Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • 26 Ekm 2018, 16:46   
        126
    Tarixi torpaqlarımız – Göyçə ,Zəngəzur,İrəvan …
    Tarixi torpaqlarımız – Göyçə ,Zəngəzur,İrəvan …

    “Əgər bir ölkənin qəbilələri,kəndləri,binaları geniş bir
    surətdə tədqiq edilərsə, əhalinin mənşəyini təyinetmək
    mümkünolacaq.

    A.Bakıxanov.

    Yazımı XIX əsrinböyükmütəfəkkiriA.Bakıxanovdangətirdiyimbumisalllabaşlamağımheç də təsadüfideyil.Hərbir ölkənintarixi ərazilərivə abidələri öyrənildikcə oxalqınmənşəyiniasanlıqla öyrənməkolur. Bugünbizə torpaqiddiası ilə çıxış edənermənilərin özlərixalqları haqqındayazır: ”Ermənixalqının əslinədir, necə və nə vaxt , haradanvə hansı yollarla, o, burayaburayagəlib, erməniolmazdan əvvəlvə sonrahansı tayfalarla əlaqədə olub,onundilinə, etniktərkibinə kimnecə təsirgöstərib?
    Bizim əlimizdə bunları sübutayetirənaydınvə dəqiqdəlilləryoxdur.” (ManukAbeqyan).
    Buermənilərin özyazarıdır.Hərhansı azərbaycanlı deyilki, deyilsinqərəzdir.
    Belə olduğutərzdə qədimAzərbaycantorpaqlarını özadlarına çıxanermənilərunudurlarki, onlarınyaşadığı və zəbtetdiyi əraziləronlarındeyil.
    “İndikiErmənistan ərazisində ilkdövlətqurumuSak çarlığı-qədimtürkmənşəlidövlətidi ” (ErmənitarixçisiQ.Kapantsyan “Hayaşa”).
    Bu tarixi faktların ermənilərin öz alimlərinin dilindən söylənildiyini necə inkar edə bilər?
    Bu gün İrəvan, Zəngəzur və digər ərazilərin onlara məxsus olduqlarını iddia edən ermənilərə həmin ərazilərdə olan toponimlər barədə də fikirləşməyi məsləhət görərdim.Toponimlər hər bir xalqın etnik tarixini, etnogenezini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edən və zəngin mənbə rolunu oynayır.
    Məlumdur ki, Azərbaycan xanlıqlarının yaranması XVIII əsrə təsadüf edir. İrəvan xanlığı da Çuxursəd bəylərbəyliyi ərazisinə daxil edilmişdir.Azərbaycanın qərbində, Göyçə gölünün ətrafənda yerləşən bu xanlıq 15 mahaldan ibarət idi :
    1.Qırxbulaq mahalı;
    2.Zəngibasar;
    3.Gərmibasar;
    4.Vedibasar;
    5.Şərur;
    6.Sürməli;
    7.Parçenis-Dərəkənd;
    8.Saatlı;
    9.Karpibasar;
    10.Abaran;
    11.Dərəçiçək;
    12.Göyçə;
    13.Səədli ;
    14.Talin ;
    15.Seyidli-Ağsaqqallı
    Rəvan (erm. Երևան) — Ermənistan Respublikasının paytaxtıdır. Ağrı vadisinin Şimal kənarında, Zəngi çayının sahilində, 850-1300 metr yüksəklikdə yerləşir. Qafqaz şəhərlərindən biri.
    İrəvan şəhərinin adı tarixi mənbələrdə Erəvan, Erivan formalarında qeyd edilir. Etimolojik olaraq kökü haqda müxtəlif rəvayətlər var. Sovet dövründə şəhərin əsasının Urartu çarı I Argişti tərəfindən qoyulduğu məlumdur. Dünya alimləri tərəfindən qəbul edilən Azərbaycan versiyasına əsasən isə İrəvan toponimi türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib "igidlər ölkəsi" mənasını ifadə edir. Ermənilər isə əsassız bir şəkildə İrəvan toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edirlər.Müxtəlif dövrlərdə Çuxursəd vilayətinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə Fətəli xan Xoyski tərəfindən bu şərtlə ermənilərə güzəşt edilir ki, onlar Qarabağa olan iddialarından vaz keçsinlər. Danışıqlar iyun ayının 4-də “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələndi.
