanlar müəyyən azadlığa sahib olmalıdır ki, o da bizdə ATU-da yoxdur.

    Düşünməyi, tənqid etməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar.

    Amma mən gözümü qırpmadan onunla mübarizə apardım, məhkəmələrdə qələbə çaldım, haqlı olduğumu sübut etdim və işmə döndüm. Mən ona görə qələbə çala bildim ki, orda gözümə yazıq görünən müəllim və tələbə heyyəti içimdə mənə o gücü verdi və sanki dedilər ki, ürəkli ol, onlar da vaxtilə sənin kimi gənc olublar.

    Buna əsl qələbə, azadlıq deyirlər. Gəncliyin gələcəyə yaradıcı, mübariz yanaşmasının əsas mənbələrindən biri budur. Bu qələbədə təbii ki, həm də intizam var.

    Amma bu daha çox məndə daxili intizamdır, çünki sistem, mexanizmlər, daxilimdə elə qurulub ki, mənə bir ordu ilə vuruşmaq məsuliyyəti yüklənmişdir və mən də o məsuliyyətə layiqincə sahib çıxmışdım.

    Universitetdə adətən gedən nəsil, gələn nəsilə bacarığını ötürməlidir. Cəmiyyət, fərdlər, ailələr bu mərkəzlərdən faydalanmalıdır. Amma yadımdadı məni işdən ləkələyib çıxardan da Etka komissiyasına yığılan məndən 30, hətta 40 yaş böyük olan müəllim yoldaşlarım rektorun göstərişi ilə məni güllə atəşinə tutub “əxlaqsız” adı verərək işdən kənarlaşmağıma rəy verdilər. Bunu mənə kənar, yad insanlar etsəydi mən o qədər də təsir etməzdi. Bunu mənə üz-üzə gəldiyim, bir yerdə addımladığım iş yoldaşlarım kimlərin isə göstərişi ilə etdilər. Mənə o ləkə yapışmadı, ancaq onlara və rektora baxışlarım uyğun gəlsəydi, nə qələbə çala bilərdim, nə də bu gün başı yuxarı gəzə bilərdim. Sadəcə məni işdən çıxardan rektor və rəy verən iş yoldaşlarım onu bilməlidirlər ki, öz övladlarına ləkə vurub, onlara xəyanət ediblər. Bunlara bir ad vermək olar - mənəviyyatsızlıq.

    Gənclik hər zaman yenilik, müasirlik istəyir. Bütün böyük dəyişiklər gəncliyin həvəsi və təşəbbüsü ilə başlayır. Çünki onlar uduzacaqlarına yox, qazanacaqlarına inanırlar.

    Hörmətli İlham Əliyev!

    Davamlı olaraq Sizə və çox saylı dövlət qurumlarına rəsmi müraciətlər edirəm. 17 oktyabr 2018-ci ildə Baş Prokurorun köməkçisi Nigar Talıblı, 13 Noyabr 2018 ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qəbul etdilər. Təhsil Nazirliyi, Milli Məclisin deputatları, digər dövlət məmurları ilə görüşlərim olub, ATU-nun rekltoru Akif Süleymanov haqqında şikayətlərimi etmişəm. Rektorun rejimi təhsilə, elmimizə ləkədən başqa bir şey deyil. Ümid edirəm ki, yaxın zamanlarda ATU-nun rektoru Akif Süleymanov, sizin sərəncamınızla işdən azad olunacaqdır”.

    Hazırladı: İ.SABİRQIZI, Hurriyyet.org
    loading...