Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 10 Kas 2018, 23:38   
        650
    Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
    Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar

    Noyabrın 10-da məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

    XEBERTV.AZ xəbər verir ki, Sadhqurunun izləyiciləri ilə görüşü "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" mövzusunda olub.

    "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağlı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı fiziki hazırlıq və ya yoqa haqqında bilik tələb etmir və onun sayəsində asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

    Sadhqurunun mühazirəsi bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə maraqlı mülahizələrlə yadda qalıb.

    Hindistanlı yoqinin fikrincə, bugünkü cəmiyyət bəşər tarixində ən rahat şəraitdə yaşayan insanlardan ibarətdir. Sadhqurunun sözlərinə görə, insan bəyənmədiyi halları, əslində, özü yaradır. İnsanın düşüncələri onun həyatında müxtəlif təlatümlərə səbəb ola bilər. "İnsanlar on il əvvəl baş vermiş hadisənin iztirabını, eləcə də gələcəkdə gözlənilən hər hansı hadisənin iztirabını indi çəkir. Halbuki indiki vəziyyətdə nə on il əvvəlki, nə də gələcəkdə baş verəcək hadisə mövcud deyil", - deyən Sadhquru bu iztirabın yaddaş və hüdudsuz təxəyyül kimi mənbələrini göstərib.

    "Siz sevincli olanda bu sevinc digərlərinə də sirayət edir. Siz bu zaman başqalarına pozitiv görünürsünüz. Eyni zamanda, əks halda da müvafiq vəziyyətə uyğun hal yaranır", - deyə Sadhquru vurğulayıb. Yoqin hesab edir ki, insan öz ağlının özünə zərər deyil, fayda verməsinə çalışmalıdır. İnsan dünyanı özünə deyil, özünü dünyaya uyğunlaşdırmalı və harmoniyada yaşamağı bacarmalıdır.

    Sadhquru mühazirədən sonra iştirakçıların suallarını cavablandırıb, Bakıda bu auditoriya qarşısında çıxışının və insanlarla ünsiyyətinin ona çox gözəl anlar yaşatdığını bildirib.

    Qeyd edək ki, Sadhqurunun Mərkəzin Auditorium zalında etdiyi çıxış çoxsaylı müraciət və istəklər nəzərə alınaraq, digər konfrans zalında da canlı yayımlanıb və burada tamaşaçılar onu böyük monitor vasitəsilə izləyiblər.

    Tədbir çərçivəsində Sadhqurunun "Mənəvi quruculuq: gümrahlığın texnologiyaları" adlı kitabının imzalanma mərasimi də olub.
    Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
    Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
    Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Dünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. Hindistanlı yoqin Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçusets Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.Kult.az
    loading...