    .Zəngəzur – Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, və Kürdüstan qəzası (Zəngilan, Qubadlı və Laçını) əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi var idi.
    Toponimin sonundakı «zur» türk dilində «dərə», «yarğan» mənasında işlənən car (>zar>zur -İ.B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi.
    İstanbul Topkapı sarayı muzeyinin kitabxanasında Zəngəzur, Naxçıvan, İrəvanla bağlı müfəssəl məlumatların yer aldığı 48 səhifəlik “Rəvan mühasirəsi tarixçəsi” və “Mühimmə dəftəri”nin müəllifi Cərrahzadə Məhəmməd təsvir etdiyi hadisələrin canlı şahidi olub; I Şah Abbasın Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar, onun bu yerlərin müsəlman əhalisinə qarşı pis münasibəti nəticəsində hər iki vilayətin əhalisinin öz yerlərini tərk edib getdiyi faktlarla göstərilir. Zəngəzurdan daha bir kütləvi köç fərmanını I Şah Abbas (27 yanvar 1571 – 19 yanvar 1629) verib
    Mudros müqaviləsi əsasında osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
    Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu.
    1988-ci ildə təkcə Zəngəzurda deyil, Göycədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
    Müasir Azərbaycan Respublikası ərazini öz torpaqları saysa da Ermənistan Respublikasına qarşı torpaq iddiası irəli sürmür. Bunu Azərbaycan Prezidenti İlham Əliyev "Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır." söylərərək elan etmişdir.
    Göyçə mahalı — Qərbi Arzərbaycanın (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında olan tarixi mahal. Göyçə mahalı Qərbi Azərbaycanda 1988-ci ilə qədər azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biri olmuşdur. 1747-1828-ci illərdə İrəvan xanlığının mahalı olmuşdur.
    Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir.
    Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv. km. olmuşdur. 1920-ci ildən ADR-i işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir.
    Hər hansı ərazinin qədimliyini öyrənmək istəyirsənsə,həmin ərazilərə məxsus olan toponimləri bilməlisən.
    Adlarını qeyd etdiyimiz ərazilər barəsində toponimlər olduqca zəngin və genişdir.Ərazinin köklü sakinlərini də azərbaycanlılar təşkil edir.İrəvan xanlığının aborigen sakinləri türkmənşəli tayfalardır.
    Ümumtürk dünyasının tərkibinə daxil olan Azərbaycan xalqı öz tarixini yaşamış, taleyinin sahibi olmuş və bütün zamanlarda humanistliyini nümayiş etdirmişdir.
    Erməni millətinin isə vətəni olmadığından onlar Yer kürəsinin bütün dövlətlərini özlərinə vətən seçmişlər.Ermənilərin “vor değ hats,endeğel qats” (çörək harda varsa,orada yaşa) atalar sözü onların xislətlərinin açılması üçün tam zəmin yaradır.
    Toponomik genosidlərə nəzər salsaq, bu ərazilərdə yaşayan xalqların məruz qaldığı işgəncə və əzabları da duymuş olarıq. Bu genosid 1930-cu ildən başlamış,1992-ci ilə qədər tam həyata keçirilmişdir.
    Qədim Oğuz yurdu olan indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır.Ermənilər bu əraziyə 1828-ci ilin Türkmənçay sülh müqaviləsindən sonra köçürülmüşdür. Statistikaya nəzər yetirsək,
    1828-ci ildə :
    1.İrəvan şəhərində: 733 azərbaycanlı,2369 erməni;
    2.Zəngibasar mahalında: 5413 azərbaycanlı,603 erməni;
    3.Gəmibasar mahalında: 4176 azərbaycanlı,145 erməni;
    4.Vedibasar mahalında: 3449 azərbaycanlı,15 erməni;
    5.Saatlı mahalında: 1004 azərbaycanlı;
    6.Seyidli və Axsaxlı mahallarında :1754 azərbaycanlı,28 erməni;
    7.Sərdərabad mahalı :1837 nəfər azərbaycanlı,3214 erməni;
    8.Dərəçiçək mahalı: 1300 azərbaycanlı,552 erməni;
    9.Göyçə mahalı: 5607 azərbaycanlı,90 erməni;
    10.Dərələyəz mahalı :4583 azərbaycanlı;288 erməni və s.
