Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 03 Eyl 2018, 05:36   
        93
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular

    Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular

    Türkiyənin paytaxtı Ankara şəhəri yaxınlığında yerləşən Kastamonu vilayətinin 374.000 (şəhərin öz əhalisi isə 118.000-dir) əhalisi var. Əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı və maldarlıqla məşğul olur. Hazırda Kastamonu şəhər Bələdiyyəsinin Başkanı Tahsin Babaş, şəhər Valisi Yaşar Karadenizdir. Kastamonu Türkiyənin istiqlal savaşı zamanı ən çox şəhid verən bir ərazi olaraq tarixə düşüb. 1073-cü ildən Türk yurdu kimi tanınan Kastamonu şəhəri daim qonaq-qaralı olub. Bu şəhəri həm də Övliyalar və şəhidlər şəhəri kimi tanınır.
    2018-ci il fevralın 28-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Xanım Qənirə Paşayeva Kastamonu Dövlət Universitetinin pedaqoji kollektivi ilə görüşmüş, Qarabağ faciəsi, Xocalı soyqırımı haqda ətraflı məlumat vermişdir. Qənirə xanımın 1 saata yaxın davam edən çıxışı tələbə-gənclərin, bütövlükdə Universitetin pedaqoji kollektivini yaddaşına əbədi hopmuşdur. Onun xahişilə Kastamonuda Qarabağ parkının tikilib-istifadəyə verilməsi nəzərdə tutulur. Türkiyə və Azərbaycan mədəni əlaqələrinin inkişafında müstəsna xidmətləri olan Xanım Qənirə Paşayeva Azərbaycanın hər bir vətəndaşı tərəfindən xeyirxah insan kimi qəbul edilir.
    Q.Paşayevanın dəvəti, Kastamonu Bələdiyyə Başkanı T.Babaşın dəstəyilə bu şəhərin Türkiyənin müxtəlif universitetlərində təhsil alan tələbələri -Cansel Nur Komye, Elif Maraz, Betül Keloğlu və Buse Nur Keloğlu -“Biz Tek millet, iki devletiz!” layihəsi əsasında Azərbaycana qonaq gəlib. Hörmətli Qənirə xanım keçirilən beynəlxalq tədbirlərlə əlaqədar xaricdə olduğundan “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri olaraq mən, dəyərli dostlarımla birgə qonaqları şəhərin gəzməli-görməli yerlərilə tanış etməyə başladıq.Yeri gəlmişkən, bu səfərdə qonaqlara xüsusi diqqət ayıran Azərbaycanın bütün qeyrətli övladlarına, o cümlədən, “Bosfor” Otelinin rəhbərliyinə, istedadlı və vətənpərvər jurnalist Elgün Mənsimova, habelə, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin İcraçı Direktoru Əjdər Hümbətova, İcraçı Direktorun Təşkilati Məsələlər üzrə müavini Şamilə Şamilqızına, Birliyin Qadınlar Şurasının sədri Xanım Ayna Allahyarqızına, “Xocalı İdman Klubu”nun rəhbərliyinə təşəkkür edirik.
    Sentyabrın 2-də qonaqlar Zəngilan rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhərciyə baş çəkdilər, Masazır qəsəbəsində rayon əhalisinə yaradılan şəraitlə tanış oldular. Həqiqətən də Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlərə zəruri şərait yaradılır. Bu baxımdan, zəngilanlılar üçün yaradılan şərait çox təqdirəlayiqdir. Biz, qonaqlarla birgə Zəngilan rayon 33 saylı məcburi köçkün tam orta məktəbində və Rayon Tarix-diyarşünaslıq Muzeyində olduq. Səliqə-sahman ilk baxışdan göz oxşayırdı. 33 saylı tam orta məktəbin direktoru Xanım Səadət Səfquliyeva, direktor müavini Xanım Kifayət Şükürova pedaqoji kollektivlə birgə tədrisin keyfiyyətli aparılması üçün əllərindən gələni əsirgəmirlər.Biz, rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə ilə birgə Zəngilan Tarix-diyarşünaslıq Muzeyinə baş çəkdik. Muzeydə yaradılan şərait məni və qonaqları valeh etdi.Səhv etmirəmsə, Kəlbəcər və Zəngilan rayonlarının Tarix-diyarşünaslıq Muzeyləri digərlərinə gözəl bir nümunədir.Mən Muzeydə toplanan eksponatlara görə rayon İcra Hakimiyyətinin Başçısı cənab Ramiz Həsənova, habelə, bu işdə zəhməti olan hər bir şəxsə təşəkkür edirəm. Azərbaycanın, o cümlədən, Zəngilan rayonunun qədim tarixinə aid məlumat və eksponatlar qonaqlarda hədsiz məmnunluq doğurdu.
    Türkiyəli tələbə-gənclərin Azərbaycana işgüzar səfəri davam edir.


      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
      Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
    Şamil Sabiroğlu,
    “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi.
    Şamilə Şamilqızı,
    “fact-info.az”və “xebertv.az”saytlarının xüsusi müxbiri.
    Bakı, 03.09.2018.
    loading...