Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 16 Kas 2018, 22:18   
        398
    PREZİDENTİN SƏRƏNCAMINI YERİNƏ YETİRMƏYƏN MƏMURLAR KİMƏ ARXALANIR???

    PREZİDENTİN SƏRƏNCAMINI YERİNƏ YETİRMƏYƏN MƏMURLAR KİMƏ ARXALANIR???


    Gördüyünüz Vətən fədailəri ehtiyatda olan zabitlərdi ömrünü , həyatının ən gözəl illərini, ən duyğulu anlarını Vətənə həsr edənlərdi .
    Zabit həyatın özəlliyi ondadır ki, zabit Tanrının ona yazdığı ömür payını ailəsinə yox, Vətənə həsr edir.
    Çətin və şərəfli peşənin daşıyıcıları olan zabitlər əsgərlər, Vətənə, torpağa bağlılıq, azərbaycançılıq ideyalarının formalaşdırılması, onların qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyə olunması üçün bacardıqlarını əsirgəmirlər.
    Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda bizə, yüksək bilik və bacarığa malik ,vətənpərvərlik tərbiyəsinə yiyələnən zabitlər lazımdır.
    Bu gün torpaqlarımızın 20 faizinin işğalını, 1 milyon vətəndaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını nəzərə alaraq hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilirməlidir. Zabit ehtiyatda olsa da yenə də zabitdi. Zabitin sosial təminatı cox vacibdir, ailəsində təminatla bağlı problem olmayanda onlar daha yaxşı xidmət edırlər.Təssüflər olsun ki , Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanı hərbi qulluqçuların mənzil sahəsi ilə təminatı haqında fərmanı olsada bəzi məmular hələdə Fərmanın tələblərini icra etmirlər.
    100 lərlə zabit yoldaşlarımın hələ də mənzililə təmin olunmayıblar . Amma
    İnanıram ki, tezliklə məsələ öz həlini tapacaq .
    Rəşad qardaşım demişkən Hərbi qulluqçuların mənzillə təminatı gənc zabit, gizir və MAHHXHQ-da stimul və ruh yüksəklliyi yaratmaqla bərabər, gənc nəslin hərbi xidmətə marağını daha da yüksəldəcəkdir. Çünki istənilən silah və texnika insan faktoru qarşısında aciz və gücsüzdür.
    Bu bir həqiqətdir ki, şəxsi heyətin ruh yüksəkliyi qələbənin rəhnidir.
    Vətənpərvər zabitlərimizin Vətənimizə, torpağımıza olan sonsuz sevgisinin sayəsində uğur qazanacağımıza inanmışam və bu gün də ikiqat inanıram.
    P.S. Əziz oxucularım işimizlə bağlı sosial şəbəkədə daha çox zaman keçirməyimiz inkarolunmaz faktdır. Yenə də həmişə olduğu kimi çox aktual bir mövzuyala sizlərin qarşısındayıq. Ehtiyatda olan zabit Anar Quliyev hərbiçilərin problemi ilə bağlı yazdığı ürək sözləri məni də çox düşündürdü.
    Cənab prezidentin işlərinə kölgə salan məmurlardan hər zaman söz açmışıq. Azərbaycanımızın çiçəklənməsi üçün daimi fəaliyyətdə olan Ali Baş Kamandan İlham Əliyev hərbiçilərimizə, şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi dəyər, onun imzaladığı sərəncamlarda öz təsdiqin tapır. Amma çox təssüf ki, bəzi məmurların özbaşınalığı yenə də bir daha 2011-ci ilin 28 dekabrında Azərbaycan Respublikasının prezidenti tərəfindən verilən sərəncamın 7-il ərzində öz təsdiqini tapmaması ilə sübuta yetirilir. Bu da bir daha bizim xalqın nə qədər dözümlü və səbirli olmasını göstərir.
    Mən belə düşünürəm ki, cənab prezident tərəfindən verilmiş sərəncamları yerinə yetirməməklə bir çox məmurlar Azərbaycan Respublikasının prezidentinə xəyanət edirlər!
    Bu gün Azərbaycan Respublikasının şanlı ordusunun güc və qüdrəti göz önündədir. Və bizim zabitlərimiz dövlət qayğısı ilə əhatə olunmalıdır. Onlar hər an şəhidliyə imza atanlardır.
    Mən hər bir hərbi qulluqçunu canlı ŞƏHİD adlandırıram. Hərbiçilərin hər biri ailəsinin və doğmalarının rahatlığından əmin olmalıdır ki, ön cəbhədə sinəsini güllə qarşısına verərkən düşünsün- mənim isti yuvam var, övladlarımın başını salacaq dörd divarı var, dövlətim tərəfindən həmişə qayğı ilə əhatə olunacaq deyərək düşünmədən Şəhid olsun.
    Bizim laqeyid məmurlarımızın sayəsində Vətənpərvər zabitlərimizin qol-qanadı sınır. Onlar şəhid olan dostlarının ailələrinə qarşı olan laqeyidliyi görürlər. Gənc əsgərlər hərbi xidmətə yollanarkən hərbiçi olmağ arzusu ilə yola düşür amma, zabitlərə qarşı olan laqeyidliyi gördükdə fikirlərindən daşınırlar. Məmurların bir çoxunun atdığı bu səhlənkar yanaşmaya laqeyidlik deyil, düşmənçilik deyərdim. Onların laqeyidlik kimi görünən atdığları bu addım, gənc nəsildə Vətənpərvərlik ruhunu məhv etmək siyasətidir.
    İndi deyin, mənim belələrini xəyənətkar adlandırdığım üçün yəqin ki, ittiham etməyəcəksiz?
    Axı bizdə düz sözü deyənin ya əlin , ya da ki, dilin kəsirlər! Mən inanıram ki, 7- il kağız üzərində qalan sərəncamın icrası tezliklə həyata keçəcək. Məmurlar bunu da unutmasınlar bu dövlətdə "Şah qanun deyil, qanun şahdır."
    /djb.az
    loading...