    Türkmənçay müqaviləsindən sonra 1828-30 illərdə İran və Türkiyədən İrəvan şəhərinə 1763 nəfər ,Qırxbulaq mahalına 1274, Zəngibasara 2360, Gəmibasar mahalına 5359 nəfər,Vedibasara 1069, Sərdərabad mahalına 377, Karpibasar 3073, Abaran mahalına 8875, Dərəçiçək mahalına 6798, Göyçə mahalına 8557 nəfər, Dərələyəz mahalına 2373 erməni köçürülüb yerləşdirilmişdir (386,s.543-662). ”Türksüz Ermənistan uğrunda mübarizə aparan ermənilər bu əməliyyatı 1991-cı il avqustun 8-də başa çatdırdılar.Həmin gün Meğri rayonunun ən böyük kəndlərindən olan Nüvədi kəndi soyqırıma məruz qaldı. Beləliklə bu ərazilərdə bir nəfər belə qalmadı.
    1905-1906-cı illər erməni-azərbaycanlı müharibəsi zamanı, 1914-cü ildə başlanmış Birinci Dünya Müharibəsi və 1918-ci ildə Ermənistanda daşnakların hakimiyyətə gəlməsi ilə azərbaycanlılar soyqırıma məruz qaldılar.Təkcə 1919-20-ci illərdə Abaran rayonundan 9691, Allahverdi (indiki Tumanyan) rayonundan 1666, Axta (indiki Razdan) 8053, Ağbaba (indiki Amasiya,Axuryan və Qukasyan)-13645, Əştərək rayonundan 11313, Basarkeçər (indiki Vardenis) -26238, Gorus-1429, Krasnoselo rayonundan 512, Talin rayonundan 7688, Leninakan (indiki Spitak və Quqark rayonu) 3410, Qafan 12657, Qaranlıq (indiki Martuni) 3190, Meğri rayonundan 8508, Sisyan rayonundan 17880, Stepanovan (Calaloğlu) rayonundan 27750, Vedi (indiki Ararat) 8933 nəfər və s (415s .96-163).
    Sovet hakimiyyəti dövründə azərbaycanlıların indiki Ermənistandan dövlət səviyyəsində “köçürülmə”adı ilə həyata keçirildi. SSRİ Nazirlər Sovetində 1947-ci il dekabrın 23-də “Ermənistan SSR-də kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülmısi haqqında” 4083 saylı və 19948-ci il martın 10-da həmin qərara əlavə olaraq qəbul edildi.”Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında 754 saylı qərarlara əsasən,1948-53-cü illərdə 150 min azərbaycanlı tarixi-etnik ərazilərdən deportasiya olunmuşdur.
    Tarixi etnik ərazilərimizdə olan bəzi toponimlərə nəzər yetirək:
    Abana – İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında , indiki Keçikkənd (Yeğnadzor) rayonu ərazisində kənd .Burada 1831-ci ildə 25 azərbaycanlı yaşayıb.1840-50 –ci illərdə ləğv edilib.
    Avan- İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Alagöz ( Ələyəz) dağının ətəyində yerləşir. “İrəvan əyalətinin icmal”ı dəftərində (143,s.189) qeyd olunub. Dəftər 1728-ci ildə tərtib olunub. Və orda qeyd olunub ki, əhalisi Qaraçalar əsirətindədir (yəni tayfa) (143,s.89). Qaraçalar türk tayfalarıdır. Kənddə 1831- ci ildə 104 nəfər, 1873-cü ildə 321 nəfər, 1836- cı ildə 368 nəfər, 1897- ci ildə 465 nəfər, 1908- ci ildə 300 nəfər, 1914- cü ildə 301 nəfər, 1906 cı ildə -556 nəfər yalnız azərbaycanlı yaşayıb.
    1986 -cı ildə erməni dilində çap olunan “Ermənistan və ətraf vilayətlərinin toponimləri ” lüğətində 1831-1916-cı illərdə burada ermənlərin yaşadığı göstərilir və azərbaycanlılar erməni kimi verilir.1918-ci ildə həmin kənd əhalisi deportasiya olmuş, 1916-cı bura Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir.Toponim-urartu dilində ” ölkə ” mənasındadır.
    Ağbulaq -İrəvan quberniyasının Aleksandropol qəzasında indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 22 km məsafədə yerləşir.
    Ermənistan SSR AS RH 26.04.1946-cı il fərmanı ilə adı dəyişdirilərək , Lusaxbyur olmuşdur.
