Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Almaniya islam respublikasına çevrilir - Mayer
  • ''İRAN'' TEBRİZİN BİR YUMURUĞU İLE DAĞILACAQ ULU ÖNDER EBÜLFEZ ELCİBEY!
  • Hava kəskin dəyişir: qar yağacaq - XƏBƏRDARLIQ
  • Çılgın Türkler iş başında: 2 litre suyla 70 kilometre gidilebiliyor!
  • Alimlərdən inqilabi yenilik: İnsan dərisi hazırlanır
  • ABŞ hədəfinə çatdı: İranda sosial partlayışlar...
  • Generaldan şok: Hər gün 50 müsəlman öldürək
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • 05 Eyl 2018, 06:57   
        229

    ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri



    Azərbaycanda korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır

    Azərbaycanda korrupsiya və rüşvətxorluqla mübarizə üzrə yeni Dövlət Proqramı qəbul ediləcək

    Bu proqram çərçivəsində rüşvətə qarşı mübarizə sərtləşdiriləcək.

    Hətta korrupsiyaya yol verən idarə müdirləri, şöbə rəisləri, ayr-ayrı məmurların həbsi gözlənilir. Əslində, zaman-zaman rüşvətxorlar ifşa edilir.

    Rüşvətlə mübarizə "Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planında nəzərdə tutulub.

    Planda qeyd edilib ki, eləcə də xarici vəzifəli şəxslərin rüşvətxorluğuna qarşı mübarizəyə dair Konvensiyaya qoşulmaq imkanları öyrəniləcək.

    Rüşvətxorluqla mübarizə məqsədilə həmçinin dövlət satınalmaları üzrə vahid sistemin yaradılması və bütün dövlət orqanlarının bu sistemə qoşulmasının təmin edilməsi planlaşdırılır.

    Azərbaycanda korrupsiyaya qarşı mübarizənin və islahatların miqyası genişlənir. Hüquq-mühafizə orqanları vətəndaşların şikayət və müraciətlərinə xüsusi həssaslıq nümayiş etdirir.

    Əslində, 2017-ci ildən korrupsiyaya qarşı mübarizə tədbirləri sərtləşdirilib. Son zamanlarda isə rüşvətə qarşı mübarizə daha da gücləndirilib, ölkədə gedən sosial-iqtisadi islahatların tərkib hissəsinə çevrilib.

    Həbslər dalğasının geniş vüsət alacağı bildirilir.

    Ölkədə korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətidir və antikorrupsiya təcrübəmiz öz innovativ xarakteri ilə seçilir.

    Xüsusən gömrük və vergi sahələrində şəffaflığın artırılması və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə ölkə iqtisadiyyatını stimullaşdıran islahatlar həyata keçirilir.

    Eyni zamanda həyata keçirilən antikorrupsiya islahatları Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq (OECD) təşkilatının Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq alt qurumları tərəfindən yüksək qiymətləndirilib.

    Korrupsiyaya şərait yaradan səbəblərin meydana çıxmasına imkan vermək lazım deyil. Bunun üçün də qanunvericilik bazası daha da möhkəmləndirilir.

    Demək olar ki, bu istiqamətdə mühüm işlər görülüb. Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycanda korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparılır.

    Artıq əhalinin korrupsiyaya qarşı dözümlülük səviyyəsi də kifayət qədər yüksəkdir. Burada ictimai təşkilatların, medianın rolunu da xüsusilə qeyd etmək lazımdır.
    //azerinfo.az
    loading...