Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 15 Eyl 2018, 06:50   
        63
    Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir

    Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir. Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənverlə görüşdə Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün, 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək deyib. Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm deyib. Arzu xanım ailəsi adından özəlliklə dövlət başçısı İlham Əliyevə və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb. Arzu Ənvər hər zaman Azərbaycanımızın yanındayıq və Azərbaycan xalqına təşəkkür edirik deyib və bu tarixi günlə bağlı yazdığı yazını Qənirə Paşayeya təqdim edərək onun Azərbaycan insanın çatdırılmasında dəstək göstərilməsini xahiş edib. Yazıda Ənvər Paşa, Nuri Paşa ailəsinin Azərbaycana sevgisi geniş əks olunub. Millət vəkili Q.Paşayeva Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Azərbaycan mədəniyyəti ilə bağlı materiaqlları və hədiyyələri təqdim edib və bura sizin Vətəninizdir hər zaman gözləyirik deyib.Arzu Ənvər Eroğan və ailəsi və millət vəkili Q.Paşayevanın dəvətini qəbul edərək Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla” şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığ millət vəkili Q.Paşayeva ilə birlikdə Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi, Fəxri Xiyabanı ziyarət ediblər, sonra Şamaxıda 130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsinin əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimində iştirak ediblər, ruhlarına dualar oxuyublar.

    Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
    Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
    Nuranə Abdullayeva
    loading...