    Ağbulaq – İrəvan Quberniyasının Yeni Bayazid qəzasında Çəmbərək (Krasnaselelo) rayonunda kənd.Rayon mərkəzindən 13 km.şimal-qərbdə yerləşir. Adı “İrəvan əyalətlərinin dəftəri”ndə qeyd olunub.”Qafqazın 5 veristlik “ xəritəsində də qeyd olunub. Kənddə 1831-ci ildə136 nəfər, 1873- cü ildə 422 nəfər, 1886-cı ildə 575 nəfər, 1908-ci ildə 940 nəfər, 1914-cü ildə 982 nəfər,1919-cu ildə 1329 nəfər yalnız azərbaycanlı yaşayıb.1919-cu ilin fevral mart aylarında kəndin əhalisi ermənilər tərəfindən qovulmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıtmışlar.
    Kənddə 1922-ci ildə 1053 nəfər,1926-cü ildə 1113 nəfər,1931-ci ildə 1392 nəfər,1939-cu ildə 1504 nəfər,1959-cu ildə 1141 nəfər,1370-cü ildə 1563 nəfər,1979-cu ildə 1450 nəfər yalnız azərbaycanlı yaşayıb. 1988-ci ildə noyabrın 24-dən 28-dək Ermənistan dövləti tərəfindən gecə saat 1-3 radəlirində kəndin əhalisi qovulmuşdur. İçməyə yararlı, keyfiyyətli su anlamın verir.
    Ermənistan Respublikasının Prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Axperik olub.
    Abaran- İrəvan xanlığında mahal. İndi Ermənistanda inzibati rayon. Rayonun ərazisi I-V əsrlərdə Ayqarat quberniyasının Niq qəzasının tərkibində olmuşdur (427 s.307-308). Sonra ərəblər tərəfindən işğal edilmişdir. XI-XIII əsrlərdə monqolların tabeliyinə keçmişdir. XVI əsrdə rayonun ərazisi İrəvan qəzasının Abaran nahiyyəsinin tərkibində olmuşdur (143 s. 173-174) . XVI əsrdən XIX əsrin 30-cu illərinə kimi İrəvan xanlığının mahallarından biri (Abaran mahalı) olmuşdur. 1728-ci il tarixli “İrəvan əyalətinin icmalı dəftəri ”ndə Abaran adlı nahiyyənin (143.s 54,109) və Abaran nahiyəsində Abaran kəndinin (143,s .109) olduğu qeyd edilir.
    XIX əsrin 40-cı illırindən 1920-ci ilə kimi İrəvan quberniyasının Eçmiədzin qəzasının tərkibinə daxil olmuşdur. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra ,1920-1930-cu illərdə Ermənistan SSR Eçmiədzin qəzasının inzibati ərazi bölgüsünə Baş Abaran adı ilə daxil edilmişdir.9 sentyabr 1930-cu ildə Abaran adına rayon yaradılmışdır. Erməni mənbələrində Abaran toponiminin erməni dilində ”imarət”, ”saray” mənasında işlənən ” aparank “ sözündən əmələ gəldiyi göstərilir (427.s 308). Burda da erməni xisləti özünü göstərməkdədir. Mənası olmayan sözlər seçməklə , tarixi faktları dəyişməyə çalışmaqla nə qədər gedə biləcəklər axı? Elə yuxarıda qeyd etdiyim kimi, həqiqətdən çox uzaq olan bu fikrin sirf türk mənşəli olması ilə bağlı izahı: Toponim apar türk etnoniminə (299 s. 47; 287 s. 103,197) cəmlik bildirən an şəkilşisinin qoşulması ilə əmələ gəlib.”Aparların ( avarların) yaşadığı yer” mənasını ifadə edir.Etnotoponimdir. Erməni mənbələrində Aparan formasında qeyd edilir.
    Abdalağalı- İrəvan quberniyasının Yeni Bayazid qəzasında indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 3 km məsafədə yerləşir. Erməni mənbələrində Avdalağali formasında qeyd olunur (415 s .66). Qafqazın 5 verslik xəritəsində qeyd olunmuşdur (348 s. 1). Ermənilərlə yanaşı 1897-ci ildə 10 nəfər azərbaycanlı da yaşamışdır (415 s.67). XX əsrin əvvəllərində ermənilərin təzyiqi nəticəsində azərbaycanlılar kəndi tərk etmişlər.
    Toponim türkmənşəli abdal etnonimi (355 s.165) əsasında əmələ gələn abdalağalı tayfalarının adından yaranmışdır. Etnotoponimdir.
    Ermənistan SSR AS RH 03.01.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vağaşen qoyulmuşdur.
    Abgəz -Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında , indiki Meğri rayonunda kənd.Rayondakı Aldərə kəndindən 14 km şimalda yerləşirdi. 30-cu illərdə əhalisi rayon mərkəzinə və rayonun Hamravar kəndinə köçürülərək kənd ləğv olunmuşdur. İndi ölü kənddir (427 s. 5,10). Ermənilər başlarına gətirilən bütün əzabların səbəbini türklərdə görür. Halbuki onlara qarşı zülmkarlıq edənlər başqa millətlərdir. Toponim fars dilində “su” mənasında işlənən “ab” sözü ilə Azərbaycan dilində “aşırım”, ”dağ qılıcındanazik yer”, ” gəzdək”, ”dağ çökəyi, dağın təpəsindəki çökək” mənasında işlənən “gəz” sözünün (339 s. 167) birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında formalaşan toponimdir.
    Avolator -İrəvan quberniyasının İrəvan qəzasında , indi Ellər (Kotayk, Abovyan) rayonunda kənd.Rayon mərkəzindən 23 km məsafədə , İrəvan şəhərindən 11-12 km şimalda yerləşir. Kəndin digər adı “Abdallar ”dır.(415. S 44) . Kənddə 1873-cü ildə 59 nəfər, 1886-ci ildə 112 nəfər, 1897-ci ildə 115 nəfər, 1904-cü ildə 194 nəfər, 1916-cı ildə 192 nəfər yalnız azərbaycanlı yaşamışdır (415 s. 44-45,124-125). 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, 1918-19-cu illərdə Türkiyənin Van əyalətindən köçürülən ermənilər burada yerləşdirilmişdir İndiki Ermənistanda Sovet höküməti qurulandan sonra sağ qalan kənd sakinləri öz yurdlarına dönə bilmişlər.Ermənilərlə yanaşı burada 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 7 nəfər, 1931-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.(415s .45,125). 1948-49-cu illərdə azərbaycanlılar Azərbaycana köçürülmüşdür. Toponim abdal türk tayfasının adına (355 s. 165) cəmlik bildirən “al” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir. ”Abdallara , abdal tayfalarına mənsub kənd” mənasını bildirir.Etnotoponimdir.
    Ermənistan SSR AS RH-nin 04.04.1946-ci il fərmanı ilə kəndin adı dəyişdiririlib Hatsavan (çörək qəsəbəsi) qoyulmuşdur.
    Avşar-İrəvan quberniyasının İrəvan qəzasında , indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 7 km cənub şərqdə ,Vedi çayından ayrılan arxın yanında yerləşir.1950-ci il tarixli “ İrəvan əyalətlərinin müfəssəl dəftər “ ində Avşar kəndi (143 s .172) 1728-ci il tarixli “ İrəvan əyalətinin icmalı ” dəftərində əfşaryerli formasında (143,151) , Qafqazın 5 verstlik xəritəsində Avşar kimi (348,13) qeyd edilmişdir.
    Kənddə 1831-ci ildə 80, 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1164, 1904-cü ildə 1094, 1914-ci ildə 1203, 1916-ci ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır (415 s .84-85,154-155). 1918-19-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. Xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir.1920-ci ildə indiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar.1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı, 332 nəfər erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 nəfər erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 nəfər erməni yaşamışdır (415 s .85,155). 1930 –cu ildən Qaranlıq ( Martuni), Sisyan, Sevan, Basarkeçər (Vardenis) rayonlarından bura xeyli sayda ermənilər köçürülüb, yerləşdirilmişdir (427 s. 366).
    Z.Qorqodyanın “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi”( İrəvan 1932) kitabında göstərilir ki,1831-1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışlar (415,s 154-155). Lakin “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”əsərində bu fakt təhrif edilərək, kənddə azərbaycanıların yaşadığı göstərilmir.Həmin kitabda 1831-1916-cı illərdə kənddə yalnız ermənilərin yaşadığı qeyd edilir (427,s 366). Azərbaycanlılar 1948-1953-cü illərdə SSRİ Nazirlər Sovetinin qərarlarına əsasən zorla Azərbaycana köçürülmüşdür.Toponim “çevik və ovçuluğu sevən”mənasını verən (228 s. 56) adı əsasında əmələ gəlmişdir.
    Ağvan –Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında indi Qafan rayonunda kənd.Rayon mərkəzindən 30 km şimalda yerləşir. Erməni mənbələrində alban etnonimi ağvan formasında işləmir.
    Ağvəng -İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşikkənd (Yeginadzor) rayonunda qala.Kənddən 1 km şimal-qərbdə yerləşir. Ağvənd burada “kiçik vəng” mənasındadır. ”Ağ” sözü qədim türk dilində həm də kiçik mənasında “vəng”isə abidə-möhkəm abidə mənasındadır (211 s .201,237)
    Göstərdiyimiz toponimlər çox az bir hissəni əks etdirir. Digər yazılarda da bu nümunələri davam etdirmək və tarixə dair dəqiq və doğru məlumatlar əldə edə bilərik. Tarixi öyrənməyin ən düzgün variantlarından da biri yazılanlardır.
    Ermənilərin özünün bir xalq kimi formalaşması , onların hansı ərazilərdən gəlməsi tarixin yaddaşında onlar istəməsələr belə qalmaqdadır.Aparılan araşdırma və tarixi faktlar dəfələrlə bu fikri üzə çıxarıb: ” Erməni etnosu Qafqazın hüdudlarından kənarda formalaşıb ” (İ.M.Dyakonov) .
    “ Ermənilər işğalçılar kimi gəlmiş və yerli əhalini əsarət altına almışlar ” (R.Hovannisyan).
    Erməni yazıçısı Torkim Stepanyan isə : ” Biz həyatımız boyu türk millətinə borcluyuq ,türklər olmasaydı,bu gün nə erməni milləti olardı, nə də erməni mədəniyyəti ”- ( 3: s.3) deyir.
    Bunu erməni yazarı özü deyir , heç bir azərbaycanlı yazarı deyil. Bu millətin xisləti dəyişməyib və heç zaman da dəyişməyəcək. Bəlkə də bu onların əsrlərlə əsarət altında qalıb ,əzilməyindən irəli gəlir.Bütün araşdırmalar zamanı (bu sözü yazmaqla araşdırmaçılardan üzr istəyirəm) bu xalqın ancaq əsarətdən boğulması barədə olan məlumatlara rast gəldim. Mənə qəribə gələn bütün xalqların onlara qənim kəsildiyi bir zamanda yalnız türk xalqının onları müdafiə etməsinə baxmayaraq ,türkləri öz düşmənləri hesab etmələridir.
    “ Ermənilər indiki dövrdə milli varlıqlarına görə həqiqətən Səlcuq və Osmanlı türklərinə borclududurlar.Bizanslıların və ya digər Avropalıların əlində qalsaydı,erməni adı bu gün sadəcə olaraq tarix kitablarında saxlanılan bir ad ola bilərdi.” (Levon Dabağyan) - (5: s.4)
    Tarixi ərazilərimizə çox qısa bir nəzər yetirdik, bu ərazilər haqqında istər öz araşdırmalarımız , istər Vikipediya və digər resurslardan istifadə Qərbi Azərbaycan ərazisində yerləşən bu torpaqlarımızın çox qədim tarixə malik olduğunu göstərdi. Doğma Vətənimizin bir guşəsi olan bu torpaqları yağı əlində qoymayacayıq. İşğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad etmək üçün bu gün bizim güclü Ordumuz var. Artıq səbr kasamız daşmaqdadır. Azərbaycanın qan tökməmək üçün apardığı sülh siyasətindən nəticə hasil olmayacaqsa, Ali Baş Komandanın əmri ilə düşmən tapdağı altında inləyib ,imdad gözləyən bütün torpaqlarımız geri qaytarılacaq. Biz buna tam əminik. Bunu çox da uzaq keçmiş olan Aprel döyüşləri sübut etdi. Mənfur qonşularımız və onların havadarları bilməlidir ki, Azərbaycan xalqının qələbə əzmini heç nə boğmaq mümkün olmayacaq. Biz öz tarixi torpaqlarımıza qayıdacayıq.

    Muellif Mehriban Sadıqova
    loading...